Hackathon-2 haqda

Baku GTUG və İlkaddımlar-ın birgə reallaşdırdığı Hackathon-2 Android proqram yarışması başa çatdı. Bu dəfəki müsabiqədə app-lar ilə tanış oldum, ona görə də istədim fikirlərimi yazam. Ümumi qənaət müsbət oldu, az sayda da olsa istedadlı və kreativ developerlərin yetişməkdə olması sevindirməyə bilməz. Bu tip müsabiqələr isə bu prosesə ciddi katalizator rolunu oynayır.
İndi app-lar haqda qısa fikirlərimi və subyektiv ballarımı yazacam, yəqin ki kimsə inciməz 🙂 Çünki burada developerlərin istedad və bacarığına yox, hazırladığı app-a qiymət verilir. App keyfiyyəti isə tək bacarıqdan yox, ayrılan diqqət və zamandan, stimuldan, həvəsdən və.s. faktorlardan asılıdır.

Gombuless:
İdeya – 3/5 – İdeya yaxşıdır, bu tip app-lar çoxdur amma.
Dizayn – 5/5 – Dizaynı çox səliqəli, ürəkaçan, hətta az qala burdakı app-lardan ən yaxşısı.
Funksionallıq – 2/5 – Bir az qarışıqlıq var, ilk daxil olanda çətinlik yaranır ki hardan başlayım necə başlayım. Bir də crash olur tez-tez.
Faktiki faydalılıq  – 3/5 – Reallaşdırılması normaldır, ona görə də maraqlı auditoriya faydalana bilər. Amma update-ə ehtiyacı var.

Kub
Bu proqram sadəcə bir OpenGL kubdan ibarətdir deyə qiymət vermək mümkün deyil.

Polidroid
5/5 – İdeyaya söz ola bilməz, çox lazımlı və çatışmayan bir sahədir.
2/5 – Dizayn elə də ürəkaçan deyil.
1/5 – Funksionallıq pis həll olunub. Ümid edirəm update ilə inkişaf edər, çünki çox lazımlı app-dır.
2/5 – Hazırki durumda faydalılığı elə də çox deyil, çünki çox narahatdır. Amma inkişaf etsə tam faydalı 5/5 bir app olar.

Azdroid
3/5 – İdeya pis deyil, normal fikirdir.
3/5 – Dizayn da play store tərzindədir, bənzədilib, normaldır.
2/5 – Standartdır, maraqlı yanaşma yoxdur, sadəcə düzülüş var, statiklik var.
2/5 – Hazırki vəziyyətdə tam yararlı hesab edilə bilməz, amma gələcəkdə maraqlı funksionallıqlar əlavə edilsə əlaya çevrilə bilər(content auto-translate, user submission və.s.)

Sağlam qida
5/5 – İdeyaya söz ola bilməz, əladır.
2/5 – Dizayn qaneedici deyil
2/5  Funksionallıq da minimaldır
2/5 Potensial olaraq 5/5 faydalıdır, amma hazırda bir az narahatdır.

Catch me if you can
3/5 – Bu tip proqramlar hədsiz çoxdur, yeni nəsə yoxdur ideyada. Amma filmlə assosasiya rəng qatıb.
5/5 – Dizayn çox xoşuma gəldi, qəşəngdir, tam peşəkar app-da hiss edirsən özünü.
4/5 – Funksionallığın da üzərində ciddi işlənildiyi hiss olunur, bəzi kiçik çatışmazlıqlar gözə dəysə də.
2/5 – Bu tip proqram çox olduğuna görə faydalılıq elə də yüksək deyil, amma xaricə çıxarılası app-dır, ümumən qəşəng alınıb.

Xəritə-Guide
4/5 – İdeya maraqlıdır, yığcam app formasında informasiyanı çatdırmaq, maraqlı naviqasiya ilə
2/5 – Vizual yanaşma düzgün olsa da, dizayn realizasiyası zəif təsir bağışlayır.
2/5 – Funksionallıq kafidir, daha da yaxşı ola bilərdi.
4/5 – Faydalılıq hazırki durumda belə yaxşıdır, dizayn və funksional daha yüksək səviyyədə olsaydı lap yaxşı olardı.

TurboTranslate
4/5 – İdeya yaxşıdır, bu tip proqramlar olsa belə.
2/5 – Dizayn zəifdir, standart Android kompontentlərindən kənara çıxılmayıb, ümumi düzülüş də ürəkaçan deyil.
2/5 – Funksional ideyanı tam yansıda bilmir, nə nədir nə nəyə xidmət edir aydın deyil, (məsələn 2 mətn sahəsindən hansına yazmaq, birinci nəyi basmaq və.s. ilk öncə qaranlıq qalır)
2/5 – Faydalılıq 4/5 olmalı idi, amma hazırki duruma görə 2/5

Speedfinger
2/5 – Şərhsiz
1/5 – Şərhsiz
1/5 – Şərhsiz
2/5  – Şərhsiz

Herfler(Yarışaq)
2/5 – İdeya çox standartdır, maraqlı gəlmədi şəxsən mənə.
3/5 – Dizayn orta yaxşıdır.
4/5 – Funksional yaxşıdır, drag-drop və.s. yaxşı qoşulub.
1/5 – Faydalılıq haqda yaxşı nəsə deyə bilmərəm.

EMakler
4/5 – İdeya qəşəngdir, məhdud sahənin işçiləri üçün yaxşı app ideyasıdır(hərçənd praktiki olaraq bizim maklerlər çətin ki belə bir şey istifadə edə 🙂 )
3/5 – Dizayn ortababdır, ortadan bir az da zəif demək olar.
3/5 – Funksionallıq yaxşıdır əslində, sadəcə narahatlıq var, qarışıqlıq var. Hər şey var, amma nə hardadır, çətin əlyetərlidir.
3/5 – Faydalılıq orta səviyyədədir.

