Bugünkü yazıda Amazon şirkətinin özünə məxsus planşet və smartfonlar üçün hazırladığı Fire OS sistemi haqqında qısa icmal yazıram. Fire OS Android əməliyyat sisteminin nüvəsi üzərində qurulan bir sistemdir. Android üzərində qurulan Color OS, Cyanogen MOD,Yandex.Kit, Nokia Android version və.s. sistemlərdən fərqli olaraq burada mərkəzdənqaçma xeyli dərəcədə daha çox baş verib. Belə ki, Amazon AOSP(Android Open Source Project) kodlarını götürüb ora Google Play Services əvəzinə öz ekosistemini inteqrasiya etməklə yetinməyib sistemin bütün görünən tərəfini tamamilə yenidən yazıb. Həm də dəyişiklik təkcə launcher səviyyədə dizayn fərqi yox, tamamilə kökündən alternativ bir UI(user interface) həllidir. Məhz tam fərqli realizasiya Fire OS-i maraqlı edən xüsusiyyətlərdən biridir. Bir neçə şəkil paylaşıram.(Device: Kindle Fire 6 tableti) Continue reading →
Təxminən ilyarım öncə Nexus 4 haqda analoji yazını  yazmışdım. İlyarım sonra Nexus 4-dən yeni smartfona, Sony Xperia Z1 Compact-a keçəsi oldum. (Nexus 4 mexaniki zədə almışdı). Təxminən 9-10 günlük istifadədən sonra ilkin təəssüratları paylaşıram. Smartfon gözlədiyimdən çox yaxşı performansa malik, hətta deyərdim ideala yaxın bir həllə malikdir. Özəllikləri ilə gsmarena.com saytında tanış olmaq olar, mən rast gəldiyim mənfi və müsbət cəhətlərini yazacağam.  Continue reading →
Müasir mobil proqramların köməyilə bir çox xatırlatma növləri mövcuddur. Adi alarm-dan tutmuş, Calendar, ayrıca Reminder, Qeyd kitabçası proqramları içində reminder funksiyası və.s. Bu gün zamana görə yox, məkana görə xatırlatma imkanına malik və istifadə etdiyim iki proqram imkanını paylaşıram. Məlumdur ki, ənənəvi xatırlatmalarda parametr zamandır. "Filan vaxtda mənə filan işi görməli olduğumu xatırlat" - Bu tip xatırlatmanı bütün kalendar və qeyd tipli proqramlar edir. Bəs birdən parametr zaman yox, məkan olsa necə? Məsələn, filan firma mağazasının önündən keçəndə mənə xatırlat ki ordan nəsə almalısan. Oradan nə zaman keçəcəm bilmirəm, zamandan asılı deyil. Ona görə də məkana görə xatırlatma proqramı zərurəti yaranır. Bu imkanı təqdim edən iki proqram təklif edirəm. 1. Google Keep - Bütün Android və İOS sistemlərində asanlıqla qurula bilən bu sadə proqramda yeni qeyd yaradarkən qeydin ayarlarına girib məkan seçirik, google maps açılır, istədiyimiz dəqiq məkanı seçirik və ekrana çıxacaq mesajı yazırıq, vəssalam. Xatırlatma məqsədilə  Continue reading →
3 həftədir sınamaq imkanı əldə etdiyim Google Nexus 4 smartfonu haqda ilkin təəssüratları paylaşmaq istəyirəm. Bundan öncə başqa 2 Android smartfon işlətdiyimdən(HTC Wildfire və Samsung Galaxy S2) daha yaxşı müqayisə aparmaq imkanı var. Nexus 4 smartfonunun özəllikləri ilə internetdə(məsələn Gsmarena.com) tanış olmaq olar. Eləcə də performansı barədə Youtube.com-da icmallara baxmaq olar. İndi yazacağım şəxsi təəssüratlardır, hansı ki parametrlərə yox, istifadədən sonra formalaşan fikirlərə əsaslanır. Müsbət məqamlar   1. Performans - Performansa söz ola bilməz. Aparat təminatı çox güclü olduğundan xeyli sayda app paralel açıldıqda belə aparatın resursları yarından azca çox dolur, bu isə aparatın heç nə olmayıbmış kimi tam sürətli işləməyinə səbəb olur. Əvvəlki smartfonlarımda bunu müşahidə etməmişdim. Bəlli olur ki, 2 GB RAM, 4 nüvəli prosessor hazırkı smartfonlar üçün artıqlaması ilə bəs edəcək parametrlərdir. 2. Pure(qarışıqsız,təmiz) Android - Təmiz Android olmasının üstünlüyü istehsalçının bizim seçimdən asılı olmayan quraşdırılmış app-larının smartfonda işə düşməsi halının olmaması, interfeysin native olması deməkdir bu da bir çox istifadəçilər üçün, o cümlədən mənim üçün müsbət məqamdır. 3. Enerji saxlaması - Enerji saxlaması əvvəlki smartfonlara nisbətən hiss ediləcək dərəcədə artıqdır.  1 sutkaya yaxın enerji saxlaya bilir. Təbii ki, optimal istifadədən də çox şey asılıdır.  Amma enerji ilə bağlı mənfi məqam da var ki, bu haqda mənfi məqamlar bölməsində yazacam. 