Belə bir Community yaratmağı qərara gəldim. https://plus.google.com/communities/115971210454065924105 Yəqin bəzilərinizin məlumatı var ki, Linkedin-də də belə bir qrupumuz var(qoşula bilərsiniz: http://www.linkedin.com/groups?home=&gid=3722491) və hazırda müxtəlif ölkələrdən 3000-ə yaxın üzvü var, qrup çox aktivdir. Məlumatımıza görə bu qrup Linkedin-də sırf Wordpress Developer-lər üçün nəzərdə tutulan ən böyük qrupdur. Amma Linkedin bir növ qapalı sistem olduğundan, funksionalı da məhdud olduğundan orada qrup imkanları dardır və sırf qrup olmaqdan o tərəfə keçmir, Community ola bilmir. Facebook qruplarda da vəziyyət eynidir. Google+ isə Community üçün yaxşı imkanlar yaradır. Beləliklə bu qrupu yaratdıq və Wordpress Development-də maraqlı olan hər kəs üçün maraqlı və faydalı bir platformaya çevirməyə çalışacağıq. https://plus.google.com/communities/115971210454065924105 P.S. Səhifə ingilisdillidir və lokal xarakter daşımır.
Wordpress sistemində qurulan saytları Backup etmək üçün bir çox üsullar mövcuddur. Bazanı əllə dump etmək, file sistemi copy paste etmək həll yollarından ən qabasıdır. Bəs optimal yollar necədir? Optimal yollar üçün bir çox asanlaşdırıcı pluginlər mövcuddur. Bəzi pluginlər tək bazanı, bəziləri tək faylları, bəziləri hər ikisini backup edib sistemdə saxlayır, siz yükləyirsiniz. Bəziləri də var ki, backup etdikdən sonra arxiv faylı dərhal Dropbox bulud xidmətinə köçürə bilir. Bu da çox yaxşı funksiyadır. Belə ki backup-un hazır olmasından sonra dərhal hostinqi tərk edib Dropbox-a köçməsi hostinqdə istənilən an baş verəcək qəzanın fəsadlarını minimallaşdırır. Backup pluginlərinə 2 yaxşı nümunə yazım: 1. Backup Scheduler Bəzi saytlarda istifadə edirəm. Yaxşı plugindir. Schedule imkanına malikdir, hansı ki, istənilən gün intervalı seçib hansı intervaldan bir backup çıxarılmasını təyin edə bilirik. Backupun ftp ilə kənar hostinqə yüklənməsini, habelə emailinizə göndərilməsini də təmin edə bilirik. Hostinqlərin məhdudiyyətini nəzərə alaraq backup faylını hissələrə bölmək imkanı da var. Yəni backup 100 MB olacaqsa, bunu yaratmaq və göndərmək hostinqə çətin ola bilər, onu 5-5 meqabaytla 20 yerə bölmək imkanı var. 2. WordPress Backup to Dropbox  Bu da yaxşı plugindir. Backup faylını birbaşa Dropbox qovluğunuza göndərir. Saytın içərisindən Dropbox-a login Oauth metodu ilə aparılır, odur ki, sizin login məlumatlarınız haqda kiminsə xəbəri olmur, güvənlidir.
