Amazon Kindle haqda fikirlər

Çoxdandır almağı planladığım Amazon Kindle elektron kitab oxuyucusunu nəhayət bu günlərdə ebay vasitəsi ilə əldə etdim. Dostların təəssüratı paylaşmaq istəyini nəzərə alıb bu yazını yazıram. Həm də bu cihaz xeyli sayda tanışlara maraqlı olduğundan əminəm ki maraqlananların ümumi sayı çoxdur. Çünki müasir zamanda çap kitab oxumaq bir az əlverişsiz(tutduğu yer, həcm, daşımaq və.s.) olduğundan gənclərin müəyyən hissəsi elektron oxuyucalara üstünlük verir. Bunların da böyük qismini mobil telefonların oxuyucu proqramları, kiçik qismini də planşet, noutbuk, netbuk, ev kompüterinin müvafiq proqramları təşkil edir. Sadaladıqlarımın hamısı şüa-ekranlı olduğundan və kitab oxuyarkən göz daha diqqətlə ekrana zilləndiyindən gözlərə ziyanlıdır və yorucudur. Ona görə də kitab oxumağın sürəti və birdəfəyə oxuma müddəti adi kitab oxuyarkən olan haldakılardan xeyli geri qalır. Məhz buna görə də artıq qərbdə bir neçə ildir ki gözə demək olar ki zərərsiz olan elektron-kitab oxuyucularının istehsalına başlanılıb. İşin fizikasına çox varmayacam, maraqlananlar “Electronic ink display” yazıb axtarış edə bilərlər.

2007-ci ildən başlayaraq Amazon-un alt şirkəti olan Lab126 şirkəti AmazonKindle adı altında bu tip eink ekranlı oxuyucu istehsalına başlayıb. Və hazırda ən son məhsulları 3-cü nəsil Kindle-lar olan Kindle 3 wifi, Kindle 3 wifi+3g, Kindle 3 DX cihazlarıdır.
Mənim əldə etdiyim cihaz adını ilk çəkdiyim Kindle 3 wifi-dır. Bu aparat haqda ilkin təəssüratlarımı qısaca paylaşıram.
E-oxuyucu son dərəcədə zərif və gözəl dizaynla hazırlanıb. Ələ yatımlıdır. Ekranı başqa texnologiya ilə hazırlandığından işiq saçmır, işıq əks etdirmir-güzgü effekti vermir. Ekrana saatlarla baxdıqda belə göz yorulmur, adi kitab vərəqindən fərqlənmir. Şəkildə solda Amazon Kindle, sağda isə planşet təsvir olunub, fərq aydın nəzərə çarpır.

İstifadəsi haqda qısaca deyim. Cihazın təyinatı əsasən 1 istiqamətə yönəlib. Kitab oxumaq. Kitabı əldə etmək üçün bir neçə üsul düşünülüb.
1. Wifi ilə internetə qoşularaq hər hansı saytdan yükləmək və ya Amazonun öz saytından almaq.
2. USB ilə kompüterə qoşularaq adi usb-yaddaş qurğusu kimi kitabları cihaza köçürmək.
1-ci halda istədiyimiz kitabı yükləyirik və istifadə edirik. 2-ci hal üçün isə ortaya bir sual çıxa bilər. Amazon hansı kitab formatlarını dəstəkləyir və ya hansısa formatı dəstəkləmirsə onda nə edək?
Bu sualın cavabı bu: Amazon bir neçə kitab formatını dəstəkləyir: MOBİ, PDF, PRC, TXT, TPZ, AZW. Dəstəkləməyən tiplərdə kitab kolleksiyanız varsa narahat olmağa dəyməz. Əksər e-oxuyucu istifadəçiləri məhz bu proqramdan istifadə edərək kitabların formatını çevirirlər. Bu kompüter proqramının adı Calibre-dır. Windows, MAC və Linux üçün versiyaları var. Proqramı quraşdırıb açırsınız, çevirmək istədiyiniz kitabı açıb convert düyməsini basırsınız, almaq istədiyiniz tipi seçib START edirsiniz. Vəssalam. Bu proqram elektron kitab oxuyanların kompüterində daim hazır vəziyyətdə olmalıdır. Proqramı buradan yükləyə bilərsiniz. Kindle üçün ən məsləhətli tip MOBİ formatıdır. Bu formatda kitablar Kindle-da çox aydın, səliqəli halda olur, miqyası böyütməyə və ya skroll-a və.s. ehtiyac olmur. Rahat kitabınızı oxuyursunuz.

Kindle menyusunda Experimental adlı bölmədə daha 3 maraqlı funksiya var.
1. Brauzer: Adi Webkit browserlə siz internet saytlara daxil olub istədiyiniz məlumatı əldə edə, əməliyyat apara bilərsiniz. Amma təbii ki hər şeyi edə bilərsiniz demək olmaz. Çünki bu cihazın təyinatı internetdə işləmək deyil. Birincisi ekran ağ-qaradır, ikincisi brauzer tam funksional deyil, məsələn çoxtablı rejim yoxdur.

