2026-cı il – yazı, məqalə, bloq yazmaq barədə

Son 2-3 ildə LLM əsaslı süni intellektin(AI) internet dünyasını, digital iş dünyasını təməldən titrədən, yenidən formalaşdıran inqilabından sonra bloq, məqalə, təkbaşına xəbər yazısı – qısacası mətn tipli yazılar yazmağın aktuallığı da sual doğura bilər.

Qısaca bu barədə düşünsək, əslində, əvvəlkindən daha dəyərlidir mətn yazılar – sadəcə bir şərtlə – süni intellektin yaza biləcəyi yazılar artıq insan tərəfindən yazılmamalıdır, mənası da qalmır.

Ona görə də öyrədici yazıların əksəri, howto tipli bir şeyi necə quraşdırmalı, etməli, hazırlamalı tipli yazıların əksəri artıq tarixə qovuşmalıdır.

Yerdə nə qalır?

  • Şəxsi təcrübə haqqında məlumat ehtiva edən yazılar
  • Xəbər-informasiya yüklü yazılar
  • Şəxsi təəssürat, fikirlər, subyektiv analiz

Bu üç qolun hər biri çox geniş şaxəlidir, yəni əslində süni intellektin hazırki inkişafı standart-şablon strukturlu yazıları insanların əlindən almış oldu – ki bi çox yaxşıdır. Çünki onsuz da bu kateqoriya üzrə yazıların əksəri content-farm tipli keyfiyyətsiz yazılar olurdu.

Sadaladığım aktual olan kateqoriyalar isə süni intellektin müdaxilə etməsi çətin sahələrdir, çünki içində müəllifin beyninin içindən gələn, başqa yerdə mövcud olmayan unikal bir şeylər var.

Ona görə də, hazırda bloq yazılarına hər zamankından daha çox ehtiyac var.

İzlədiyim xarici bloqqerlərin gözümün önündə necə sürətli təkamül etdiyini, standart öyrədici yazılardan daha insani, şəxsi təəssürat, hisslər, informasiya ehtiva edən yazılara keçdiyini müşahidə edirəm.

Bu da onların əvvəlki illərdə olan yazılarıyla müqayisə etsək, hər birini əməlli başlı keyfiyyət artımına səbəb olub.

Qısacası, digər sahələrdə süni intellekt həyəcan, qorxu yaradıb insanları əvəz etməyə başlaya bilər, amma content istehsalında tam əksinə, insanları AI-in özünün iddia edə bilməyəcəyi kateqoriyalar üzrə, daha keyfiyyətli məzmun istehsalına vadar edir.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir