Bu yaxında Xaricidil.net Conversation səhifəsində olan sorğu bölməsində elektron ödəməyə istifadəçilərin münasibətini öyrənmək üçün sorğu keçirmək qərarına gəldim. Səsvermədən bir müddət keçib artıq 400-ə yaxın gənc(əsas auditoriya tələbələrdir) münasibətini bildirib. Nəticəyə baxaq:

Sorğuda sevindirici cəhət odur ki, elektron ödənişə olan münasibət ümumən pozitivə doğru dəyişib. İştirakçıların təxminən 56%-i bu müasir, zəruri tələbata müsbət yanaşır. 26% artıq bunu reallaşdırıb, 30% isə bu fikirdədir.

Təəssüf doğuran məqam isə 44%-in elektron ödəməyə olan neqativ münasibətidir. 44% kifayət qədər yüksək göstəricidir və səbəbləri barədə düşünməmiz lazımdır.
Səbəblər sırasına nələr aid ola bilər?
1. Mühafizəkarlıq – hər şeyi nəqd alıram, belə şeylər mənlik deyil fikri.
2. Məlumatsızlıq – elektron ödəmə filan deyirlər, nədirsə mənlik deyil yəqin, çətin bir şeydir.
3. Etibarsızlıq – İnternet üzərindən kart məlumatlarımı daxil etsəm, bankdan pulumu çəkərlər və.s. kimi fikirlər.
4. Və.s. digər ümumi və fərdi səbəblər.
Dünyada vaxtı az olan insanlar ərzaq bazarlığını belə internet üzərindən edirsə, bizdə hələ elektron kart əldə etməyə neqativ yanaşan insanların olması təəssüf doğurur. Əminəm ki, sorğunu bir il öncə keçirsəydik, xoşagəlməz göstərici 44 yox, minimum 50-55% olardı. İldən ilə irəliləyiş var, sadəcə bu irəliləyiş zəif sürətlə gedir.

7 thoughts on “Elektron ödəməylə bağlı kiçik bir sorğu və nəticələri

  1. Məncə sorğu uyğun yerdə yerləşdirilməyib.
    Bu sualı cavablar`da soraqlasaydın, inanıram ki daha çox + cavab almaq olardı. Ən azından gün ərzində bir neçə sual elə sırf elektron alış-verişlə bağlı olur.

    Reply
  2. Düzdür, ümumi sorğu kimi gərək cavablar-da olaydı. Qoyaram lap bunun davamı kimi 🙂
    Sadəcə indiki yerində 2 ildir ki, müxtəlif sorğular qoyulur, saytın ənənəsidir artıq.

    Reply
  3. Oqtay, o tip saytlarda səsvermə olsa, respondentlər səmimi olsa və “Elektron ödəmə? O nə olan şeydir?” bəndi olsa, əminəm ki, o bənd 90% yığar 🙂

    Reply
  4. Salam. Elektron ödemede kredit kartları ve pul köçürmeleri üçün istifade olunan plastik kartların hamısından faydalana bilirik ya yox? Azerbaycan’da kredit kartlarından istifadesi necedir, yeni insanlar kredit kartlarını istifadeye maraq gösterir? Bunu soruşmaqda esas meqsed kredit kartı vasitesiyle ebay, amazon kimi saytlardan alışveriş (bu saytlardan her hansı bir şey almaq olur veya siz alıbsız?) ve paypal sistemine kredit kartın calaşdırılmasıdır. Eğer imakınınız varsa suallarıma cavabınızı sebirsizlikle gözleyirem.

    Reply
  5. Salam Ruslan. Visa və Master Carddan online ödəmədə yararlana bilirik istənilən bankla. İnsanlar yavaş yavaş maraq göstərir, hələ tam kütləvi olmasa da.
    Ebaydan az qala hər həftə alırıq bəli. Asan və etibarlıdır. Amazon isə Azərbaycana yalnız kitab,dvd kimi şeylər göndərir, qalan malları hələ ki, göndərmir.

    Reply

Leave a reply

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong> 

required