Windows-da 1. ODBC qurmaq. Start->Settings->Control Panel->Administrative Tools->Data sources(ODBC)->Add->Sql Server->Finish. Açılan səhifədə SQL server hostunu və database-i yazırıq finish veririk. PHP-də qoşulma. $conn=odbc_connect('DRIVER={SQL Server};SERVER=;DATABASE=','username','password');
Mobil telefonların əksəriyyətində milli hərfləri daxil edə bilmədiyimizdən bəzən kompüterdən kənarda olanda hər hansı dəqiq bir ifadənin axtarışı mümkün olmur. Əgər Google Azərbaycan dilini Yandex rus dilini bildiyi dərəcədə bilsəydi, təbii ki belə problem olmazdı, məsələn "ən hündür zirvə" ifadəsini "en hundur zirve" yazardıq, google da bunu anlayardı. Amma hazırda anlamır. Ona görə də javascriptin köməyi ilə bu problemi həll edən mini səhifə düzəltməyə qərar verdim. Səhifənin ünvanı http://cavablar.net/m - dir. İstifadə qaydası sadədir. Məsələn "ən hündür zirvə" əvəzinə "e0n hu0ndu0r zirve0" yazmaq kifayətdir. Faydalanmaq istəyənlər telefon bookmarkına əlavə edə bilər. Yaxın günlərdə səhifəni daha da əlverişli etmək üçün düşünəcəm. Hələ ki səhifə bir neçə sətirlik sadə koddan ibarətdir.
Komodo IDE (Windows, Linux, Mac) PHP, Python, Ruby, Perl və Tcl, JavaScript, CSS, HTML və templatelər - RHTML, Template-Toolkit, HTML-Smarty və Django dəstəkli Notepad++ (Windows) Bir neçə proqramlaşdırma dilini dəstəkləyir. Netbeans (Windows/Linux/Mac/Solaris) C/C++, PHP, JavaScript, Groovy, və Ruby dəstəkli. PHPEdit – (Windows) Programmer’s Notepad (Windows) Eclipse PDT (Windows/Mac/Linux) PSPad (Windows) Syntaksis highlight dəstəkli, HEX Editor, Project support, FTP Client, Macro Recorder, File Search/Replace, Code Explorer, Code page conversion inteqrasiyalı. ConTEXT (Windows) HTML-Kit(Windows) Geany (Linux) Mənbə: Geekatude.com
PHP-də yazdığım istifadəçini müvəqqəti blok etmə skriptini paylaşıram. Ümumən blok etmə veb server səviyyəsində həll olunası işdir, amma burada söhbət istifadəçini müvəqqəti blok etməkdən (soft block :) ) gedir. Veb səhifənin üst hissəsinə paste edin: session_start(); $cehd_sayi_limiti=60; // 1 deqiqe $blok_muddeti=120; // 2 deqiqe $carivaxt=time(); if (!isset($_SESSION["yoxlama_vaxti_ses"])) { $_SESSION["yoxlama_vaxti_ses"]=$carivaxt; $_SESSION["yoxlama_say"]=0; } $_SESSION["yoxlama_say"]=$_SESSION["yoxlama_say"]+1; if ($_SESSION["yoxlama_say"]>=$cehd_sayi_limiti) { if (($carivaxt-$_SESSION["yoxlama_vaxti_ses"])<=$blok_muddeti and ($carivaxt-$_SESSION["yoxlama_vaxti_ses"])!=0) { echo 'Siz qısa zaman ərzində normadan çox sorğu göndərdiniz, sayt sizin üçün yalnız '.$blok_muddeti.' saniyədən sonra aktivləşəcəkdir.'; die(); } else { $_SESSION["yoxlama_vaxti_ses"]=$carivaxt; $_SESSION["yoxlama_say"]=0; } }