Yazım qeyri-bədii kitabların seçim və oxunması prosesi haqqındadır. Daha dəqiqi, hansı kitabları oxumaq, hansı kitabları oxumamamaq lazım olduğu haqqında. Bir nisbi təcrübəli oxucu olaraq. Son 10 illik kitab seçimim, ələkdən keçirmə proseslərinin təkamülünün nəticəsi haqda uzun uzadı danışmaq olar. Məsələn, kitabın adı, müəllifin bioqrafiyası, kitabın kiçik təsvirdəki iddiası və.s. ilkin informasiyalardan yola çıxaraq "bunu oxumağa dəyərmi" nəticəsi çıxarmaq. Bu gün bu mövzuda ən vacib məqamlardan biri haqqında - müəllifin şəxsi fəaliyyəti və kitabın mövzusuna baxaraq keyfiyyət haqqında qərar vermək - haqqında qısaca yazıram. Bu günlərdə çox hörmət bəslədiyim müəllif N.N.Taleb-in "Skin in the game" kitabını oxuyurdum. Məhz bu kitabı oxuyarkən yadıma kitab seçimi mövzusu da düşdü deyə bu barədə bloq yazısı yazmağa qərar verdim. Continue reading →