Bu yaxınlarda bir əcnəbi saytda maraqlı bir yazı gördüm, qərara gəldim yavaş-yavaş tərcümə edib(tam hərfi yox, bəzən öz cümlələrimi də əlavə etmişəm). Sualların hər birinə mütləq cavab verdikdə həqiqətən insan üçün beyində ilişib qalan bir çox maneələr, çətinliklər və.s. aradan qalxır, təmizlənir gedir. Sualların quruluşu elədir ki, cavab vermək hələ ki, nəyisə ifadə etmir. Lakin hər cavabdan sonra azca fasilə versəniz, o halda sual-cavabın effektini hiss edəcəksiniz. Bəzən isə verilən sual elə cavabın özüdür. 1. Öz yaşınızı bilməsəydiz, özünüzə neçə yaş verərdiz? 2. Hansı daha pisdir: uğursuzluğa düçar olmaq yoxsa heç cəhd belə etməmək? 3. Əgər həyat qısadırsa, nə üçün sevmədiyimiz işlərə sevdiyimiz işlərdən daha çox vaxt sərf edirik? 4. Hər hansı problemi həll etdiyinizi yada salın, hansı ki sonda nəzərdə tutduğunuz nəticə alındı. Bəs alınanadək danışmağa çox güc verdiniz ya konkret problemin həllinə? 5. Əgər bu an həyatda istənilən bir şeyi dəyişiklik imkanına malik olsaydınız, o bir seçiminiz nə olardı, nəyi dəyişərdiniz? 6. Əgər məmnunluq, xoşbəxtlik milli valyuta elan edilsəydi, hansı iş sizi çox varlı adam edərdi? 7. Siz inandığınız şeyi edirsiniz ya etdiyiniz şeyə inanmağa çalışırsınız? 8. Əgər orta insan ömrü 40 yaş olsaydı, bu dəqiqədən sonra nə dəyişikliklər edərdiniz ki, qalan ömrünüz daha maraqlı olsun? 9. Öz həyatınızda baş verənlər nə dərəcədə sizin özünüzdən asılıdır? 10. Siz hansına daha çox önəm verirsiniz: İşi düzgün icra etmək yoxsa düzgün olan işləri icra etmək? 11. Siz üç tanış nahar edirsiniz. Digər iki tanış bir nəfər haqda çox xoşagəlməz, haqsız sözlər danışmağa başlayır. O bir nəfər də sizin hörmət etdiyiniz insandır, amma bu iki nəfər dost bundan xəbərsizdir. Sizin reaksiyanız necə olar? 12. Əgər bir uşağa gələcəyinə dair yalnız bir məsləhət vermək imkanınız varsa, hansı məsləhəti verərdiniz? 13. Sevdiyiniz insanı xilas etmən naminə qanunu pozardınızmı? 14. Elə olubmu ki, sizə dahiyanə görünən nəsə bir fikir sonradan ağılsızlıq kimi görünüb? 15. Bu həyatda digər insanların etdiyindən fərqli etdiyiniz nəsə varmı? 16. Sizi xoşbəxt edə bilən nəsə varmı ki, başqa insanlara zərər vura bilər? 17. Nəyi ciddi şəkildə planlaşdırsanız da sonradan etməmisiniz? Nə oldu sizi saxlayan? 18. Elə bir adətiniz varmı ki, düşünürsüz artıq onu tərk etməyin vaxtıdır? 19. Əgər sizə birdəfəlik hansısa başqa ölkəyə köçmək təklif olunsaydı, hara köçərdiniz və nə səbəbə məhz orda? 20. Lifti çağırma düyməsinə bir dəfədən çox basdığınız hallar olur? Doğurdanmı hesab edirsiniz ki, bu liftin daha tez gəlməsinə səbəb ola bilər? 21. Siz kim olmaq istərdiniz: əsəbləri yerində olmayan dahi, yoxsa xoşbəxt və avam bir insan? 22. Niyə siz - Sizsiniz? Sizi siz edən nədir? Sadalayın. 23. Sizlə tam eyni bir insan olsaydı, o insanla dost olardınız? 24. Hansı daha pisdir: ən yaxın dostunuz xaricə gedir və əlaqəniz kəsilir və ya yaxınlıqda yaşayır amma əlaqəniz hansısa səbəbdən kəsilir? 25. Həyatda ən çox nəyə görə şükür edirsiniz? 26. İkisindən birini seçmək lazım gəlsə hansını seçərdiniz: Bütün keçmiş xoş xatirələri beyindən silmək yoxsa heç bir yeni xoş xatirəyə malik olmamaq? 