Veb saytlarda yerləşdirilən başqa saytların bannerlərinə olan keçid sayını və ya saytda olan birbaşa fayl yükləmələrinin sayını tədqiq etmək developer üçün daim maraqlı məsələlərdən biridir. Bu istiqamətdə ən tanınmış metod hər hansı out.php və ya download.php faylı yaradıb yükləməni və ya keçidi o faylda qeydə alıb daha sonra redirekt üsulu ilə keçidi tamamlamaqdır. Bu təcrübəli bir veb proqramçı üçün çətin olmayan bir məsələdir. Bəs təcrübəsiz üçün hər hansı asan yol təklif edə bilərikmi? Və ya CMS-dən istifadə edən müvafiq plugin tapmayan bir developer üçün? Bəli təklif edə bilərik. Bu yazıda bit.ly servisindən bu məqsədlə istifadə qaydasını təklif edirəm. Bit.ly saytı uzun linkləri qısaltmaq(əsasən Twitter.com-da) üçün yaradılmış bir servis idi. Amma sonralar Twitter özü avtomatik qısaltmaya keçdi deyə bit.ly-nin bu əsas funksiyası aktuallığını itirdi. Düzdür hələ də istifadə olunur, amma əvvəlkitək yox. Və beləliklə bit.ly bitly.com-a çevrilib link qısaltma işində bir qədər ətraflı servislər təklif etməyə başladı. Bunlardan biri də bit.ly-də hesab açaraq qısaldılmış linklərin istifadə sayının statistikasını təqdim etməkdir. Beləliklə tutaq ki, 1. Siz saytınıza site.com saytının bannerini qoymusunuz və sizin saytdan olan keçidlərin sayından daim məlumatlı olmaq istəyirsiniz. 2. Saytınıza hər hansı proqram təminatınızı zip faylı şəklində yükləməyə qoymusunuz və maraqlanırsız ki fayl neçə dəfə yüklənib. Hər iki hal üçün bitly.com-da sadə qeydiyyatdan keçirsiniz, sağ yuxarıda lazımi linki paste edib qısaldılmış linki alırsınız. Linki yaratdıqdan sonra qısaldılıb sizə təqdim edilən yeni linki saytınızda olan bannerə qoyursunuz(yükləmə halında isə YÜKLƏYİN sözünı) və daha sonra STATS bölməsindən daim linklərə olan keçid sayını zaman filtri ilə asanlıqla tədqiq imkanına malik olursunuz. Uğurlar. :) P.S. Saytın developers bölməsində APİ imkanlar da təqdim olunur ki, bunların köməyilə bu prosesi avtomatlaşdırmaq olar. Məsələn çoxsaylı linklər generasiya edən bir saytda hər bir linki əllə yaratmaq əlverişli deyil. Və bunu APİ-lərlə avtomatik reallaşdırmaq olar. Amma bu yalnız təcrübəli developerlərə maraqlı ola biləcək mövzudur.
Wordpress CMS-i istifadə edən developerlər yəqin ki, php-dəki wp_mail() funskiyasından xəbərdardırlar. Funksiyanın adı tanış gəlməsə belə gördüyü iş hamıya məlumdur. Bu funksiya vasitəsilə sistem emailləri göndərilir. Yəni yeni şərh olduqda, yazınıza şərh yazıldıqda, qeydiyyatdan keçdikdə, parolu unutduqda və.s. emailləri bu funksiya göndərir. Bu funksiyanın header-başlıqları(Göndərənin adı, email ünvanı) Wordpress-in nüvə fayllarından birində yerləşdiyindən(konkret desək wp-inclueds/pluggable.php) onu redaktə etmək əlverişli deyil, çünki redaktə etsək belə Wordpress-in növbəti update-ində nüvə faylları yeniləri ilə əvəz olunacaq və əziyyət hədər gedəcək. Ona görə də bu məsələni ya pluginlə həll etmək lazım, ya da theme-in functions.php faylında hook filterlər(hook filter CMS-lərə aid termindir və izahı bu mövzuya aid deyil deyə üstündə dayanmayaq) yazmaq lazım. Biz 2-cini seçərək asan yolla bu problemi həll edək. Ümumiyyətlə niyə buna problem kimi baxırıq, default(susmaya görə) başlıqların nə pis cəhəti var ki? Cavab bu: Default başlıqlar sizin istəyinizə uyğun qurulmayıb. Belə ki göndərənin adı olaraq Wordpress, emaili olaraq wordpress@sizin_sayt_unvani.com göstərilir. Təsəvvür edək sizin istifadəçiyə məktub gedir sizin saytdan, istifadəçi mailini açır görür ki Wordpress adlı şəxsdən ona məktub gəlib. Yəni “WordPress” wordpress@sizin_sayt.com.  Bu heç də yaxşı deyil. İstifadəçi belə bir başlıqla qarşılaşmalı: “Sizin saytın adı, başlığı və ya adminin adı” sizin_saytin_adi@sizin_sayt.com Bunu etmək üçün admin paneldən(Dashboard) Appearance->Themes->Editor bölməsinə daxil olun və theme-nizin functions.php faylını açıb bu kodu ora yerləşdirin. [code] function website_email() { $sender_email= 'Sizin saytın emaili buraya'; //məsələn info@saytiniz.com return $sender_email; } function website_name(){ $site_name = 'Sizin saytın adı-başlıq və ya hər hansı ad-soyad buraya'; //məsələn Filankesov Filankes return $site_name; } add_filter('wp_mail_from','website_email'); add_filter('wp_mail_from_name','website_name'); [/code] Vəssalam, bu əməliyyatdan sonra sizin istifadəçilər sizin saytdan normal başlıqlı emaillər alacaqlar.
