Amazon Kindle haqda fikirlər

Çoxdandır almağı planladığım Amazon Kindle elektron kitab oxuyucusunu nəhayət bu günlərdə ebay vasitəsi ilə əldə etdim. Dostların təəssüratı paylaşmaq istəyini nəzərə alıb bu yazını yazıram. Həm də bu cihaz xeyli sayda tanışlara maraqlı olduğundan əminəm ki maraqlananların ümumi sayı çoxdur. Çünki müasir zamanda çap kitab oxumaq bir az əlverişsiz(tutduğu yer, həcm, daşımaq və.s.) olduğundan gənclərin müəyyən hissəsi elektron oxuyucalara üstünlük verir. Bunların da böyük qismini mobil telefonların oxuyucu proqramları, kiçik qismini də planşet, noutbuk, netbuk, ev kompüterinin müvafiq proqramları təşkil edir. Sadaladıqlarımın hamısı şüa-ekranlı olduğundan və kitab oxuyarkən göz daha diqqətlə ekrana zilləndiyindən gözlərə ziyanlıdır və yorucudur. Ona görə də kitab oxumağın sürəti və birdəfəyə oxuma müddəti adi kitab oxuyarkən olan haldakılardan xeyli geri qalır. Məhz buna görə də artıq qərbdə bir neçə ildir ki gözə demək olar ki zərərsiz olan elektron-kitab oxuyucularının istehsalına başlanılıb. İşin fizikasına çox varmayacam, maraqlananlar “Electronic ink display” yazıb axtarış edə bilərlər.

2007-ci ildən başlayaraq Amazon-un alt şirkəti olan Lab126 şirkəti AmazonKindle adı altında bu tip eink ekranlı oxuyucu istehsalına başlayıb. Və hazırda ən son məhsulları 3-cü nəsil Kindle-lar olan Kindle 3 wifi, Kindle 3 wifi+3g, Kindle 3 DX cihazlarıdır.
Mənim əldə etdiyim cihaz adını ilk çəkdiyim Kindle 3 wifi-dır. Bu aparat haqda ilkin təəssüratlarımı qısaca paylaşıram.
E-oxuyucu son dərəcədə zərif və gözəl dizaynla hazırlanıb. Ələ yatımlıdır. Ekranı başqa texnologiya ilə hazırlandığından işiq saçmır, işıq əks etdirmir-güzgü effekti vermir. Ekrana saatlarla baxdıqda belə göz yorulmur, adi kitab vərəqindən fərqlənmir. Şəkildə solda Amazon Kindle, sağda isə planşet təsvir olunub, fərq aydın nəzərə çarpır.

İstifadəsi haqda qısaca deyim. Cihazın təyinatı əsasən 1 istiqamətə yönəlib. Kitab oxumaq. Kitabı əldə etmək üçün bir neçə üsul düşünülüb.
1. Wifi ilə internetə qoşularaq hər hansı saytdan yükləmək və ya Amazonun öz saytından almaq.
2. USB ilə kompüterə qoşularaq adi usb-yaddaş qurğusu kimi kitabları cihaza köçürmək.
1-ci halda istədiyimiz kitabı yükləyirik və istifadə edirik. 2-ci hal üçün isə ortaya bir sual çıxa bilər. Amazon hansı kitab formatlarını dəstəkləyir və ya hansısa formatı dəstəkləmirsə onda nə edək?
Bu sualın cavabı bu: Amazon bir neçə kitab formatını dəstəkləyir: MOBİ, PDF, PRC, TXT, TPZ, AZW. Dəstəkləməyən tiplərdə kitab kolleksiyanız varsa narahat olmağa dəyməz. Əksər e-oxuyucu istifadəçiləri məhz bu proqramdan istifadə edərək kitabların formatını çevirirlər. Bu kompüter proqramının adı Calibre-dır. Windows, MAC və Linux üçün versiyaları var. Proqramı quraşdırıb açırsınız, çevirmək istədiyiniz kitabı açıb convert düyməsini basırsınız, almaq istədiyiniz tipi seçib START edirsiniz. Vəssalam. Bu proqram elektron kitab oxuyanların kompüterində daim hazır vəziyyətdə olmalıdır. Proqramı buradan yükləyə bilərsiniz. Kindle üçün ən məsləhətli tip MOBİ formatıdır. Bu formatda kitablar Kindle-da çox aydın, səliqəli halda olur, miqyası böyütməyə və ya skroll-a və.s. ehtiyac olmur. Rahat kitabınızı oxuyursunuz.