2. Mp3 oxuyucu(player): Cihazın çox keyfiyyətli səsə malik mp3 playeri var. Mobil telefonlardan, hətta laptoplardan daha yaxşı, təmiz səs effektlərinə malikdir. Amma bu da tam funksional player deyil, playlist düzəltmək və başqa özəlliklər yoxdur, sadəcə mahnılar düzülüb, siz də hansını istəyirsiz oxudursunuz və ya özü oxuyur sıra ilə.

3. Mətn səsləndiricisi. Yalnız ingilis dilində olan kitabları avtomatik səsləndirmə imkanı. Bu xüsusən bizim istifadəçilər üçün çox faydalı ola bilər. Kitabı dinləməkdən əlavə ingilis dili öyrənmək üçün də köməkçi vasitə ola bilər. Funksiyanı işə salırsınız, standart kişi səsi ilə kitab oxunmağa başlayır.

Hələ ki bu qədər. Yeni-yeni təəssüratlar olsa şərhdə bölüşərəm. Bir az pulsuz reklam kimi çıxdı yazı, amma məncə hədəf kitab oxumaqdırsa, dəyər bunu etməyə. :)
P.S. Cihaz bir dəfəyə 1 ay(!) enerji saxlayır. Wi-fi daim açıq olduqda isə 2-3 həftə.

Amazon Kindle haqda fikirlər yazısına 10 şərh var

  1. Mirislam says:

    Salam.Ebay’dan aldiginiz linki paylasa bilersiz?

  2. Amazon Kindle says:

    Salam.
    Baxdim Amazon Kindle 3G ni destekleyir.Amazon Kindle-a sim kart gedir?
    Birde Google Tablet Pc haqqinda ne deye bilersiz men baxdim ele bunun qiymetine islenmish Google Tablet Pc de almaq olar,onun da ustunlukleri gorurem ki coxdur.Bir de ki,Google Tablet Pc Android emeliyyat sistemi ile ishleyir,bes birden emeliyyat sistemi pozuldu onu tezeden yazmaq olurmu? Google Tablet Pc-e sim kart gedir?
    Evvelceden Tesekkurler!

  3. admin says:

    Salam. Amazon Kindle 3 növdür, wifi, wifi+3g, bir də iri ekranlı wifi+3g. 3g-si olanlar bütün dünyada pulsuz internetə qoşula bilir, Amazonun hər ölkədə hansısa operatorla müqaviləsi olur və yəqin ki simkartladır. Məndəki sadəcə wifi-dır deyə işlətməmişəm 3g-li olanı. wi-fi ilə də bəs edir, belə ki, internet arabır lazım olur bu qurğuda, əsas kitab oxumaq imkanıdır, kitabları kompdan kabellə də atmaq olur ora USB ilə.
    Google Table deyəndə yəqin Android planşetləri nəzərdə tutursunuz, Samsung Galaxy tab, Motorola Xoom, HTC Flyer və.s.
    Bunlar haqda isə əyani məlumatım yoxdur düzü, internetdə isə kifayət qədər məlumat var spesifikaları haqda. Əməliyyat sistemi pozulmaz, niyə pozulsun ki? Root imkanı verilmir userə, ona görə də pozula bilməz. Root əldə edib təsadüfən nəyisə zədələsəniz belə “proşivka” versiya yazmaq olar sonradan, amma təhlükəli işdir root olub sistem fayllarına nəsə etmək hət halda

  4. Cavad says:

    Salam
    Məndə Amazon Kindle Fire dir, istəyirəm kindle fire kitablar yukleyim ancaq Komputerden yox Kindle -dan Kindle-nin storesinden kitablari yukledikde free yazisina tikladikda—>> amazon saytina yonelir ve ordan kart teleb eleyir, nece eleye bilerem ki, kindle-a yukleyim?

    • admin says:

      Salam Cavad.
      Amazon Store Azərbaycan üçün açıq deyil, onu açmaq mümkün olur, ünvanı US göstərməklə, amma uzun məsələdir bir az. Həm də etsəniz belə yenə də kart istəyəcək. Çünki orada pulsuz kitablar belə satılır, sadəcə 0$-a. Yəni siz kartınızla alırsınız, sadəcə hesabdan 0$ çıxır, birbaşa kitabı yükləmək olmur. Ona görə də edə bilməyəcəksiniz bu formada. Yaxşısı budur ki Applanet adlı proqramı yükləyin Fire-nizə internetdən, onun daxilində 1000lərlə proqramlar var. Yəqin ki kitab proqramları da çoxdur, əksəri də pulsuz.

  5. Cavad says:

    Salam Admin necesen? yaxsi olasan :) )

    Mende Kindle Fire Nese problem cixib nece problem??
    Problem budu ki, saytdan filme baxarken Kindle Fire Donub qalib,yeni Ilisib qalib hec bir sey elemek olmur
    Ne meslehet gore bilersiz?

  6. Cavad says:

    Axtarma Uje tapdim :)

  7. Adil says:

    Salam.
    Amazon Kindle touch haqqında fikirlərinizi bilmək istərdim.Təşəkkürlər

    • admin says:

      Salam, yazı məhz Kindle barədə fikirlərdən ibarətdir, oxuduqdan sonra əlavə sualınız olsa verə bilərsiniz.

Şərhinizi yazın

Sizin email adresiniz yaddaşa yaddaşa verilməyəcək. Tələb olunan sahələr * işarələndi

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>