Texnoloji yeniliklər və onlara müqavimət

Xəbər portallarını izləyən kəslər bildi ki, son günlərdə Fransada ciddi taksi böhranı yaşandı. Səbəbkar isə ABŞ mənşəli Uber şirkətinin Fransada göstərdiyi fəaliyyətdir. Belə ki, hüquqi manevr ilə taksi lisenziyası almadan faktiki taksi xidməti göstərən Uber yerli taksi sürücülərinin çörəyinə bais olduğundan taksiçilər üsyana qalxdı. Bəs bu qovğada kim haqlıdır? Continue reading “Texnoloji yeniliklər və onlara müqavimət”

“Karyerada özünəinam və motivasiya” vs “Reallıq”

Bir neçə gün öncə gördüyüm bir karikatura məni yazıdakı mövzuda çox düşündürdü.

Karyera və fərdi inkişaf barədə motivasiya, optimizm aşılayan kitablar oxumuş şəxslər mövzunu daha yaxşı anlayar(D.Karnegi, N.Hill, S.Kovi, R.Branson, T.Peters, C.Kohe, R.Kiyosaki və.s. yüzlərlə bestseller müəlliflərinin əsərləri). O tip əsərlərin məsələyə yanaşmaları fərdi ola bilər, amma  ortaq təlqini budur: “hər şey insanın özündən asılıdır”, “problemlər əslində uğura aparan yoldur”, “çətinliklər görəndə ruhdan düşmə, bu sadəcə uğurun yaxında olmasının növbəti siqnalıdır” və.s. Bu fikirlər doğrudurmu? Və ya tam yanlışdır və insanlar sadəcə inamlı olmaları üçün belə yalanlar aşılanırmı? Əslində birmənalı cavab vermək çətindir.

Amma hər bir halda empirik müşahidələr, uğur hekayələri, bəzən şəxsi təcrübə və.s. ilə əmin olmaq olar ki, bu tip təlqinlər əsassız deyil və real olaraq işləyə bilir. Üstəlik böyük ölçüdə götürəndə zərərsizdirlər. Ona görə də özünə belə müsbət impulsları aşılaya bilmiş insanların doğru yolda olduğunu düşünürəm. Bəs bu kiçik yazını o halda niyə yazıram? Yazmamda məqsəd bu fikirlərdən irəli çıxıb hər kəsə aid hökm çıxarmağın yanlış olduğu göstərməkdir. Aşağıdakı səbəbkar karikaturaya DİQQƏTLƏ baxaq: Continue reading ““Karyerada özünəinam və motivasiya” vs “Reallıq””

Fire OS – Alternativ mobil əməliyyat sistemi

Bugünkü yazıda Amazon şirkətinin özünə məxsus planşet və smartfonlar üçün hazırladığı Fire OS sistemi haqqında qısa icmal yazıram.
Fire OS Android əməliyyat sisteminin nüvəsi üzərində qurulan bir sistemdir. Android üzərində qurulan Color OS, Cyanogen MOD,Yandex.Kit, Nokia Android version və.s. sistemlərdən fərqli olaraq burada mərkəzdənqaçma xeyli dərəcədə daha çox baş verib. Belə ki, Amazon AOSP(Android Open Source Project) kodlarını götürüb ora Google Play Services əvəzinə öz ekosistemini inteqrasiya etməklə yetinməyib sistemin bütün görünən tərəfini tamamilə yenidən yazıb. Həm də dəyişiklik təkcə launcher səviyyədə dizayn fərqi yox, tamamilə kökündən alternativ bir UI(user interface) həllidir.
Məhz tam fərqli realizasiya Fire OS-i maraqlı edən xüsusiyyətlərdən biridir.
Bir neçə şəkil paylaşıram.(Device: Kindle Fire 6 tableti) Continue reading “Fire OS – Alternativ mobil əməliyyat sistemi”

Diş çöpünə yerləşən sonsuz böyük informasiya və ya fikrin sonsuzluğu

Əslində bu tip yazıları bədii mövzulara aid olan bloqumda yazıram, amma bu yazıda riyaziyyat, informasiya saxlanması və.s. sahələrə də toxunulur deyə bu bloqumda da yazıram.

Keçən ayın sonunda oxuyub bitirdiyim bir əsər vardı, Haruki Murakaminin “Həqiqi möcüzələr diyarı və dünyanın sonu” (1985). Bu əsərdə bədii tərəfini bir kənara qoyaq, əsərdə informasiya qorunması, kriptoqrafiya, təhlükəsizlik, piratlıq və.s. barədə çox maraqlı epizodlar və bilgilər var. Bir dialoq isə diqqətimi xüsusilə çəkdi, əsəri bitirəndən sonra o dialoqa təkrar qayıdaraq üzərində bir qədər düşündüm, çünki mövzu diqqətimi çox çəkmişdi, sonda maraqlı şəxsi nəticələr çıxardım. İndi o dialoqu təxmini formada yazıram, mötərizələrdə isə şəxsi subyektiv nəticə-izahlarımı yazmışam. Diqqətlə oxuyub sonda hər kəs öz nəticələrini çıxara bilər.