Kindle menyusunda Experimental adlı bölmədə daha 3 maraqlı funksiya var.
1. Brauzer: Adi Webkit browserlə siz internet saytlara daxil olub istədiyiniz məlumatı əldə edə, əməliyyat apara bilərsiniz. Amma təbii ki hər şeyi edə bilərsiniz demək olmaz. Çünki bu cihazın təyinatı internetdə işləmək deyil. Birincisi ekran ağ-qaradır, ikincisi brauzer tam funksional deyil, məsələn çoxtablı rejim yoxdur.

2. Mp3 oxuyucu(player): Cihazın çox keyfiyyətli səsə malik mp3 playeri var. Mobil telefonlardan, hətta laptoplardan daha yaxşı, təmiz səs effektlərinə malikdir. Amma bu da tam funksional player deyil, playlist düzəltmək və başqa özəlliklər yoxdur, sadəcə mahnılar düzülüb, siz də hansını istəyirsiz oxudursunuz və ya özü oxuyur sıra ilə.

3. Mətn səsləndiricisi. Yalnız ingilis dilində olan kitabları avtomatik səsləndirmə imkanı. Bu xüsusən bizim istifadəçilər üçün çox faydalı ola bilər. Kitabı dinləməkdən əlavə ingilis dili öyrənmək üçün də köməkçi vasitə ola bilər. Funksiyanı işə salırsınız, standart kişi səsi ilə kitab oxunmağa başlayır.

Hələ ki bu qədər. Yeni-yeni təəssüratlar olsa şərhdə bölüşərəm. Bir az pulsuz reklam kimi çıxdı yazı, amma məncə hədəf kitab oxumaqdırsa, dəyər bunu etməyə. 🙂
P.S. Cihaz bir dəfəyə 1 ay(!) enerji saxlayır. Wi-fi daim açıq olduqda isə 2-3 həftə.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

30 Replies to “Amazon Kindle haqda fikirlər”

  1. Salam.
    Baxdim Amazon Kindle 3G ni destekleyir.Amazon Kindle-a sim kart gedir?
    Birde Google Tablet Pc haqqinda ne deye bilersiz men baxdim ele bunun qiymetine islenmish Google Tablet Pc de almaq olar,onun da ustunlukleri gorurem ki coxdur.Bir de ki,Google Tablet Pc Android emeliyyat sistemi ile ishleyir,bes birden emeliyyat sistemi pozuldu onu tezeden yazmaq olurmu? Google Tablet Pc-e sim kart gedir?
    Evvelceden Tesekkurler!

  2. Salam. Amazon Kindle 3 növdür, wifi, wifi+3g, bir də iri ekranlı wifi+3g. 3g-si olanlar bütün dünyada pulsuz internetə qoşula bilir, Amazonun hər ölkədə hansısa operatorla müqaviləsi olur və yəqin ki simkartladır. Məndəki sadəcə wifi-dır deyə işlətməmişəm 3g-li olanı. wi-fi ilə də bəs edir, belə ki, internet arabır lazım olur bu qurğuda, əsas kitab oxumaq imkanıdır, kitabları kompdan kabellə də atmaq olur ora USB ilə.
    Google Table deyəndə yəqin Android planşetləri nəzərdə tutursunuz, Samsung Galaxy tab, Motorola Xoom, HTC Flyer və.s.
    Bunlar haqda isə əyani məlumatım yoxdur düzü, internetdə isə kifayət qədər məlumat var spesifikaları haqda. Əməliyyat sistemi pozulmaz, niyə pozulsun ki? Root imkanı verilmir userə, ona görə də pozula bilməz. Root əldə edib təsadüfən nəyisə zədələsəniz belə “proşivka” versiya yazmaq olar sonradan, amma təhlükəli işdir root olub sistem fayllarına nəsə etmək hət halda

  3. Salam
    Məndə Amazon Kindle Fire dir, istəyirəm kindle fire kitablar yukleyim ancaq Komputerden yox Kindle -dan Kindle-nin storesinden kitablari yukledikde free yazisina tikladikda—>> amazon saytina yonelir ve ordan kart teleb eleyir, nece eleye bilerem ki, kindle-a yukleyim?

