WordPress – Avtomatik yenilənmədə problem olarsa

Bəzi hostinq və ya fərdi serverlərdə faylın mənsub olduğu istifadəçi ilə veb server istifadəçisinin fərqli olması və yaxud da sadəcə fayl icazəsinin məhdud olması səbəbindən WordPress sistem yenilənməsi avtomatik baş verə bilmir. Belə hallarda fərdi qaydada yeniləmə etmək əslində çox sadə metodla mümkündür. WordPress yenilənmə zamanı istifadəçiyə aid ərazidə heç bir dəyişiklik baş vermir, dəyişiklik yalnız nüvədə və idarəetmə fayllarında baş verir. Bu iki sahəyə cavabdeh qovluqlar isə wp-includes və wp-admin qovluqlarıdır.  Deməli sadəcə bu iki qovluğu yenisi ilə əvəz etməklə məsələ həll olmuş ola bilər. WordPress əsas fayl görünüşü təxminən aşağıdakı kimidir. Bu kök qovluğu həm cpanel, directadmin fayl menecerindən həm də ftp proqramından açmaq olar. wp İndi isə addım-addım yazaq ki, bu proses necə edilir.

  1. WordPress.org saytına keçirik və son versiyanı endiririk. https://wordpress.org/latest.zip
  2. Yüklənmiş zip faylı ekstrakt edərək qovluğa çeviririk.
  3. Ftp və ya idarə panelindən saytın əsas qovluğuna keçib wp-admin və wp-include qovluqlarını tam silirik. (bəli, bəli, silirik)
  4. Sonda da sadəcə olaraq yükləyib ekstrakt etdiyimiz qovluqdakı  wp-admin və wp-include qovluqlarını saytın əsas kök qovluğuna, az öncə sildiklərimizin əvəzinə atırıq.

Prinsipcə iş burda bitdi. İndi saytı açırıq, ekranda bizdən verilənlər bazasını upgrade sinxronlaşdırması təklifi çıxır, biz də razılıq düyməsinə basırıq. Yeni nüvədəki yeni versiya və.s. haqda məlumatlaq verilənlər bazasına avtomatik yazılır və bununla da WordPress yenilənməsi tamamlanmış olur.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir