İnternet dövrünün psevdo ekspertləri və psevdo iş adamları

Mövzu barədə əslində toplanıb qalan fikirlərim çoxdur, sadəcə bəzi əsas məqamlara toxunum, ola bilsin gerisini də yazının ikinci seriyası olaraq yazacam.

Giriş və qısa icmal

Yazının əsas məqsədi birdir, sosial şəbəkələrdə izlədiyiniz, öz işlərində uğurlu hesab etdiyiniz, ekspert donuna bürünmüş, əslində isə yalan satan şəxsləri tanımaqda və zərərçəkən olmamaqda yardımçı olmaq.

Dolayı məqsəd isə ümumən şübhəcil yanaşmanı, kritik düşünməni təbliğ etməkdir.

Əgər bir şəxs yalan məlumatlarla özünüreklam edirsə, nəticədə sizdə inam formalaşırsa, siz və yaxın ətrafınız hər zaman potensial zərərçəkmiş hesab edilirsiniz.

Məsələn bir anın içində yanlış qərar verib onlardan birinin təklif etdiyi xidmətə inanıb pul verə bilərsiniz .
Yaxud yaxın bir tanışınıza məsləhət görə bilərsiniz ki, “facebook-da görmüşəm, filankəs bu sahəni əla bilir, onunla işlə, ona müraciət et”, sonra yaxın tanışınız həmin adamdan maddi zərər görmüş olanda arada siz pis ola bilərsiniz və.s.

Lap elə birbaşa və dolayı maddi zərər görmə ehtimalınız yoxdur – yenə də, kim istəyər ki, hansısa yalançı biri tərəfindən avam yerinə qoyularaq aldadılsın, inandırılsın? Yəqin ki, heç kim.

Ona görə də nə qədər çox insan bu tip işgüzar yalançıları tanıya bilsə, o qədər çox xeyirdir, istər fərdi, istər ümumi planda.
Continue reading “İnternet dövrünün psevdo ekspertləri və psevdo iş adamları”