Müasir mobil proqramların köməyilə bir çox xatırlatma növləri mövcuddur. Adi alarm-dan tutmuş, Calendar, ayrıca Reminder, Qeyd kitabçası proqramları içində reminder funksiyası və.s. Bu gün zamana görə yox, məkana görə xatırlatma imkanına malik və istifadə etdiyim iki proqram imkanını paylaşıram. Məlumdur ki, ənənəvi xatırlatmalarda parametr zamandır. "Filan vaxtda mənə filan işi görməli olduğumu xatırlat" - Bu tip xatırlatmanı bütün kalendar və qeyd tipli proqramlar edir. Bəs birdən parametr zaman yox, məkan olsa necə? Məsələn, filan firma mağazasının önündən keçəndə mənə xatırlat ki ordan nəsə almalısan. Oradan nə zaman keçəcəm bilmirəm, zamandan asılı deyil. Ona görə də məkana görə xatırlatma proqramı zərurəti yaranır. Bu imkanı təqdim edən iki proqram təklif edirəm. 1. Google Keep - Bütün Android və İOS sistemlərində asanlıqla qurula bilən bu sadə proqramda yeni qeyd yaradarkən qeydin ayarlarına girib məkan seçirik, google maps açılır, istədiyimiz dəqiq məkanı seçirik və ekrana çıxacaq mesajı yazırıq, vəssalam. Xatırlatma məqsədilə  Continue reading →
Gmail Labs-da çox maraqlı bir funksiyanı paylaşıram. Labs bölməsində təklif olunan Canned Responses adlı funksiyanı aktiv etdikdən sonra, hər hansı göndərilən maili hazır mətn kimi saxlamaq imkanı olur. Sonra eyni tipli mailə göndərilən cavabda hazır mətni ən qısa yolla əldə edib yenidən göndərmək olur. Bu ən çox harda lazım ola bilər? Bu ən çox veb sayt sual-cavab dəstək xidməti göstərən sayt sahibləri və ya işçiləri üçün yararlı ola bilər. Eyni tipli sualları göndərən istifadəçilər çoxdur deyə onlara hazır mətnlər (bir növ FAQ) göndərmək işi çox asanlaşdırır. Hər dəfə əllə yazıb hansısa linki oxumağı təklif etmək, başqa bir yerdə hazır mətnlər saxlamaq və ya sent papkasında köhnə məktubu axtarıb tapıb göndərmək metodları isə əlverişsizdir. Beləliklə funksiyanı aktiv edirik. Gmail-Settings-Labs-Canned Responses aktiv edib save changes etmək. İstifadə qaydası da rahatdır. Maili yazarkən sağ aşağı küncdə canned response seçirik ad veririk və yaddaşda qalır. Sonra təkrar eyni mal yazmaq gərək olanda eyni yerdən bu dəfə o adlı response-u insert bölməsindən seçirik.