Bu postda kiçik bir kod parçası paylaşmaq istəyirəm, bu kod wordpress bloqunuzun kateqoriyalarını yazı sayına görə qrafik təsvir edəcək, kod parçasını statistika ilə maraqlanan istənilən şəxs öz bloqunda yerləşdirə bilər. Kod aşağıda yazılanlardan ibarətdir: [code] //Author: Elvin Haci //Author url: http://webania.net $ch_cats = get_categories(array('orderby'=>'count','order'=>'desc') ); $sayy= count($ch_cats); $chd=''; $chl=''; for ($i=1;$i<=$sayy;$i++) { $chd=$chd.','.$ch_cats[$i-1]->count; $chl=$chl.'|'.$ch_cats[$i-1]->name.'('.$ch_cats[$i-1]->count.')'; } $chd=substr($chd,1); $chl=substr($chl,1); $ch_title="Yazı sayına görə mənim bloq kateqoriyalarım"; $ch_size="450x200"; // Şəklin ölçüsüdür, dəyişə bilərsiniz. echo '<img src="http://chart.googleapis.com/chart?chtt='.$ch_title.' &cht=p3&chd=t:'.$chd.'&chs='.$ch_size.'&chl='.$chl.'">'; [/code] Əgər siz qrafiki yazı daxilində yerləşdirmək istəyirinizsə o halda InlinePHP pluginini(qoşmasını) quraşdırmaq lazımdır. Quraşdırdıqdan sonra siz yazı daxilində [ exec ] ...code here... [/exec] tag-larından istifadə edərək istənilən php kod parçasını işlədə bilərsiniz. Yox əgər sizin theme redaktəsi ilə aranız yaxşıdırsa, təcrübəniz varsa, o halda qrafiki bloqunuzda istənilən bölgədə yerləşdirə biləcəksiniz. Məsələn yan sütunda yerləşdirmək olar(cari işlətdiyiniz theme qovluğunda sidebar.php faylı). Sonra qrafiki demo olaraq təqdim edirəm. Təbii ki, bu qrafik yazının dərc olunduğu bloqun statistikasını əks etdirir. [exec] $ch_cats = get_categories(array('orderby'=>'count','order'=>'desc') ); $sayy= count($ch_cats); $chd=''; $chl=''; for ($i=1;$icount; $chl=$chl.'|'.$ch_cats[$i-1]->name.'('.$ch_cats[$i-1]->count.')'; } $chd=substr($chd,1); $chl=substr($chl,1); $ch_title="E-Haci.net kateqoriyalar"; $ch_size="550x200"; // You can change it feet to your post echo ''; [/exec] Bu kodu asanlıqla plugin formasına salıb Wordpress.org-da yerləşdirə bilərəm, əgər maraq olsa inşallah yəqin ki edəcəm. Uğurlar. Yazının ilkin dərc etdiyim ünvan: Webania.net