Dialoq informasiya təhlükəsizliyi professoru ilə eyni sahənin şifrələmə proseslərini aparan işçisi arasında, qaranlıq mağarada düşmənlərdən gizlənən bir vaxtda baş verir.

(Söhbətin daha əvvəlində professor işçiyə deyir ki, sənin beynində olan filan[uzun söhbətdir] problemə görə cəmi 2 sutka ömrün qalıb, daha sonra koma kimi bir duruma düşəcəksən və yalnız şüurunda qurduğun bir aləmdə yaşayacaqsan, həmişəlik oranın sakini olacaqsan. Yeri gəlmişkən Inception filmində də yuxuda da olsa, buna bənzər məkanlar var)

– Bəs mən nə vaxta qədər orada, həmin dünyada qalacağam?

– Sonsuz olaraq.

– Anlamadım, necə yəni sonsuz? Axı hər bir halda hansısa fiziki sərhədlər mövcuddur. Bədən də, beyin də ölümlüdür. Beyin isə öldükdə şüur da ölür, elə deyil?

– Elə deyil. İnsanın düşüncəsi üçün zaman anlayışı mövcud deyil. Düşüncənin yuxudan əsas fərqi də budur. Düşüncə bir andaca bütün dünyanı özündə ehtiva edə bilər. Hətta sonsuz ömrü də fikrindən keçirə bilərsən.  Qapalı dairədə sonsuz dövrlər vura bilərsən. Elə bu səbəbdən də o düşüncə,fikir adlanır. Həm də o, yuxu kimi qəfil kəsilmir. İnsan düşüncəsi sonsuzluğu özündə ehtiva edə bilər, eynən   böyük ensiklopediyanın kiçik diş çöpündə yazıla bilməsi kimi.

– Nə? Diş çöpündə ensiklopediya? Continue reading “Diş çöpünə yerləşən sonsuz böyük informasiya və ya fikrin sonsuzluğu”

WordPress və cache texnologiyası haqda qısaca

Cache texnologiyası haqda məlumatı olmayanlar üçün qısaca sadə izah: Cache(keş) texnologiyasının məqsədi serverin informasiya emal etməsi zamanı təkrar emalların qarşısını almaq və bunun hesabına serverin dayanıqlığını, performansını artırmaq, yüklənməsini azaltmaqdır.

Shared hostinqlər üçün(Saytın hostinqi Godaddy, Hostgator və.s. digər hostinq şirkətlərindən alındıqda)

1. WordPress Total Cache – Çox populyar qoşma. WordPress-in sahibi olan Automatic şirkətinin də məsləhət gördüyü həll.

2. WordPress Super Cache – Bu sahədə ən populyar qoşma.  WordPress-in sahibi olan Automatic şirkətinin də məsləhət gördüyü həll.

3. WordPress Hyper Cache – İlk iki qoşma qədər populyar olmasa da struktur baxımından asan və performans baxımından onlar ilə eyni qoşma. Əsasən proqramçılar üçün məsləhətdir, çünki kodu kiçik olduğundan anlaşılan və asan modifikasiya oluna biləndir. Mənfi cəhəti isə ilk iki qoşma qədər təkmilləşmiş konfiqurasiyası olmamasıdır.

Ayrılmış fiziki və ya virtual serverlər üçün

WordPress Predis – Predis for WordPress(Predis = PHP API solution of Redis cache server)

İlk bənddəki 3 və onlar tipində olan 10-larla digər qoşmalar “üst səviyyədə” backend həllərdir, cache prosesi WordPress sistemi daxilində baş verir. İkinci bənddəki həll (və digərləri, məsələn Apache Traffic Server) isə serverin əməliyyat sistemində qurulu olan proqram səviyyəsində baş verir. Və sözsüz ki ikinci tip həllər birinci tipli həllərdən dəfələrlə yüksək performans nümayiş etdirə bilir və daha effektivdir. Birinci tip həllərin üstünlüyü o sayıla bilər ki, CMS-in strukturuna spesifik istisnalar daha asan reallaşdırıla bilir.

Sonda maraq üçün wp-predis həllinin müəllifinin apardığı performans testinin nəticəsini paylaşım:

Continue reading “WordPress və cache texnologiyası haqda qısaca”