.doc e-book vs Android

Word document fayllarında olan hər hansı materialı Andorid smartfonda oxumaqda çətinliyim var idi.  QuickOffice və ya digər App-lar işə yaramırdı. Belə ki ya şrift kiçik olur, zoom edəndə narahatlıq yaradır, səhifədən səhifəyə keçid də çox narahat idi.  PDF haqda da eyni şeykəri deyə bilərəm. Bu gün http://aliev.ws -də rast gəldiyim  “Старая iКона и новые iPod” yazısında Androiddə online kitab oxumaq üçün maraqlı bir proqram adına rast gəldim:  Laputa. Onu install etdikdən sonra online pulsuz kitab bazasından istənilən kitabı öz kitab rəfinə əlavə edib oxumaq olar, həddən artıq rahat naviqasiya və interfeysə malikdir.

Belə olan  halda google-da .doc fayllarının Laputa-nın dəstəklədiyi .epub faylına convert olunmasına dair axtarış etdim və qarşıma http://www.web-books.com/Publishing/Word2EPUB.htm belə bir sayt çıxdı. Bu saytın köməyi ilə mən .doc-da olan kitabı epub-a çevirdim və SD-Card-ımdakı LaputaBooks qovluğuna standarta uyğun olaraq atdım. Nəticə əla! İndi mən əlverişsiz .doc-da olan e-book-u Laputa-da asanlıqla oxuya bilərəm.  Bu Laputa-nın E-BOOK ONLİNE bölməsində tapmadığımız(orada rusca kitaba ümumiyyətlə rast gəlmədim) və əlimizdə .doc formatımda olan hər hansı e-booku oxumaq üçün effektiv bir üsul oldu.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

4 Replies to “.doc e-book vs Android”

  1. xex məndə əl komputeri olanda eyni çətinlikləridi – gah doc fayları əcaib şriftlərlə açılır gah pdf faylar processoru yeyirdi)
    bu anroidin megagerci nə qədərdi Elvin? maksimum nə qədər kitab(ya da faylın ölcüsü) açsam donar?

admin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir