Internet Explorer 6-nın istifadəçilərin menyusundan çıxarılması yönündə təbliğat aparılması üçün bir müddət başqa bir bloq da təklif etmişdim ki, hər bir developer saytına İE 6 ilə daxil olan istifadəçinin browser ekranına BROWSER-inin qeyri funksional və təhlükəsiz olması barədə xəbərdarlıq mesajı çıxarsın. Bu təkliflə razılaşanlar da oldu, razılaşmayanlar da. Amma mən 2009-un sonundan bunu Xaricidil.net saytında həyata keçirmişdim. Google Analytics-in köməyilə İE 6-nın payının azalma tendensiyasına baxaq:(Burada saytda yerləşdirilən xəbərdarlığın rolunun nə dərəcədə olduğunu deyə bilmərəm) Əvvəlcə ümumən son 6 ay ərzində sayta daxil olan istifadəçilərin browser statistikasına baxaq: 1. İE - 51.04% 2. Opera - 31.19% 3. Firefox - 19.15 %. Aşağıdakı şəkillərdə İnternet explorer versiyalarının istifadədəki payı göstərilib və qeyd edim ki, bu aylar ərzində sayt istifadəçilərinin İE-den istifadə faizi demək olar ki dəyişməyib - 51% civarı olub.(Yaşıl sektor İE6-ya uyğundur, göy İE7, narıncı İE8. ) Oktyabr 2009. Noyabr 2009. Dekabr 2009. Yanvar 2009. Internet Explorer 6-nın sayta daxil olmalarda olan pay faizi son 3 ayda 21.50%-dən 18.24%-ə düşüb. Düşmə sürəti aşağı olsa da, hər halda sevindiricidir. Amma bu sürətlə yalnız təqribən 15-16 aya İE6-nın pay faizi 1-2% civarına enəcək.
Aznet istifadəçiləri internetdə yazışarkən Latın qrafikalı Azərbaycan əlifbasından(LQAƏ) daha çox ingilis əlifbası(İƏ) ilə yazırlar, nəticədə Azərbaycan "SMS dili" meydana çıxır. (Men gelirem, en yaxshi, mentiqli dushunce və.s.). Aznetin ümümi mətn bazasının nəhəng olmadığını və istifadəçilər tərəfindən daxil olunan informasiyanın(forum müzakirələri,twitter tweetləri, bloq şərhləri və.s.) əksərinin İƏ-də olduğunu nəzərə alsaq, bu önəmli bir axtarış probleminə gətirib çıxarır. Google Azərbaycan türkcəsini və Azərbaycan "SMS dilini" "bilmədiyindən" məsələn mən "məntiq testləri" axtarıramsa, "mentiq testleri" də axtarmalıyam, çünki məlumatlar ikiyə bölünüb, axtarmasam forumlarda,twitterdə mənə faydalı ola biləcək məlumatdan məhrum oluram. İnternetdən istifadə qabiliyyəti nisbətən zəif olanlar isə axtarış kəlməsini LQAƏ-də yazacaq, heç bir nəticənin olmadığını görüb geri çəkiləcək. Bu problemin həlli yolları barədə fikrinizi öyrənmək istəyərdim. Hamını LQAƏ-də yazmağa məcbur etmək olmaz, çünki rahatlıq naminə əksəriyyət(o cümlədən mən) ingilis əlifbası işlədir. Nə etməli? Elə bir APİ(by Yahoo or by Google) qurub xüsusi pluginlə "SMS dilindən" milli hərflərə və tərsinə konvertasiya aparmaq çıxış yolu ola bilərmi? P.S. LQAƏ ilə bağlı problemin əsas səbəbi isə QWERTY klaviaturasındadır, belə ki, populyar hərflər olan ə,ü,ö,ç,ş,ı QWERTY-də çox narahat yerdə yerləşdiyindən LQAƏ-də yazmaq İƏ-də yazmaqdan qat-qat çox enerji tələb edir. AMEA Kibernetika institutunda QWERTY-yə analoq olan klaviatura hazırlanıb və bu bir dissertantın namizədlik dissertasiyası da olub, klaviatura hazırlanarkən müxtəlif sahələrdən olan 10-larla kitabların kontenti analiz edilib, hansı hərfə hansı tezlikdə rast gəlinməsi araşdırırıb və yekunda QWERTY analoqu qurulub, amma onun tətbiqi məsələsi yəqin ki, problemli olacaq, bu dəfə də yeni düzümü öyrənmək çətin olacaq.
Elm/təhsil kateqoriyasına aid saytlarımızdan birinin email statistikası ilə sizləri tanış edirəm, yəqin ki, bu az və ya çox dərəcədə ümumi Aznet reallığına yaxındır. Təxminən 5500 user emailindən istifadə olunub. <img src="http://qwe.az/uploads/images/e/c/8/a/143/09a4618b4b.png" > Mail.ru - 47.3 % Box.az - 12.8 % Yahoo! - 12.5 % Hotmail - 9.4 % Rambler - 6.2 % Gmail - 5.9 % Başqaları - 5.9 % Göründüyü kimi Mail.ru (inbox,bk,list domenləri də birgə nəzərə alınıb) böyük fərqlə liderlik edir. Statistikanın aparıldığı sayt elm/təhsil kateqoriyasına aiddir. İT istifadəçiləri arasında bəlkə də Gmail lider olar. İT saytlarından biri belə statistika təqdim etsə, maraqlı müqayisə aparmaq olar. Elm/təhsil kateqoriyasına aid saytlarımızdan birinin email statistikası ilə sizləri tanış edirəm, yəqin ki, bu az və ya çox dərəcədə ümumi Aznet reallığına yaxındır. Təxminən 5500 user emailindən istifadə olunub. <img src="http://qwe.az/uploads/images/e/c/8/a/143/09a4618b4b.png" > Mail.ru - 47.3 %Box.az - 12.8 %Yahoo! - 12.5 %Hotmail - 9.4 %Rambler - 6.2 %Gmail - 5.9 %Başqaları - 5.9 % Göründüyü kimi Mail.ru (inbox,bk,list domenləri də birgə nəzərə alınıb) böyük fərqlə liderlik edir. Statistikanın aparıldığı sayt elm/təhsil kateqoriyasına aiddir. İT istifadəçiləri arasında bəlkə də Gmail lider olar. İT saytlarından biri belə statistika təqdim etsə, maraqlı müqayisə aparmaq olar.
This statistic i made from one of my website's(education cathegory: http://www.xaricidil.net ) user database.(i made it in 2009-09-19) Users - gender Male - 55.33 % Female - 44.67 %. Users - emails Mail.ru - 31.8 % Yahoo! - 18.7 % Box.az - 10.4 % Hotmail - 8.1 % Gmail - 7.5 % Other mails - 23.5 %. Users - education Secondary school - 15.8 % Bachelor - 51.3 % Master degree - 9.9 % Doctorate degree - 1 % Graduated - 11.1 % Other - 10.9 % Very interesting results. :)