Chrome brauzerində web application məntiqinin olması bizə məlumdur. Bəzi dostlar web application-u sadəcə Chrome-un başlanğıc səhifəsində olan shortcut(qısa keçid) kimi başa düşür, amma bu heç də həmişə belə deyil. Çünki bəzi web xidmət saytları var ki, onlar offline şəkildə müvəqqəti yaddaşa, sabit yaddaşa, ciddi funksionala malikdirlər. Google Chrome brauzeri bu funksiya üçün imkanlar təqdim edir çünki. Offline işləyə bilən app-lara Evernote, Gmail offline, Google Docs Offline, Google Keep, Calculators, Angry Birds oyunu və.s. nümunələrini çəkmək olar. Deməli belə alınır ki, bu app-lar əslində kompüterdə quraşdırdığımız proqramlar ilə yavaş yavaş eyni mahiyyət kəsb etməyə başlayırlar: müəyyən təyinatları var, offline çalışa bilirlər, əllə url yazaraq girmirik çünki hazır icon-ları var(Chrome daxilində). Bəs tam olaraq adi kompüter proqramları kimi - brauzerdən kənarda, sistemdə onların giriş ikonlarının olması mümkündürmü? Bəli mümkündür. Mən indi Ubuntu üzərində nümunə yazıram, digər sistemlərdə də analoji yolla bu mümkün olur. Beləliklə tutaq ki Evernote üçün sistemdən giriş lazımdır. 1. Daxil oluruq Evernote Chrome app-a. Açılan səhifədə Chrome-menu-tools-Create applications shortcut seçirik. 2.Açılan səhifədə Desktop, Applications seçimlərini saxlayırıq. 3. Ekrandakı icon-un xüsusiyyətlər bölməsindən ikonunu asanlıqla daha keyfiyyətlisi ilə, özümüz istəyən ilə əvəz edirik. 4. Desktop-a keçib yaranmış ikonu drag&drop ilə sürüşdürük Unity panelə. Beləliklə həm Unity-də, həm də sistem applications-da Evernote proqramına keçid yaranır, ikona klik edərkən açılan səhifə tam ekranlı yeni pəncərə olur deyə onun Desktop app yox Web app olması demək olar ki bilinmir və işimizi daha da asanlaşdırır. Bunu eyni zamanda adi veb səhifələr üçün də etmək mümkündür, hədəfin web application olması zəruri deyil.
Kompüter, smartfon, televizor və.s. cihazların gündəlik istifadə edildiyi dövrdə onların gözlərimizə vurduqları zərər problemi də aktualdır. Bu problem xüsusən iş gününü ofisdə kompüter arxasında keçirənlərə tanışdır. Nəticə də həmişə eyni olur, görmənin zəifləməsi və əksər hallarda optik eynək taxmaq zərurəti. Bəs bu problemin qarşısını eynəkdən öncəki dövrdə tam və ya qismən alacaq nə kimi üsullar var? Və ya eynək taxılan dövrdə eynəksiz görməni yaxşılaşdırmaq olarmı? Bunun üçün bir sıra qeyri tibbi həllər zaman-zaman təklif edilib, müəyyən qida qəbulundan tutmuş gözlərin xüsusi məşqinə, qoruyucu eynəklərə və.s. qədər. Bu yazı belə metodlardan biri olan gözləri qorumaq üçün Bates(Beyts) üsulu haqdadır. Bu metodun ciddi elmi əsasları işlənilib hazırlanmayıb, yəni elmi mənbəyə söykənmir, amma praktiki olaraq kurslar və başqa tip öyrədici mənbələr tərəfindən geniş və effektiv tətbiq olunur. Üstəlik bu metod ilə görmə qabiliyyətini mühafizə edən, hətta yaxşılaşdıran xeyli insanların real rəyləri mövcuddur. Bütün bunlar Beyts metoduna yaşama haqqı, adı çəkilən problemi yaşayanlara isə eynəksiz gəzməyə inam vermiş olur. Continue reading →
Aznet-də download sözü demək olar əksər yerlərdə Yüklə olaraq işlədilir.(elə özüm də uzun müddət elə işlətmişəm, dil öyrəşib deyə). İstər veb saytlarda, istər sosial mediada. Bəzi yerlərdə Endir sözünə də rast gəlmək olur, bu Türkiyə internetindən gəlmə bir termindir. Əslində bizim dildə doğru olan nədir bəs? Download - Hər hansı faylı serverdən kompüterimizə köçürməyə deyirik. Yəni başqa yerdə olan fayl bizə gəlir. = Maşında yük var, onu yerə boşaldırıq, yerə ENDİRirik. Endirmək çıxışlıq halda olan isimlə olur, yəni haradansa endirmək. Upload - Bizdə olan faylı hər hansı serverə köçürürük. = Yerdəki yükü boş maşına YÜKLƏyirik. Yükləmək yönlük halda olan isimlə olur, yəni harasa yükləmək. Ona görə də "Download" - "Endir", "Upload" - "Yüklə" sabit olaraq işlədilməsi daha məqbul olar. Download heç bir halda Yüklə kimi işlədilməməlidir.