Yazım qeyri-bədii kitabların seçim və oxunması prosesi haqqındadır. Daha dəqiqi, hansı kitabları oxumaq, hansı kitabları oxumamamaq lazım olduğu haqqında. Bir nisbi təcrübəli oxucu olaraq. Son 10 illik kitab seçimim, ələkdən keçirmə proseslərinin təkamülünün nəticəsi haqda uzun uzadı danışmaq olar. Məsələn, kitabın adı, müəllifin bioqrafiyası, kitabın kiçik təsvirdəki iddiası və.s. ilkin informasiyalardan yola çıxaraq "bunu oxumağa dəyərmi" nəticəsi çıxarmaq. Bu gün bu mövzuda ən vacib məqamlardan biri haqqında - müəllifin şəxsi fəaliyyəti və kitabın mövzusuna baxaraq keyfiyyət haqqında qərar vermək - haqqında qısaca yazıram. Bu günlərdə çox hörmət bəslədiyim müəllif N.N.Taleb-in "Skin in the game" kitabını oxuyurdum. Məhz bu kitabı oxuyarkən yadıma kitab seçimi mövzusu da düşdü deyə bu barədə bloq yazısı yazmağa qərar verdim. Continue reading →
Mövzu barədə əslində toplanıb qalan fikirlərim çoxdur, sadəcə bəzi əsas məqamlara toxunum, ola bilsin gerisini də yazının ikinci seriyası olaraq yazacam. Giriş və qısa icmal Yazının əsas məqsədi birdir, sosial şəbəkələrdə izlədiyiniz, öz işlərində uğurlu hesab etdiyiniz, ekspert donuna bürünmüş, əslində isə yalan satan şəxsləri tanımaqda və zərərçəkən olmamaqda yardımçı olmaq. Dolayı məqsəd isə ümumən şübhəcil yanaşmanı, kritik düşünməni təbliğ etməkdir. Əgər bir şəxs yalan məlumatlarla özünüreklam edirsə, nəticədə sizdə inam formalaşırsa, siz və yaxın ətrafınız hər zaman potensial zərərçəkmiş hesab edilirsiniz. Məsələn bir anın içində yanlış qərar verib onlardan birinin təklif etdiyi xidmətə inanıb pul verə bilərsiniz . Yaxud yaxın bir tanışınıza məsləhət görə bilərsiniz ki, "facebook-da görmüşəm, filankəs bu sahəni əla bilir, onunla işlə, ona müraciət et", sonra yaxın tanışınız həmin adamdan maddi zərər görmüş olanda arada siz pis ola bilərsiniz və.s. Lap elə birbaşa və dolayı maddi zərər görmə ehtimalınız yoxdur - yenə də, kim istəyər ki, hansısa yalançı biri tərəfindən avam yerinə qoyularaq aldadılsın, inandırılsın? Yəqin ki, heç kim. Ona görə də nə qədər çox insan bu tip işgüzar yalançıları tanıya bilsə, o qədər çox xeyirdir, istər fərdi, istər ümumi planda. Continue reading →
Məlumdur ki, "da,də"-ni bitişik, yoxsa ayrı yazmağı internet istifadəçilərimizin(gənclərin də deyə bilərik) azı 70%-i bacarmır, bəlkə də daha çoxu. Bir-bir oturub izah etmək ki, bu cümlədə bitişikdir, bu cümlədə ayrıdır - çətin məsələdir. Yaxud ədat buna deyilir, şəkilçi ona, bağlayıcı buna - bu da çətindir. Öyrənsəydilər, məktəbdə öyrənərdilər. Birdəfəlik öyrənə bilmələri üçün kiçik bir "hack" lazımdır. Continue reading →
Qeyd: Yazı "Milli Marketinq Forumu - 2016" tədbirinin "Digital Marketinq" panelindəki çıxışımın qısaldılmış təxmini mətnidir. https://www.youtube.com/watch?v=rN1PVTvxMos A/B testinq realizasiya baxımından texniki proses olsa da, marketinq araşdırmaları qrupuna daxil olan bir metoddur. Və digital marketinqdə çox geniş istifadə edilir. Təbii ki, mövzunun texniki yox,  real praktik və faydalılıq tərəflərindən, gəlirlərə nə dərəcədə təsir edə biləcəyindən  bir qədər danışacam. Continue reading →
Giriş - Ölkə xaricindən gəlir əldə etmək. Dolların yerli valyuta önündə daha çox dəyər qazandığı bu günlərdə hər bir peşə sahibi üçün yəqin ki, dollar ilə gəlirinin olması perspektivi maraqlı olar. Yaxşı, bunun üçün hazırda hansı imkanlar və maneələr var? Hansı peşə yiyələri, hansı bacarıq sahibləri üçün bu imkan daha çoxdur?  Yəni nəzərdə tutduğumuz mövzu şirkət-istehsal-ixrac prosesi haqqında yox, tək fərdi şəxsin əməyinin nəticəsini ixrac edib pul qazanmaq imkanları mövzusudur. Bu haqda bir qədər danışacağam. Yazının məqsədi bu məsələdə ümumi imkanlara və problemlərə işıq salmaqdır. Continue reading →