Məlum məsələdir ki, bir çox hallarda veb sayt tərtibatçısı veb saytı ilk öncə lokal host-da (kompüter daxilində yaradılan daxili server hostu) tərtib edir hazırlayır, hər şey bitəndən sonra saytın əsas serverə daşınmasını həyata keçirir. Bu ardıclııq WordPress veb saytlar üçün də keçərlidir. O halda köç zamanı hansı dəyişikliklər lazım olur? Məlum məsələdir ki, veb saytda lokal hosta özəl bütün konfiqurasiya parametrləri real serverə aid parametrlər ilə əvəz edilməlidir. Bu işi görən pluginlər də var(açar söz: migrate), eyni zamanda verilənlər bazasında müvafiq dəyişikliklər etməklə bunu fərdi qaydada da etmək olur.  Fərdi qaydada veb saytı lokal hostdan real serverə daşıyarkən aşağıdakı ardıcıllıqla əməliyyatlar edilməlidir. Faylları ftp və ya digər vasitə ilə köçürmək. Verilənlər bazasını ixrac-idxal əməliyyatı ilə serverə köçürmək. Verilənlər bazası parametrlərini wp-config.php faylında dəyişmək. Veb saytın əsas ünvanını verilənlər bazasının wp_options mysql cədvəlində 2 yerdə dəyişmək. wp_posts cədvəlində post content, post guid və.s. kimi sütunları kütləvi redaktə etmək.(vacib olmayan addımdır) İndi paylaşacağım çox kiçik bir texnika ilə yuxarıdakı 5 addımdan 4-nü ləğv etmək olar. Continue reading →
Bəzi hostinq və ya fərdi serverlərdə faylın mənsub olduğu istifadəçi ilə veb server istifadəçisinin fərqli olması və yaxud da sadəcə fayl icazəsinin məhdud olması səbəbindən WordPress sistem yenilənməsi avtomatik baş verə bilmir. Belə hallarda fərdi qaydada yeniləmə etmək əslində çox sadə metodla mümkündür. WordPress yenilənmə zamanı istifadəçiyə aid ərazidə heç bir dəyişiklik baş vermir, dəyişiklik yalnız nüvədə və idarəetmə fayllarında baş verir. Continue reading →
Bəzi veb saytlarda fayl sistem aylarla sabit qalır, dəyişikliklərə gərək olmur, bütün olub bitənlər verilənlər bazasında baş verir. Belə veb saytlarda verilənlər bazasının müntəzəm nüsxəsini almaq daha prioritet məsələ olur, nəinki bütün fayl sistem. Təbii ki, həm fayl sistemi, həm verilənlər bazası, həm də server parametr fayllarının backup nüsxəsini almaq ümumən zəruridir və bunlar üçün necə lazımdır həllər mövcuddur.  Bu yazıda məqsəd sadəcə verilənlər bazası üçün çevik, asan, əlavə proqram, modul qoşmadan asan nüsxəçıxarma həlli yazmaqdır. 1-ci funksiyamız verilənlər bazasının backup nüsxəsini alacaq. 2-ci funksiyamız bu nüsxəni kənar bir serverimizə göndərəcək(zira backup nüsxəni sayt ilə eyni serverdə saxlamaq risk daşıyır və mahiyyətə ziddir). 3-cü funksiyamız isə bu prosesi avtomatlaşdıracaq. Continue reading →
Xəbər portallarını izləyən kəslər bildi ki, son günlərdə Fransada ciddi taksi böhranı yaşandı. Səbəbkar isə ABŞ mənşəli Uber şirkətinin Fransada göstərdiyi fəaliyyətdir. Belə ki, hüquqi manevr ilə taksi lisenziyası almadan faktiki taksi xidməti göstərən Uber yerli taksi sürücülərinin çörəyinə bais olduğundan taksiçilər üsyana qalxdı. Bəs bu qovğada kim haqlıdır? Continue reading →
Bir neçə gün öncə gördüyüm bir karikatura məni yazıdakı mövzuda çox düşündürdü. Karyera və fərdi inkişaf barədə motivasiya, optimizm aşılayan kitablar oxumuş şəxslər mövzunu daha yaxşı anlayar(D.Karnegi, N.Hill, S.Kovi, R.Branson, T.Peters, C.Kohe, R.Kiyosaki və.s. yüzlərlə bestseller müəlliflərinin əsərləri). O tip əsərlərin məsələyə yanaşmaları fərdi ola bilər, amma  ortaq təlqini budur: "hər şey insanın özündən asılıdır", "problemlər əslində uğura aparan yoldur", "çətinliklər görəndə ruhdan düşmə, bu sadəcə uğurun yaxında olmasının növbəti siqnalıdır" və.s. Bu fikirlər doğrudurmu? Və ya tam yanlışdır və insanlar sadəcə inamlı olmaları üçün belə yalanlar aşılanırmı? Əslində birmənalı cavab vermək çətindir. Amma hər bir halda empirik müşahidələr, uğur hekayələri, bəzən şəxsi təcrübə və.s. ilə əmin olmaq olar ki, bu tip təlqinlər əsassız deyil və real olaraq işləyə bilir. Üstəlik böyük ölçüdə götürəndə zərərsizdirlər. Ona görə də özünə belə müsbət impulsları aşılaya bilmiş insanların doğru yolda olduğunu düşünürəm. Bəs bu kiçik yazını o halda niyə yazıram? Yazmamda məqsəd bu fikirlərdən irəli çıxıb hər kəsə aid hökm çıxarmağın yanlış olduğu göstərməkdir. Aşağıdakı səbəbkar karikaturaya DİQQƏTLƏ baxaq: Continue reading →