4. Ən son Android - Nexus cihazları daim ən son Android versiyasına malik olurlar. Bu isə başqa heç bir device-da rast gəlinməyən üstünlükdür. Aparatda daim ən son ƏS versiyasından, ƏS-ə qoşulu gələn proqramların ən yeni variantından istifadə məmnun etməyə bilməz. Mənfi məqamlar   1. Enerji - Enerji ilə bağlı mənfi məqamın dəqiq səbəbi mənim üçün bir qədər anlaşılmazdır. Samsung Galaxy S2-də şarj 100% olandan sonra aktiv ekran rejimində istifadədə enerji bir neçə saatın içində boşalırdı. Super Amoled plus ekranlı smartfon ekran yanılı halda enerjini "içirdi". Nexus 4-də isə elə deyil. Amma elə olmaması əsasən mənfi məqam kimi də hiss edilir. Məsələ bu ki, Galaxy S2 smartfonunu istifadə etməyəndə, cibdə qalanda, və ya gecə səhərədək interneti açıq vəziyyətdə olsa belə ekranı sönülü qalanda, ekranı açanda görürdüm ki, keçən bir neçə saatda enerji demək olar azalmayıb. Yəni Samsungda əsas problem aktiv rejimdə işləyəndə idi. Nexus-da isə sanki ekranın yanılı olub olmaması əhəmiyyət kəsb etmir. Aktiv ekran rejimində enerjiyə çox dözümlüdür, enerji daha az sürətlə əriyir, amma məsələn gecə 12-dən səhər 8-ədək sleep rejimindən sonra ekranı açanda görürsən ki, gecə azı 30% enerji xərclənib. Bu maraqlı faktın dəqiq səbəbini yəqin ki, mütəxəssislər bilər. 2. Bug - Android 4.2.2-də instant message servisi ilə bağlı bug var. Və maraqlısı odur ki, heç də bütün mobil operatorlarda rast gəlinmir. Bug bundan ibarətdir ki, çat servislərində 3G rejimində mesajlar gec çatır və gec qəbul edilir. Hiss olunacaq dərəcədə gec. 1-2 saniyəyə gəlməli olan 10-60 saniyəyə gəlir. Həmişə belə olmur, amma bəzən olur. Bu bug barədə Google Bugs-da şikayət açılıb və xeyli istifadəçi təsdiq də edib. Əksini iddia edən, hər şeyin qaydasında olduğunu deyən Nexus 4 istifadəçiləri də çoxdur. Deməli ola bilər ki, sırf bəzi mobil operatorlarla, 3G-nin tezliyi, keyfiyyəti və.s. parametrləri ilə bağlı həssaslıqdır bu. Bu təbii ki, həll olunası bug-dır, amma ən azı növbəti update-i gözləmək və ya bu bug-a malik olmayan kernel-lərdən birini müstəqil olaraq sistemə yazmaq lazımdır. Ki bunların hər birinin öz narahatlığı var. Birincisi gözləmək tələb edir, ikincisi isə sistemin qarışıqsızlığını, originallığını pozur, stabilliyi riskə salır. 3. İstehsalçı şirkətlərin əlavə etdikləri özəlliklərin pure Androiddə olmaması. İstehsalçı şirkətlərin öz app-ları əsasən bezdirici və lazımsız olsa da, onların ƏS-ə etdiyi bəzi modifikasiyalar, bug fix-lər böyük üstünlük verir və bu modifikasiyalar pure Androiddə mövcud deyil. Məsələn Azərbaycan dilinin olması, Azərbaycan dilində klavituarın sistemin özündə olması, TouchWiz və Sense kimi tanınmış həllərin təklif etdiyi bir sıra maraqlı həllər,vidcetlər və.s. Bir sözlə sistem pure olanda onun təmiz olması müsbət məqam hesab edilsə də bu bənddə qeyd etdiyim məsələyə görə mənfi məqamlara da malikdir. Hələ ki bu qədər. Sualı olan şərhlərdə fikrini yaza bilər.
Galaxy S2 smartfonu işlədənlərdən ən lazımsız funksiya hansıdır soruşsalar, yəqin ki, "Home düyməsinə iki dəfə basdıqda ekrana çıxan Vlingo səsli idarəetmə sistemidir" cavabını alarlar. Ayarlarda hər hansı normal imkan yaradılmayıb ki, bu bezdirici xidməti home düyməsindən çıxarasan. Bu gün xda-developers.com saytında root imkanı olmadan bu funksiyanın ləğv edilməsi yollarından birinə nəhayət ki, rast gəldim. Deməli addım-addım belə edirik: 1. Go Launcher örtük proqramını quraşdırırıq və açırıq. Bu bizə müvəqqəti lazımdır, sonra da silə də bilərsiniz(Play Store-da Go Launcher yazdıqda ilk çıxan nəticə. Proqram pulsuzdur) 2. Ekranda barmağımızı saxlayaraq çıxan menyudan App-Add seçirik və mavi ikonlu Voice Command ikonunu qeyd edərək OK düyməsini basırıq. 3. Ekrana mavi rəngli adı çəkilən ikon düşəcək. Onun üstündə barmağımızı saxlayırıq, alt menyu çıxır, oradan uninstall seçirik. Vəssalam. Artıq öz launcher-inizə qayıdıb Go Launcher-i silə də bilərsiniz. Və 2 dəfə Home düyməsini basmaqla Vlingo səs proqramının açılmadığını da yoxlaya bilərsiniz.