Diqqət: Artıq WordPress öz sistemi daxilində tərcümə imkanı yaratdığından hazırki tərcümələri rəsmi versiyaya köçürürəm. Növbəti aydan etibarən artıq rəsmi WP-AZ paketi normal keyfiyyətdə olacaqdır və aşağıdakı paketi yükləyib qurmanıza gərək qalmayacaqdır.. – 2014.04.23

Necə quraşdırılmalı?
Azərbaycan dil paketini yükləyib files/languages qovluğuna atın. Daha sonra əsas qovluqdakı wp-config.php faylını redaktə edərək define (‘wplang’, ‘az’); sətrini əlavə edib faylı yadda saxlayın.

Əlavə sual var?
Cavablar.net saytında soruşa bilərsiniz.

WordPress Azərbaycan dili paketinin ən son versiyasını endirin. (Son yenilənmə: 2013.03.22 23:20)

Necə dəstək ola bilərəm?
Proyekti Github sisteminə yerləşdirmişəm, tərcümədə dəstək olmaq istəyən Github üzvləri bu repo-dan öz tərcümə requestlərini göndərə bilərlər. https://github.com/E-Haci/Wordpress-Azerbaijani/

Tərcümə işinə 2009-da Dev.az komandası Launchpad sistemində başlamışdır. Hazırda bu səhifədə gördüyünüz versiya isə 2012-ci ildən mənim tək davam etdirdiyim, üzərində ciddi redaktə(1000+ ifadə) və əlavələr(20+ ifadə) etdiyim və 2013-cü ilin mart ayından Github sistemində yerləşdirərək orada inkişaf etdirdiyimiz, tez-tez yenilənən budaq versiyadır. Bu budaq versiyanı Launchpad-dan ayırıb tək davam etdirməkdə məqsədim daha keyfiyyətli bir variant təqdim etməkdir.

Tərcümə haqda düzəliş və təkliflərinizi əlaqə bölməsindən yaza bilərsiniz.

9 thoughts on “WordPress Azərbaycan dili

  1. Salam məncə az.wordpress.org dan yuklənilən WordPress lər daha da təhlükəsiz və ən son versiyaları özündə cəmləşdirər.

    Reply
  2. Salam. Qardaş bu qədər faydalı məlumatları paylaşdığına görə Sizə dərin təşəkkür edirəm! Bir sualım var. Joomla üzərində internet mağaza qurmaq istədim, lakin dil məsələsində problem çıxdı, onu necə həll edə bilərəm? Joomla yeni az tərcümə paketi Sizdə varmı? Və ya başqa necə onu həll etmək olar?

    Reply
  3. Salam, mene Azerbaycan herflerini destekleyen sriftler lazimdi, zehmet olmasa kimse komey elesin, saytda boyuk Ə hərfi, boyük Ş hərfi yaxsı görsənmir, zəhmət olmasa komey edin

    Reply

Leave a reply

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong> 

required