EasyAzeri
4/5 – İdeya çox yaxşıdır, bu tip app-lar kaş çox ola.
3/5 – Dizayn ortababdır, üstündə işləyib əla səviyyəyə çatdırmaq olar.
2/5 – Funksional qaneedici deyil.
3/5 – Faydalılıq 5/5 ola bilər, update-də optimizə edilsə.

BullsandCows
2/5 – İdeyanı anlamaq üçün haqqındaya baş vurursan, burada isə çox qəliz cümlələr var.:) Nə deyilmək istənildiyini anlayınca bir neçə dəfə oxumaq lazım
2/5 – Dizayn elə də ürəkaçan deyil.
3/5 – Sadə app olduğuna görə funksional normal reallaşdırılıb.
2/5 – Arabir baş qatmaq olar 🙂

Offline tests
Bu öz app-ımdır, ortabab hesab edirəm ona görə də hər bir bəndə 3/5.

Beləliklə bütüb app-ları dəyərləndirdikdən sonra ən yüksək bal verdiklərimi sıralayım:

Gombuless-13,Kub-?,Polidroid-10,Azdroid-10,Sağlam qida-11,Catch me -14, Xəritə-12, Turbotranslate-10, Speedfinger-6, Yarışaq-10,Emakler-13,EasyAzeri-12,BullsandCows-9, Offline tests-?
Yekun nəticəyə görə ilk üçlüyüm:
1.  Catch me if you can
2. Gombuless
3. Emakler

Təbii ki bu subyektiv nəticədir, hər halda bir neçə münsifin birgə qərarı obyektivə daha yaxın olmalıdır.
Qalibləri təbrik edirəm 🙂

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

13 Replies to “Hackathon-2 haqda”

    1. Dizayn əksərində çox aşağı səviyyədədir bəli. Amma bunun da səbəbləri var. Professional app-ların üzərində bir nəfər yox, kollektiv çalışır, dizayn işinə bu işi bilən adam baxır. Burada isə əksər app-lar bir nəfər, proqramçı tərəfindən hazırlanıb. Səhv etmirəmsə yalnız qalib app-ın dizaynı üzərində dizayner ciddi işləyib.

  1. Demək olar fikirlərimi çatdırmısan. Öz tətbiqinə gəldikdə isə dizayna 5/5 verməlisən. Heç bəyənmədiyim dizayn isə xəritələrlə bağlı oldu. Ancaq yaxşı düşünülüb. İnkişafa ehtiyac var fikrimcə.

    1. Öz app-ma çox az zaman(təxminən 2-3 gün ərzində, hər gün 1-2 saat) ayıra bildiyimdən nəyəsə iddia etmirdim, sadəcə yarışmaya qatqıda bulunmaq idi fikrim və bu da alındı. 🙂

  2. Designımın berbad olması ile tamamile razıyam 🙂 (Tural, xerite proqramın men yazmışam). Proqramlama terefine fikir vermişdim. Diger applicationların teqdimatlarına baxdım, offline translator faydalı görünürdü, çoxu ise lazımsız )) Amma senin fikirlerin daha obyektiv görünürdü, bu da menim subyektiv fikrim.

    1. Offline translator barədə mən də bu fikirdəyəm. İdeyanı yaxşı düşünüb, bazanı hardansa(yəqin ki Poliqlot) grab edib. Bircə qalıb yaxşı realizasiya, o isə hələ ki yoxdur.

  3. Menim gombulless appi deyerlendirdiyiniz uchun minnetdaram. En azindan hackathondaki olmush hefesim yeniden qayitdi. Proqrama elave yemek ve derman vaxtlari schedueleri ve ingilis dil desteyi elave edib markete qoymaq isteyirem. mwnim fikrimce ishtirak eden butun applar muxtelif nominasiyalarda heveslendirici kichik hediyyelerle mukafatlandirilsaydi yaxshi olardi.insanlar hech olmasa oz emeklerinin qiymetlendirildiyini gorub hevesden dushmezdiler.

    1. Həvəs heç vaxt ölməməlidir, bu işə başlamısınızsa, işi tamamlayıb tam bir app ərsəyə gətirmək əla olardı. Bu sizin portfolionuzdur, həmişə sizin adınızda qalacaq və gələcək karyeranızda böyük köməkliyi olacaq. Çünki hər uğurlu pulsuz məhsul özü gəlir gətirməsə də gələcəkdə mütləq dolayı gəlirlər gətirir(sifarişlər, iş təklifləri və.s.)

  4. Bu hackathon-u alqislayiram. Duzdu teyinati uzre kecirilmese de eladi. Bezi seyleri de qeyd etmek isterdim. Eger bu yarisma azerbaycan developer-lerinin inkisafi ucun nezerde tutulubsa adminin qiymetlendirdiyi kriteriyalar memin fikrimce hal-hazirda azerbaycan ucun ikinci planda olmalidir. Esas ise meseleye yanasma terzi, istifade olunan alqoritmler ve s. birinci planda olmalidir. Azerbaycanda kifayet qeder coder var, lakin proqramci hedden azdir.

    1. Tural bəy, siz deyən yanaşma tərzi gerçək Hackathon üçün tam düzgündür. Yənı sırf kod, beyin, alqoritm yarışması.
      Amma bizdə keçirilən Hackathonun mahiyyəti fərqli olduğundan(burada məhsullar-applar dəyərləndirilir) kriteriya olaraq source code seçmək düzgün olmazdı. Çünki təməl başqadır, mobil app yarışmasıdır.

Tural üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir