Download və Upload, Endir və Yüklə

Aznet-də download sözü demək olar əksər yerlərdə Yüklə olaraq işlədilir.(elə özüm də uzun müddət elə işlətmişəm, dil öyrəşib deyə). İstər veb saytlarda, istər sosial mediada. Bəzi yerlərdə Endir sözünə də rast gəlmək olur, bu Türkiyə internetindən gəlmə bir termindir. Əslində bizim dildə doğru olan nədir bəs?
Download – Hər hansı faylı serverdən kompüterimizə köçürməyə deyirik. Yəni başqa yerdə olan fayl bizə gəlir. = Maşında yük var, onu yerə boşaldırıq, yerə ENDİRirik. Endirmək çıxışlıq halda olan isimlə olur, yəni haradansa endirmək.
Upload – Bizdə olan faylı hər hansı serverə köçürürük. = Yerdəki yükü boş maşına YÜKLƏyirik. Yükləmək yönlük halda olan isimlə olur, yəni harasa yükləmək.
Ona görə də
“Download” – “Endir”, “Upload” – “Yüklə” sabit olaraq işlədilməsi daha məqbul olar. Download heç bir halda Yüklə kimi işlədilməməlidir.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

2 Replies to “Download və Upload, Endir və Yüklə”

  1. Download və upload sözlərindən hər ikisi özündə “yüklə / load” sözünü saxlayır. Sənin verdiyin nümunə üçün up (maşın), load (yüklə) və down (yer), load yüklə. Yəni hər iki halda yüklə. Onsuzda saytda yazılma yerində asılı olaraq “yüklə” sözünün hansı mənada olduğu başa düşüləcək. Həm download, həm upload üçün yüklə yazılmasında problem yoxdur, başa düşüləndir.

    1. Salam. Xeyr, mövzunun mahiyyəti başqadır, o sözlərdə yüklə kökünün olduğu hər kəsə bəlli. Mahiyyət elə odur ki fərqli olmalıdır iki fərqli terminin tərcüməsi. Siz isə deyirsiz eyni olsa da olar. 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir