Chrome brauzerində web application məntiqinin olması bizə məlumdur. Bəzi dostlar web application-u sadəcə Chrome-un başlanğıc səhifəsində olan shortcut(qısa keçid) kimi başa düşür, amma bu heç də həmişə belə deyil. Çünki bəzi web xidmət saytları var ki, onlar offline şəkildə müvəqqəti yaddaşa, sabit yaddaşa, ciddi funksionala malikdirlər. Google Chrome brauzeri bu funksiya üçün imkanlar təqdim edir çünki. Offline işləyə bilən app-lara Evernote, Gmail offline, Google Docs Offline, Google Keep, Calculators, Angry Birds oyunu və.s. nümunələrini çəkmək olar. Deməli belə alınır ki, bu app-lar əslində kompüterdə quraşdırdığımız proqramlar ilə yavaş yavaş eyni mahiyyət kəsb etməyə başlayırlar: müəyyən təyinatları var, offline çalışa bilirlər, əllə url yazaraq girmirik çünki hazır icon-ları var(Chrome daxilində). Bəs tam olaraq adi kompüter proqramları kimi - brauzerdən kənarda, sistemdə onların giriş ikonlarının olması mümkündürmü? Bəli mümkündür. Mən indi Ubuntu üzərində nümunə yazıram, digər sistemlərdə də analoji yolla bu mümkün olur. Beləliklə tutaq ki Evernote üçün sistemdən giriş lazımdır. 1. Daxil oluruq Evernote Chrome app-a. Açılan səhifədə Chrome-menu-tools-Create applications shortcut seçirik. 2.Açılan səhifədə Desktop, Applications seçimlərini saxlayırıq. 3. Ekrandakı icon-un xüsusiyyətlər bölməsindən ikonunu asanlıqla daha keyfiyyətlisi ilə, özümüz istəyən ilə əvəz edirik. 4. Desktop-a keçib yaranmış ikonu drag&drop ilə sürüşdürük Unity panelə. Beləliklə həm Unity-də, həm də sistem applications-da Evernote proqramına keçid yaranır, ikona klik edərkən açılan səhifə tam ekranlı yeni pəncərə olur deyə onun Desktop app yox Web app olması demək olar ki bilinmir və işimizi daha da asanlaşdırır. Bunu eyni zamanda adi veb səhifələr üçün də etmək mümkündür, hədəfin web application olması zəruri deyil.
Kompüter, smartfon, televizor və.s. cihazların gündəlik istifadə edildiyi dövrdə onların gözlərimizə vurduqları zərər problemi də aktualdır. Bu problem xüsusən iş gününü ofisdə kompüter arxasında keçirənlərə tanışdır. Nəticə də həmişə eyni olur, görmənin zəifləməsi və əksər hallarda optik eynək taxmaq zərurəti. Bəs bu problemin qarşısını eynəkdən öncəki dövrdə tam və ya qismən alacaq nə kimi üsullar var? Və ya eynək taxılan dövrdə eynəksiz görməni yaxşılaşdırmaq olarmı? Bunun üçün bir sıra qeyri tibbi həllər zaman-zaman təklif edilib, müəyyən qida qəbulundan tutmuş gözlərin xüsusi məşqinə, qoruyucu eynəklərə və.s. qədər. Bu yazı belə metodlardan biri olan gözləri qorumaq üçün Bates(Beyts) üsulu haqdadır. Bu metodun ciddi elmi əsasları işlənilib hazırlanmayıb, yəni elmi mənbəyə söykənmir, amma praktiki olaraq kurslar və başqa tip öyrədici mənbələr tərəfindən geniş və effektiv tətbiq olunur. Üstəlik bu metod ilə görmə qabiliyyətini mühafizə edən, hətta yaxşılaşdıran xeyli insanların real rəyləri mövcuddur. Bütün bunlar Beyts metoduna yaşama haqqı, adı çəkilən problemi yaşayanlara isə eynəksiz gəzməyə inam vermiş olur. Continue reading →
Aznet-də download sözü demək olar əksər yerlərdə Yüklə olaraq işlədilir.(elə özüm də uzun müddət elə işlətmişəm, dil öyrəşib deyə). İstər veb saytlarda, istər sosial mediada. Bəzi yerlərdə Endir sözünə də rast gəlmək olur, bu Türkiyə internetindən gəlmə bir termindir. Əslində bizim dildə doğru olan nədir bəs? Download - Hər hansı faylı serverdən kompüterimizə köçürməyə deyirik. Yəni başqa yerdə olan fayl bizə gəlir. = Maşında yük var, onu yerə boşaldırıq, yerə ENDİRirik. Endirmək çıxışlıq halda olan isimlə olur, yəni haradansa endirmək. Upload - Bizdə olan faylı hər hansı serverə köçürürük. = Yerdəki yükü boş maşına YÜKLƏyirik. Yükləmək yönlük halda olan isimlə olur, yəni harasa yükləmək. Ona görə də "Download" - "Endir", "Upload" - "Yüklə" sabit olaraq işlədilməsi daha məqbul olar. Download heç bir halda Yüklə kimi işlədilməməlidir.