    1. Salam Cavad.
      Amazon Store Azərbaycan üçün açıq deyil, onu açmaq mümkün olur, ünvanı US göstərməklə, amma uzun məsələdir bir az. Həm də etsəniz belə yenə də kart istəyəcək. Çünki orada pulsuz kitablar belə satılır, sadəcə 0$-a. Yəni siz kartınızla alırsınız, sadəcə hesabdan 0$ çıxır, birbaşa kitabı yükləmək olmur. Ona görə də edə bilməyəcəksiniz bu formada. Yaxşısı budur ki Applanet adlı proqramı yükləyin Fire-nizə internetdən, onun daxilində 1000lərlə proqramlar var. Yəqin ki kitab proqramları da çoxdur, əksəri də pulsuz.

  4. Salam Admin necesen? yaxsi olasan :))

    Mende Kindle Fire Nese problem cixib nece problem??
    Problem budu ki, saytdan filme baxarken Kindle Fire Donub qalib,yeni Ilisib qalib hec bir sey elemek olmur
    Ne meslehet gore bilersiz?

  5. salam men bu yazini chox beyendim xususende ekranin isiq sachmamasini/ men bilmek isteyirem maash kartimizla ebaydan bunu sifarish ede bilerik ve ya nagd qapida odemek xidmeti vasitesile?
    mumkunse cavab yazin

    1. Salam. Əlbəttə. Əgər maaş kartınız Visa və ya Master Card-dırsa(Maestro yox), o halda problemsiz almaq olar. Ebay-dan məsələn.
      Ebay və Paypal haqda Cavablar.net saytında bu sözləri axtarışa verməklə kifayət qədər ətraflı məlumat əldə edə bilərsiniz.

  6. salam mendeki Amazon kindle Üİ Fİ 6-di. Metni istedyimi srifte oxuya bilmirem. sirfti boyudende setirlerin qiragi kesilir. ger3ek ki kopkani basib setrin sonunu goresen. Bu model ucun en yasxi hansi formatd?

  7. Mən təzə kindle ilə tanış oluram. Yotubedə yeni-yeni versiyalarıni görürəm. Mənə maraqlıdır, Kindle və onun kimi digər elektron kitablar təkmilləşdirildikcə Planşet halını alır yaxud alma ehtimalı var ?

    1. Bu tendensiya var, artıq rəngli e-ink texnologiyası yavaş yavaş inkişaf edir. Planşeti tam əvəz etmə ehtimalı hələ ki bir az uzaq görünür. Çünki ppi(pixel sıxlığı) baxımından lcd-yə yaxınlaşsalar da, render, çeviklik və.s. baxımdan kəskin geri qalır. Yəni sadə dildə desəm bir videonu e-ink ekranda lcd-dəki kimi görsətmək hələ çox uzaqdadır.

  8. Salam. Mən bir neçə sualımı vermək istəyirəm. Bu ayın sonuna kimi bir elektron kitab oxuyucu almaq istəyirəm. Opsiya və detalları sadə olsa da, həqiqətən seçimdə çətinlik çəkirəm, Ümid edirəm cavablandırarsınız. Deməli belə:

    1. Amazon Kindle modelində pdf formatı oxunarkən çətinliklə üzləşilir fikri düzdür, yoxsa yanlış ? Məsələn yazının kənarlarını oxumaq mümkün olmasın, ya da bunun kimi başqa problem

    2. Azərbaycan şritfləri varmı ? Azdilində kitabları oxumaqda problem yaşanacaqmı? (Kindle-a görə soruşuram)

    3. Calibro, Kobo, Pocketbook və s. markalardan çox Amazon Kindle-ı hansı sarıdan üstün tutmaq olar ? (Ümumilikdə onların praktiki cəhətdən Kindle modellerindən biraz üstün olduqları düşüncəsindəyəm)

    4. Eyni modelin köhnə modeli ilə təzə modeli arasında fərq nədir ? Məsələn Amazon Kindle Paperwhite 2 və 3 arasındaki fərq ? Yəni demək istədiyim, Məsələn bir modeldə olub başqa modellərdə olmayan xüsusiyyət, yenilik olur mu ? yoxsa sadəcə təkmilləşdirmədir mi ? Və əgər belədirsə bu təkmilləşdirmə bir kitab oxuyucusu üçün çox mühümdür ?

    5. Wifi olmasının əhəmiyyəti böyükdür ?
    Mən şəxsən fikirləşirəm ki istənilən kitabı onlayn alsam da, öz pdf kitablarım olsa da, onları komputer və USB vasitəsilə ötürüb rahat oxuya biləcəyəm. Wifi başqa nəyə görə lazım olur ki ?

    6. Mənə hansı elektron kitab oxuyucusunu məsləhət görərdiniz ?
    Mənim üçün şəxsən ən vacib məsələ daxili işiqlandırmanın olması və bir də touch screen-dir. Çünki bədii kitab oxusam belə çox qeydlər edirəm və bu funksiya olduqda nisbətən daha əlverişli olacaq mənə. Düşünürəm ki wi-fi olmasa da olar. Əgər mənim düşündüyüm kimi başqa bir mahiyyəti yoxdursa. Bütün bunları nəzərə alaraq mənim üçün uyğun, qiymət etibarı ilə sərfəli bir model təklif edərdiniz zəhmət olmasa.

    Oxuduğunuz üçün təşəkkürlər.

    1. Salam.
      1. Düzdür. Görünməmə problemi olmur, məzmun ölçü problemi olur əsasən. PDF-lər əsasən kompüter ekranı üçün olduğundan kindle-da zoom etmədən baxmaq olmur bəzi pdf-lərə. Amma əksər pdf-lər normal açır.
      2. Heç bir problem yoxdur, utf8 dəstəyi var.
      3. Amazon Kindle əsas keyfiyyət+qiymət məsələsində digərlərini üstələyir. İngilisdilli kitab bazasında da üstündür(Amazon store)
      4. Əsasən təkmilləşmə olur eyni modlein update-ləri arasında. Daha çox enerji saxlamaq, daha dəqiq ekran, daha yaxşı performans. Kitab oxumaq cihazı məhdud ehtiyaclıdır deyə orada nəsə inqilabi yenilik olmur.
      5. WIFI hamısında var. USB ilə işi görəcəksizsə wifi lazım olmayacaq. Bircə arabir software update üçün ildə bir dəfə wifi açmaq bəs edər.
      6. Mən şəxsən işıqlandırmanı tam mənasız, touch screeni isə hətta narahatlıq hesab edirəm deyə uzun illərdir ki ən sadə model istifadə edirəm(əvvəllər bu postda şəkildəkini istifadə edirdim, son 3 ildə isə sadə Kindle, klaviaturasız olanı.) Amma sizin üçün bu iki funksiya əhəmiyyətlidirsə
      1. touchscreen indi bütün kindle-larda var(son modellərdə.)
      2. İşıq – sadə modeldən başqa hamısında var.
      Ona görə də sizə uyğun qənaətli model, Paperwhite, üst imkanlı daha yaxşı model isə Voyage-dir.

      Voyage-ın Paperwhite-dan əsas fərqi:
      1. İşığı daha keyfiyyətlidir, təbiiyə yaxındır. Həm də ətrafdakı qaranlığa adaptivdir. Paperwhite-da işıq statikdir.
      2. Pagepress imkanı, barmağınızı tərpədmədən olduğu yerdə bir az sıxmaqla səhifəni çevirmək olur. Paperwhite-da isə ancaq gərək barmağı olduğu yerdən ayırıb ekrana toxunasınız.

    2. Təşəkkür edirəm bütün suallarımı cavablandırdığınız üçün.
      Bİr şey soruşmaq istəyirəm, daxili işiqlandırma bu qədərmi lazımsız olur ki, siz onu əhəmiyyətsiz hesab edirsiniz ? Məncə axı bu üstün imkandır. Bir də, məsələn, Paperwhite 5 məsələn alsam, 6 almadığma görə peşmanlıq olar ? yəni məsələn aydın məsələdir bir həftəyədək batareya ömrü filan, elə olmasın 10 gün olsun, yəni bir üst modelə görə əlavə pul verməyə dəyər ?

      Yadıma düşmükən, pdf-də problem var, ePub istifadədə çətinlik olmaz ki ? əlimdə çox sayda ePub-lar var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir