Qlobal səviyyədə xidmət göstərən, satış edən IT şirkətlər hər kəsin həyatına digər sferalardakı şirkətlərdən daha çox daxil olub desək, fikrimcə yanılmarıq. Gündəlik həyatımızı Google, Facebook, Apple, Amazon, Microsoft kimi şirkətlərdən ən azı ikisi olmadan təsəvvür etmək yəqin ki, mümkün deyil. Yeri gəlmişkən qeyd edim ki, Microsoftu çıxmaq şərtilə artıq ilk 4-lüyü artıq "Big four" adlandırırlar və onların birgə dünyada ən böyük qüvvəyə (həm də şər qüvvəyə) çevrildiyini iddia edirlər. Yazının əsas məğzinə gələk: Bu şirkətlər həyatımıza bu qədər ifrat formada daxil olduğuna görə onlar haqqında müzakirələr, azarkeşliklər, şayiələr, konspirasiyalar da geniş yayılmışdır, bu təbii sosial təzahürdür. Continue reading →