WordPress(WP) saytların təhlükəsizliyi mövzusu çox önəmlidir, ən azı ona görə ki bu CMS dünyada ən populyar CMS-dir. Bu yazıda sadə bir əməliyyatın, administrator istifadəçi adını fərqli etməyin nə dərəcədə önəmli olmasından bəhs edəcəyik. Amma ilk öncə WP CMS-inin Core halında nə dərəcədə təhlükəsiz olması haqda deyim: Tam təhlükəsizdir. Heç bir əsaslandırılmamış əks fikrə inanmaq lazım deyil. Kod tərəfdən heç bir problem yoxdur, problem insan amili ilə bağlıdır ki, o haqda bəhs edəcəyik. Sual: Bəs o halda Core halda belə əlavə təhlükəsizlik tədbirləri nəyə lazımdır? (Plugin və theme haqda bu dəfə danışmırıq) Cavab: Ona görə lazımdır ki, Wordpress nə qədər güvənli olsa da, açıq kodludur deyə strukturu hər kəsə aydındır. Və aydındır deyə, internetdə gəzib dolaşan çoxsaylı botlar arabir sizin sayta da bir tilov atacaq. Çünki hansı faylın harda yerləşdiyini bilir. Məsələn wp-admin-ə təsadüfi post request göndərəcək 100 dəfə, təsadüfi parollarla, tutar tutar, tutmaz tutmaz. Bu tip hücumları əksər developerlər tədqiq etmir deyə say haqda təsəvvürləri yoxdur. Amma gerçək olan budur ki, hər bir WP sayt ay ərzində 100-lərlə, bəlkə minlərlə belə hücuma məruz qalır. Və hər hücumda milyonda bir ehtimal olsa belə saytın admin panelinin ələ keçirilməsi ehtimalı var. WP təhlükəsizlik uzun mövzudur, bir yazıda ətraflı bəhs etmək olmaz. Amma cəmi 1 detalı dəyişməklə siz hücumların mütləq əksərinin qarşısını almış olursunuz. Aşağıdakı şəklə baxaq: Burada mən Cavablar.net analitikasını aparmışam və bir gün ərzində əcnəbi İP-lərdən edilən hücumların sayına diqqət edin. Yüzlərlə hücum var, hər hücum 16 cəhddən sonra xüsusi plugin ilə blok edilib hələ, edilməsəydi say minlərlə olardı. Gələk bugünku əsas məqama: Bütün bu hücumları bir şey birləşdirir: username = admin yoxlanılır, yalnız və yalnız. Çünki WP-də başlanğıc halda username admin olur. İnstall zamanı bircə admin username-ni dəyişməklə siz bütün bu hücumları tam mənasız etmiş olursunuz. Gördüyünüz kimi kiçik, amma çox önəmli detaldır. Sual: Bəs artıq aktiv olan saytımda admin userini necə dəyişim, axı login-i dəyişmək icazəsi yoxdur? Cavab: Bəli yoxdur, amma bunu asanlıqla sql admin-dən etmək olar. Məsələn girirsiniz phpmyadmin-ə, wp_users cədvəlində admin userini tapıb, user login-i dəyişib yadda saxlayırsınız, vəssalam. Və ya SQL dili ilə desək: update wp_users set user_login='yeni_ad' where user_login='admin'; Təkrar edirəm ki, WP təhlükəsizlik tədbirləri bircə bu deyil və xeyli sayda tədbirlər var, sadəcə mən ən asan bir tədbirin necə effektiv olması haqda bəhs etmək istədim. Qeyd: Yuxarıdakı analitikanı Limit Login Attemps plugini ilə aparmışam. Pulsuzdur, yükləyə bilərsiniz. Plugin bu tipli analiz hesabat ilə yanaşı həm də bu tip İP-ləri blok etmək imkanına malikdir.
Google Chrome brauzerinin performans cəhətdən ən sürətli brauzer olması heç kimə sirr deyil. Amma Webkit motoru üzərində qurulmuş bu brauzerin digər brauzerlərdən önəmli fərqlərindən biri də, hər TAB rejiminin Əməliyyat Sisteminin proseslər panelində ayrıca proses kimi olmasıdır. Yəni digər brauzerlərdə bütün brauzer yaddaşda N MB yer tutursa, Chrome-da hər tab A MB həcmdə, cəmi kifayət qədər iri olan yer tutur. Ona görə də Chrome ilə iş zamanı resursdan istifadə digər brauzerlərdən xeyli çox olur. Məsələn mən az öncə 12-15 tab-ı açıq olan Chrome-da task manager-dən baxdım, 1.5 GB resurs yeyildiyini gördüm. Əsas resursları da işlətmədiyim, uzun müddətdir passiv qalan tab-lar yeyirdi. Bu kifayət qədər pis göstəricidir,  kompüter resursunun az qala yarısını tutur. Background rejimdə hansısa fəaliyyətini davam etdirən tab, daxilində flash obyekt olan tab,  informasiya həcmi iri olan tab Chrome-da çox resurs yeyir. Bundan qurtulmağın primitiv yolu təbii ki, lazım olmayan tab-ları bağlamaqdır. Amma bu effektiv həll deyil. Çünki bəzi tab-lar var ki, onları hazırda işlətməsək də əl altında olması baxımdan daim açıq tutmaq gərək olur(Məndə Evernote app, Gmail, Google+, Feedly app bu qəbildən tab-lardır) Ona görə də effektiv həll üçün 3-cü tərəf həllərə baş vuraq. Mən axtarışlardan sonra cəmi 2-sini sinamışdım və sonra 1-nin üstündə dayanmışdım və hazırda onu işlədirəm. 1. Sınadığım amma işlətmədiyim - Tabmemfree Bu extension 15 dəqiqədən(dəyişmək də olur) artıq açmadığınız tabları avtomatik yuxuya verir. Və onların RAM-dan istifadəsi dayanır. Yuxuya vermə prinsipi sadə formada aparılır. Səhifələr yönləndirilir boş bir səhifəyə, ona görə resurs yemir, siz tab-ı açan kimi dərhal geri dönüş baş verir və tab əvvəl hansı URL-də qalmışdısa ordan da davam edir. Mənfi cəhət budur ki, bu bütün tab-lara şamil edilir, 1-2 istisna etmək imkanı yoxdur(məsələn Gmail kimi tab-lar yuxuya getməməlidir, çünki hər an vacib mail gələ bilər). İstisna imkanı PİN olunmuş tab-larçün təklif edilir. Amma yuxuya getməməsini istədiyimiz tab-ı mütləq pin etmək məcburiyyəti xoş deyil. 2. Hazırda işlətdiyim - The Great Suspender Bu extension avtomatik yuxuya vermə xüsusiyyətinə malik deyil. Hər bir tab əllə yuxuya verilir və RAM-dan istifadəsi kəsilir. İstənilən an da harda qalmışdıqsa oradan davam etmək olur. Bu extensionun 1-cidən üstünlüyü də budur, nəyi istəyirik yuxuya veririk, nəyi istəmirik vermirik.  Mənfi cəhəti də budur ki, avtomatik yuxuya vermə funksiyası yoxdur. Avtomatik yuxuya vermə funksiyası da var. White list imkanı da var. Yəni məsələn gmail, youtube və 1-2 başqa saytı whitelist-ə əlavə edib digər bütüb tab-lar üçün avtomatik suspend aktivləşdirmək olar. Bu halda bizə lazım olan effektiv həll alınmış olur. Güman edirəm ki, daha yaxşı extensionlar var, mən heç də çox araşdırmamışam. Bu haqda istifadə təcrübəsi olanlar və sualı olan oxucular şərh bölməsində fikirlərini yaza bilərlər.