Təxminən ilyarım öncə Nexus 4 haqda analoji yazını  yazmışdım. İlyarım sonra Nexus 4-dən yeni smartfona, Sony Xperia Z1 Compact-a keçəsi oldum. (Nexus 4 mexaniki zədə almışdı). Təxminən 9-10 günlük istifadədən sonra ilkin təəssüratları paylaşıram.

xperia-z1-compact-hero-white-1240x840-20db492519f2618c5539e86c300d1dbbSmartfon gözlədiyimdən çox yaxşı performansa malik, hətta deyərdim ideala yaxın bir həllə malikdir. Özəllikləri ilə gsmarena.com saytında tanış olmaq olar, mən rast gəldiyim mənfi və müsbət cəhətlərini yazacağam. 

Müsbət məqamlar

  • Hazırda dünya bazarında kompakt ölçüdə yeganə High End Android smartfon olması. Belə ki hazırda trendə görə bütün flaqman smartfonlar 5 və ya daha çox inch diaqonala malik ekrana sahibdirlər, istehsal olunan və Mini yarlığı ilə buraxılan(HTC,Samsung,LG və.s.) smartfonlar isə xeyli zəif parametrə və ucuz qiymətə malik olur. Ekranın böyük olmasının müsbət cəhətləri(daha yaxşı seyr imkanı, daha çox ərazı) çox olsa da mənfi cəhətləri də var(tək əllə tam işlədə bilməmək, enerjini az saxlamaq və.s.) Hər halda müsbət mənfiyə üstün gəldiyindən smartfon ekranları böyüməkdə davam edir. Belə bir trend zamanı Sony-nin 2014-ün əvvəlində kompakt ölçüdə güclü smartfon buraxması çox maraqlı addım oldu. Şəxsən mən tablet istifadəçisi də olduğumdan böyük ekran mənə maraqlı deyildi, ona görə də kiçik ekranlı high end smartfon mənə çox maraqlı görünürdü. Müqayisə üçün iphone 5s(hansı ki növbəti smartfonda daha böyük ekrana malik olacağı şübhəsizdir) və Z1 compact.Sony-Xperia-Z1-Compact-vs-Apple-iPhone-5s-01
  • Əla enerji sərfiyyatı.  Bu parametr üzrə smartfon çox qaneedici göstəriciyə malikdir. Nexus 4 istifadə edərkən aktiv istifadədə sutkada azı 2 dəfə enerjini doldurmalı olurdum. Z1 compact ilə isə bir növ enerji məsələsini unudursan, necə deyərlər evdən rahat çıxmaq olur.
    Aşağıda 1 sutkalıq istifadədən(wifi+bluetooh+3G+gps açıq vəziyyətdə, normal gündəlik istifadə rejimində) sonra şəkillər paylaşıram:

    2014-07-31 06.19.322014-07-26 08.27.22

  • Sürətli launcher, rahat UI . Smartfon Pure Android versiyada olmasa da, Sony-nin öz fərdi UI həlli ilə işləsə də performans əladır və stock versiyadan zərrə zəif sürətlilik hiss edilmir. Nə HTC Sense, nə Samsung Touchwiz-də bunu müşahidə etməmişdim. Xüsusən Touchwiz-in hədsiz problemlərə malik olması hamımıza məlumdur.
  • Son versiya Android ƏS ilə işləməsi: Smartfon hazırda 4.4.4 versiya ilə işləyir və eyni zamanda növbəti çıxacaq Material Android versiyaya yenilənəcəyi məlumdur. Həm də yenilənmə Samsungdakı kimi yarım il yox, daha qısa sürür.
  • Yüksək keyfiyyətli kamera: 20 meqapiksellik əsas kamera çox keyfiyyətli şəkillər çəkməyə imkan verir. Rənglər daha aydın, daha real görünür. Düzdür kamera yarışında Xperia smartfonları heç də dünya liderləri deyil(məsələn test nəticələrinə görə Galaxy S5, Oppo Find 7 və.s. daha yaxşı çəkir), amma Nexus 4, 5 ilə müqayəsədə müsbət fərq çoxdur. Smartfon həm də fiziki kamera düyməsinə malikdir, kamera app isə Sony tərəfindən hazırlanıb, rahatlıq və əlavə imkanları sayəsində stock android camera-dan xeyli maraqlı görünür.
  • Su keçirməməsi, sualtı çəkiliş imkanı və.s.

İndi isə keçək mənfi məqamlara

  • Korpusun arxa örtüyü: Bir çox şərhçilərin yekdil fikrinə görə arxa örtüyün materialı yanlış seçilib. Çox tez cızılan yumsaq material laydır, hansını ki qoparmaq və telefonu bərk şüşə örtükdə saxlamaq olar. Amma qopararkən telefonun arxasındakı bütüm yazılar da silinir. Bir sözlə qoparılması nəzərdə tutulmayıb istehsalçı tərəfindən.
  • Pure Android olmaması – Bunu müsbət cəhətlər bölümündə qeyd etmişdim əslində, amma hər bir halda pure Android olmaması adətən mənfi hal sayılır.

Hələ ki bu qədər.

2 thoughts on “Sony Xperia Z1 Compact haqda ilkin fikirlər

  1. Bu yaxınlarda Sony Z3 Compact aldım. Hər yeri bağlı halda 2-3 dəfə axar su altında yaxaladım. Səsi batdı. Həm ucadan danışan həm də qulaqlıq səsi eşidilmirdi demək olar ki. Verdim servisə platasını dəyişdilər. Sony-yə inandığım üçün peşman oldum.

    Reply
    • Belə defektlərin olması rast gəlinən haldır, bütün modellərdə, bəxtinizdən sizə düşüb beləsi. Mən çox yaxalamışam Z1 compact-ı suda, heç vaxt problem olmayıb.
      Ayrıca Z3 compact çox gözəl smartfondur, hətta deyərdim hazırda bazarda olan ən bəyəndiyim smartfondur.

Leave a reply

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong> 

required