Ubuntu Terminal-da proxy internet

Ubuntu-da proxy server vasitəsilə internetə bağlandıqda Gnome-da, Synapticdə, Brauzerlərdə və.s. bu proxy ayarları tanıdıb rahat işlətmək mümkün olsa da, Terminal və digər alt təbəqələr Gnome-dan asılı olmadığından bu ayarları tanımır və internetə birbaşa qoşulmağa cəhd edir. Təbii ki bu cəhd uğursuz alınır və Terminal, Uuntu Software Center kimi vacib bölmələr internetdən yararlana bilmir. Bunun həllini araşdırıb tapdım. Qısa formada paylaşıram. Terminalı açırıq və yazırıq.
cd etc/apt
sudo gedit apt.conf

Bu zaman Gedit redaktorunda boş apt.conf faylı açılır, biz də ona bu sətirləri əlavə edirik və yadda saxlayırıq.
Acquire::http::Proxy “http://proxy_url:proxy_port/”;
Acquire::ftp::Proxy “http://proxy_url:proxy_port/”;

Vəssalam. Əgər proxy-də username password tələb olunursa o halda http://proxy_url:proxy_port/ əvəzinə http://username:password@proxy_url:proxy_port/ yazılışından istifadə edilir.

Chrome üçün Azerdict qoşması

ad
Bu gün ilk Chrome extensionumu(qoşma) hazırlayaraq rəsmi Chrome Extensions saytına yerləşdirdim. Qoşma kod baxımından mürəkkəb olmasa da, faydalılığı xeyli dərəcədə yüksək ola bilər. Qoşma hər hansı sayta girmədən, proqram yükləyib onu açıq saxlamadan, brauzerin daxilindəcə azərbaycanca-ingiliscə və tərsinə lüğətdən istifadə etmək imkanı təqdim edir. Proses boyu Azerdict heyətindən Fərhad lazımi texniki dəstəyi verdiyindən iş daha qısa zamanda hazır oldu. Rəsmi yükləmə ünvanı

Chrome qoşmaları

Google Chrome brauzerində istifadə etdiyim, sınaqdan keçmiş əsas extensionları(əlavələr,qoşmalar) məsləhət görərək paylaşmaq istəyirəm. Təcrübəli developerlər yəqin ki bunların hər biri ilə tanışdır, amma tanış olmayanlar da var təbii ki. Keçidləri qoymağa gərək duymadım, sadəcə rəsmi sayta daxil olub axtarış yerində dəqiq adı yazmaq kifayətdir: https://chrome.google.com/extensions

1. Chromed Bird – Twitter axınını izləmək və paylaşımlar etmək üçün geniş imkanlı qoşma.
cb

2.  Google Mail Checker – Gmaildə gələn məktublardan vaxtında xəbər tutmaq üçün. (Daim Google Talk istifadə edənlər üçün buna elə də ehtiyac yoxdur.)
mc

 

3.  goo.gl URL shortener – Hər hansı sayta daxil olmadan uzun internet ünvanlarını yerindəcə qısaltmaq üçün. (hətta səhifədəki linkə sadəcə sağ klik etməklə)
gs

 

4.  Webpage screenshot – Səhifədəki görüntünü yaddaşa vermək və yerindəcə redaktə etmək üçün.
vs

 

5. Chrome SEO – Saytlar haqqında ilkin SEO məlumatlarını təqdim edir(Alexa reytinq, Google page rank, Google indexed pages və.s.)
gse

 

6. Firebug Lite – Firefox firebug-unu tam əvəz etməsə də, çox genişimkanl developer aləti, səhifənin kod hissəsini hərtərəfli analiz etməyə imkan verir.
fb

 

7. Rulers, Guides, Eye Dropper and Color Picker – Səhifəyə şəkil redaktorlarına məxsus bir neçə faydalı alətlər gətirə bilir.(xətkeş, damalar, rəngin aşkarı və.s.)
rl