27. Həqiqətə mübarizəsiz çatmaq olarmı? 28. Ən çox qorxduğunuz şeyin başınıza gəlməsi halı olubmu? 29. 5 il əvvəl nədənsə ötrü hədsiz çox məyus olmağınız halı yadınıza gəlirmi? Əgər gəlirsə, hazırda o vaxt baş vermiş hadisənin nəsə bir əhəmiyyəti qalıbmı? 30. Uşaqlıqdan qalma ən xoş xatirəniz hansıdır? Onu ən xoş edən nədir? 31. Keçmişdən hansı xatirənizi yada salmaq sizi ruhlandıra bilər? 32. Əgər indi etməsəniz, o halda bəs nə vaxt? 33. Əgər siz istədiyinizə hələ də nail olmamısınızsa, o halda nəyi itirməkdən qorxursunuz ki? 34. Elə bir hal olubmi ki, bir insanla üz-üzə olmusunuz, amma bir kəlmə də danışmamısınız, amma sonra hesab etmisiniz ki, bu həyatınızdakı ən yaxşı dialoq idi? 35. Niyə sevgini, sülhü təbliğ edən dinlər bu qədər müharibələrin əsasını təşkil edir? 36. Şübhə hissi olmadan nə yaxşıdır, nə pis - bunu ayırd etmək olarmı? 37. Əgər bu dəqiqə haradansa bir milyon dollar alsanız, dərhal işdən çıxardınızmı? 38. Çoxlu işləri və uyğun gəliri olmaq, hansı ki icra etməyə məcbursunuz və ya az işləri olmaq və daha az gəliri olmaq, hansı ki, icra edilməsi sizə çox xoşdur. Hansını seçərdiniz? 39. Belə bir təəssüratınız var ki, bugünkü gününüz əvvəllər dəfələrlə olmuş günlərin təkrarıdır? 40. Son dəfə nə vaxt ideyadan başqa heç nəyə malik olmadığınız halda hansısa bir işi görməyə böyük həvəs və inamla başlamısınız? 41. Əgər tanıdığınız bütün insanar sabah həyatda olmasaydılar, bugün kimlərə baş çəkərdiniz? (sayın) 42. Elə bir imkan olsadı, dünya şöhrəti qazanmağın bədəli olaraq ömrünüzdən 10 il bağışlayardınızmı? 43. Sizə görə həyat ilə mövcudluq arasında nə fərq var? 44. O gün nə vaxt gələcək ki, siz riski gözə alaraq düzgün bildiyiniz şeyi etməyə başlayacaqsınız? 45. Əgər biz səhvlərimizdən nəticə çıxarıb fayda götürürüksə, o halda niyə səhv etməkdən qorxuruq? 46. Əgər heç kimin qınağına tuş gəlməyəcəyini bilsəniz, hazırda edə bilmədiyiniz nəyi edərdiniz? 47. Son dəfə öz nəfəsinizin və ürək döyüntüsünün səsini nə vaxt dinləmisiniz? 48. Siz nəyi sevirsiniz? Son zamanlar etdikləriniz bu sevgini təsdiq edirmi? (yada salın) 49. Növbəti 5 il boyu hər keçən gün "dünən,iki gün öncə və üç gün öncə nələr etdim?"sualına cavab verə bilərsinizmi? 50. Qərar indi və burda verilir. Siz özünüz qərar qəbul edirsiniz ya kimlərsə sizin yerinizə qərar qəbul edir? Mənbə: selfgrowth.ru  
Gmail-də 2 ildir belə bir əlavə funksiyanın olduğunu bilənlər yəqin ki var, amma bilməyənlər daha çox olmalıdır. Çünki susmaya görə Gmaildə bu funksiya mövcud deyil. Yalnız Google Labs-a daxil olub bu tip əlavə funksiyaları aktivləşdirmək olur. Funksiyanın mahiyyəti bundan ibarətdir ki, əgər siz mesajı bitirməmiş səhv klik nəticəsində mesaj göndərildisə, yaxud səhv bir ünvana göndərildisə, yaxud fayl qoşmağı unudaraq göndərdinizsə və.s. hallarda maili yubanmadan verilmiş bir neçə saniyə ərzində ləğv edə bilərsiniz. App imkanları vasitəsilə bu funksiyanı aktiv hala gətirmək olur. Funksiyanı buradan aktiv edə bilərsiniz.(Undo adlı app) Həmçinin orada siz digər çox maraqlı əlavə funksiyalarla  da tanış olub sınaqdan keçirə bilərsiniz. Məsələn brauzer tab başlığında oxunmamış mail sayının ikonun özündə göstərilməsi.
Bu yaxında Xaricidil.net Conversation səhifəsində olan sorğu bölməsində elektron ödəməyə istifadəçilərin münasibətini öyrənmək üçün sorğu keçirmək qərarına gəldim. Səsvermədən bir müddət keçib artıq 400-ə yaxın gənc(əsas auditoriya tələbələrdir) münasibətini bildirib. Nəticəyə baxaq: Sorğuda sevindirici cəhət odur ki, elektron ödənişə olan münasibət ümumən pozitivə doğru dəyişib. İştirakçıların təxminən 56%-i bu müasir, zəruri tələbata müsbət yanaşır. 26% artıq bunu reallaşdırıb, 30% isə bu fikirdədir. Təəssüf doğuran məqam isə 44%-in elektron ödəməyə olan neqativ münasibətidir. 44% kifayət qədər yüksək göstəricidir və səbəbləri barədə düşünməmiz lazımdır. Səbəblər sırasına nələr aid ola bilər? 1. Mühafizəkarlıq - hər şeyi nəqd alıram, belə şeylər mənlik deyil fikri. 2. Məlumatsızlıq - elektron ödəmə filan deyirlər, nədirsə mənlik deyil yəqin, çətin bir şeydir. 3. Etibarsızlıq - İnternet üzərindən kart məlumatlarımı daxil etsəm, bankdan pulumu çəkərlər və.s. kimi fikirlər. 4. Və.s. digər ümumi və fərdi səbəblər. Dünyada vaxtı az olan insanlar ərzaq bazarlığını belə internet üzərindən edirsə, bizdə hələ elektron kart əldə etməyə neqativ yanaşan insanların olması təəssüf doğurur. Əminəm ki, sorğunu bir il öncə keçirsəydik, xoşagəlməz göstərici 44 yox, minimum 50-55% olardı. İldən ilə irəliləyiş var, sadəcə bu irəliləyiş zəif sürətlə gedir.
Sual: Salam. Ağlıma internet xidmətləri ilə bağlı unikal bir ideya gəlib, amma bunu reallaşdırmağa vəsaitim yoxdur. Onu necə sata bilərəm? Məsələn Google və ya Mail.ru kimi nəhənglərə. (X.Esmurziyev) Cavab: Salam. Sizi məyus etməli olacam: Dünyada maraqlı ideya defisiti mövcud deyil. Sizin ağlınıza gələ bilən istənilən ideya, böyük ehtimalla neçə-neçə başqa şəxslərin ağlına artıq gəlib. Asan axtarış ilə buna əmin də ola bilərsiniz. Heç kimə sadəcə yaxşı ideya lazım deyil. Hamıya yaxşı ideya zamanında və yerində(zərurət olduqda) lazımdır. Məhz bu son tələbi qoyduqda ideya verə biləcək adamların sayı kəskin azalır. Məsələn götürək, bank biznesinin plastik kartlar bölməsini. Minlərlə yüksəkmaaşlı işçilər sutka boyu kiçicik də olsa xeyirgətirən yeni ideya düşünməyə çalışırlar. Kim nail olursa, ona afərin düşür. Amma yeni ideya həddən ziyadə azdır. Odur ki əgər siz konkret sifariş olunan oblast üzrə məsələn 100 əla ideya düşünməyi bacarırsınızsa, o halda siz qabağa gedəcəksiniz. Yox əgər sizdə yalnız bir ideya varsa, onda o heç kimə lazım deyil.(A.Lebedev) Mənbə: tema.livejournal.com
Word document fayllarında olan hər hansı materialı Andorid smartfonda oxumaqda çətinliyim var idi.  QuickOffice və ya digər App-lar işə yaramırdı. Belə ki ya şrift kiçik olur, zoom edəndə narahatlıq yaradır, səhifədən səhifəyə keçid də çox narahat idi.  PDF haqda da eyni şeykəri deyə bilərəm. Bu gün http://aliev.ws -də rast gəldiyim  "Старая iКона и новые iPod" yazısında Androiddə online kitab oxumaq üçün maraqlı bir proqram adına rast gəldim:  Laputa. Onu install etdikdən sonra online pulsuz kitab bazasından istənilən kitabı öz kitab rəfinə əlavə edib oxumaq olar, həddən artıq rahat naviqasiya və interfeysə malikdir. Belə olan  halda google-da .doc fayllarının Laputa-nın dəstəklədiyi .epub faylına convert olunmasına dair axtarış etdim və qarşıma http://www.web-books.com/Publishing/Word2EPUB.htm belə bir sayt çıxdı. Bu saytın köməyi ilə mən .doc-da olan kitabı epub-a çevirdim və SD-Card-ımdakı LaputaBooks qovluğuna standarta uyğun olaraq atdım. Nəticə əla! İndi mən əlverişsiz .doc-da olan e-book-u Laputa-da asanlıqla oxuya bilərəm.  Bu Laputa-nın E-BOOK ONLİNE bölməsində tapmadığımız(orada rusca kitaba ümumiyyətlə rast gəlmədim) və əlimizdə .doc formatımda olan hər hansı e-booku oxumaq üçün effektiv bir üsul oldu.