Qanunauyğunluq axtarma mərəzi

İnsan adətən qeyri-müəyyənliyi sevmir. İş prinsipini anlamadığı mexanizmlərin ya iş prinsipini anlamağa çalışır, ya da sadə qanunauyğunluq tapıb qeyri-müəyyənliyi aradan qaldırmağa çalışır. Bu qanunauyğunluq uydurma olsa belə, insan özünü rahatca təsəlli edib nəticəyə qane olur. Yetər ki, qeyri-müəyyənlik yox olsun.

Ta qədimdən bəri təbiət hadisələrinə qarşı uydurulan inanclar məhz bu məqsədlə olub.
“Bir izahı varsa, bu heç izah olmamasından yaxşıdır” – məntiqi ilə.

Konspirasiyaların mütləq əksəri, səfsətələr və.s. bir çox şeylərin təməlində də məhz bu problem yatır. Təkamül zamanı sağqalma nöqteyi nəzərindən bu tip inanclar pozitiv rol oynayıb deyə bunlar bizdə var, yoxsa çoxdan ələnib getmişdi. Bəlli ki, təbiət və ətrafla savaş halında yaşayan qədim insan üçün sadə qanunauyğunluqlar özünüqoruma baxımdan faydalı olub. (məsələn qaranlıqda öz-özünə vahimələnin sənə hücum olacağından çəkinmən – sağqalma nöqteyi nəzərindən faydalıdır. Qaranlıqdan qorxub qaranlıq yerlərə çox getməmək insanı müəyyən real təhlükələrlə qarşılaşma ehtimalını azaldır)

Birdən-birə sıçrayırıq bugünümüzə. Bugünlərdə ABŞ-da baş verən etiraz aksiyalarının səbəbi bildiyiniz kimi, qara dərili vətəndaşın polis tərəfindən öldürülməsi oldu.

Və dərhal internetdə belə şəkil(lər) peyda oldu (bəziləri zarafat üçün və ya veb saytına əlavə trafik qazanmaq üçün hər zaman belə şeylər uydurur )

“Simpsonlarda sən demə bu epizod neçə illər öncədən varmış, demək hər şey plan üzrə gedir, gizli qüvvələr hər şeyi əvvəlcədən planlaşdırıb” – bu tip fikirə inanmaq üçün rasionallıqdan nə qədər uzaq olmaq lazımdır, təsəvvür belə etmək çətindir.

Amma minlərlə insan (heç də hamısı “çox savadsız” kəsimə aid edilməyəcək dərəcədə geniş kütlə) buna inanır və sosial şəbəkələrdə paylaşır.

Niyə? Təməlində nə yatır? ABŞ nifrəti? Xeyr. Qanunauyğunluq olmasına inanmaq istəyi? Bəli.

İnsan bu dünyada bir nizamın, kontrolun olmasını içdən arzu edir – nəinki xaos ilə hər şeyin mürəkkəb və idarəolunmaz təsadüflər nəticəsində ortaya çıxmasını.

“Masonlar bunu 100 il əvvəldən planlayıb” tipli cəfəngiyyata inanan şəxs masonlara nifrət etdiyini düşünsə də, içində rahatlıq tapır ki, hər şeyi idarə edən biriləri var və deməli hər şey idarəedilə biləndir.

IT şirkətlər: Konspirasiya və həqiqətlər

Qlobal səviyyədə xidmət göstərən, satış edən IT şirkətlər hər kəsin həyatına digər sferalardakı şirkətlərdən daha çox daxil olub desək, fikrimcə yanılmarıq.

Gündəlik həyatımızı Google, Facebook, Apple, Amazon, Microsoft kimi şirkətlərdən ən azı ikisi olmadan təsəvvür etmək yəqin ki, mümkün deyil.

Yeri gəlmişkən qeyd edim ki, Microsoftu çıxmaq şərtilə artıq ilk 4-lüyü artıq “Big four” adlandırırlar və onların birgə dünyada ən böyük qüvvəyə (həm də şər qüvvəyə) çevrildiyini iddia edirlər.

Yazının əsas məğzinə gələk: Bu şirkətlər həyatımıza bu qədər ifrat formada daxil olduğuna görə onlar haqqında müzakirələr, azarkeşliklər, şayiələr, konspirasiyalar da geniş yayılmışdır, bu təbii sosial təzahürdür. Continue reading “IT şirkətlər: Konspirasiya və həqiqətlər”