Google images-in yeni versiyasının bir çox istifadəçilər üçün əlverişsiz olması artıq məlum məsələdir. İnternet sürəti aşağı olan istifadəçilər üçünsə ümumiyyətlə istifadə mümkünsüzləşib. Google images-də ilk axtarışdan sonra footerdə köhnə versiyaya keçid yaranır, amma footerin peyda olmasını gözləmək xeyli vaxt tələb edir, üstəgəl zəif sürətdə ümumiyyətlə o linki görməyə ümid etməyə dəyməz. Ona görə də köhnə versiyaya keçid linkindəki GET dəyişənləri araşdırmaq qərarına gəldim və əsas səbəbkar dəyişəni tapdım:
&sout=1
Bunu bir yerə kopyalayırıq qalır, daha sonra images-də hər hansı axtarış verən kimi ilk nəticə səhifəsində loadingi stop edirik, url-in sonuna &sout=1 əlavə edirik, vəssalam. Seansın sonunanək köhnə versiyada istədiyimiz qədər axtarış edə bilərik.
P.S. Ümid edək ki tezliklə Google bizləri düşünüb özü daha effektiv həll yolunu düşünəcək və bu metoda ehtiyac qalamayacaq.
Author: E-Haci
-
Google images-əvvəlki versiyaya keçid
-
HEXAM wordpress plugini

Son zamanlar wordpress platformasında daha çox işlədiyimdən öz php class-larımı, kod parçalarımı wordpress-ə keçirmək barədə qərara gəlmişdim. İnline-php kimi çox faydalı plugini(wordpress page,post daxilində php kodların işləməsini təmin edir) aktiv etməklə və theme fayllarına lazımi php kodlar yazmaqla istədiyimiz nəticəni plugin olmadan da almaq olar. Amma təbii ki Plugin məsələnin universal həll yoludur və bu zaman php ilə iş təcrübəsi olmayan developer belə yazdığımız class-ın gördüyü işdən bəhrələnə bilir. İlk plugin olaraq online test,sınaq, psixoloji test və.s. keçirmək üçün bir plugin yazmaq qərarına gəldim. Plugin HEXAM adlanır( HE-müəllifin soyadı,adı; + EXAM-imtahan 🙂 ) və artıq WordPress.org tərəfindən qəbul edilərək plugin bazasına əlavə olunub: http://wordpress.org/extend/modullar/hexam/Plugin install etmək çox sadə bir şeydir və o haqda ətraflı yazmıram. (qısaca: Dashboard-da admin menyuda Plugins->Add plugin, axtarışda pluginin adını yazıb çıxan nəticədə İNSTALL, daha sonra Activate.)
Plugin dünən əlavə olunub hələ ki yaxşıca test edilməyib, ona görə də hansısa bug-ların olma ehtimalı var. Belə hallar üzə çıxdıqca dərhal həll ediləcək.
Yaxın zamanda istifadə etdiyim digər maraqlı həlləri plugin formasına salaraq wordpress-ə əlavə etmək fikrindəyəm.
Pluginin WordPress.org-a əlavə edilmə prosesi ilk dəfə üçün çətin prosesdir və bu barədə də izahlı yazı yazmaq lazımdır, imkan olan kimi yazacam. Ümid edirəm ki digər php proqramçılar da bundan sonra öz universal həllərini plugin standartına keçirib wordpress-də yerləşdirər.
Indi isə gələk HEXAM pluginin istifadəsinə:
Plugin ingilis dilindədir, amma təbii ki tərtib olunan testlərin mətninin hansı dildə olmasını sayt sahibi seçir və burada hər hansı məhdudiyyət yoxdur, istifadəçiyə görünən hissədə olan sözlərin(Your score is 10 points, Submit your results və.s.) tərcüməsi isə plugin-də yerləşən content.php faylında yerləşir və o faylı wordpress editor-da açaraq istənilən dilə tərcümə etmək olar. Beləliklə siz bloqunuzun dilinə tam uyğun olan testlər tərtib etməkdə sərbəstsiniz.
Sadə iki nümunə ilə yazını bitirək:
1. Tutaq ki, qeydiyyatlı istifadəçilər arasında hər hansı mini yarışma keçirmək istəyirsiniz. İlk öncə sizə test tərtib etmək lazımdır. WordPress Dashboard-da sol menyuda HEXAM settings-ə daxil olursunuz.(təbii ki yuxarıdakı qayda ilə HEXAM-ı artıq install etmişsinizsə), Create new test seçirsiniz və ekrana sual çıxır ki, testinizdə neçə sual olmalı və hər sualda neçə cavab olmalı, siz seçirsiniz, məsələn 3 sual, hər suala 2 cavab. Go to questions seçirsiniz, ekrana suallar üçün pəncərə çıxır, sualları,cavabları və düzgün cavabın nömrələrini doldurub save edirsiniz. Bu zaman default olaraq testin tipi QUİZ yazılır, siz əgər yarışma tipli test istəyirsinizsə, bu zaman o QUİZi silib TEST yazın. Daha sonra Edit your tests bölməsindən istədiyiniz vaxt testi redaktə edə bilərsiniz. Test hazırdır, indi isə wordpress-də hər hansı page və ya post-un redaktəsinə daxil olub kodun hər hansı hissəsinə [hexam id=1 hexam] sətrini əlavə edirsiniz(id=1, burada id-si 1 olan test elan edilir, əgər fərqli id-li test lazımdırsa, müvafiq olaraq id=2, id=3, … və.s. yazmaq lazım). Postu və ya page-i save edib saytınızda həmin səhifəni açırsınız, testiniz hazırdır. İstifadəçilərdən kimin nə qədər bal toplaması haqda cədvələ baxmaq üçün Edit your tests bölməsindən See user results for this test bölməsinə daxil olmaq lazım.
2. Tutaq ki siz saytınıza sadəcə olaraq istifadəçilərin biliyini yoxlayan test və ya psixoloji test qoymaq istəyirsiniz, yəni test yarışma yox, sınaq xarakterlidir. Bu zaman hər şey 1.-dəki kimi olur, sadəcə testi create edərkən default test tipi olan QUİZ-ə toxunmursunuz, o olduğu kimi qalır. Bu tip testən qeydiyyatsız istifadəçilər də yararlana bilir və istifadəçi statistikası bazada yadda saxlanılmır.
-
Maraqlı dil class-ı
Web developerlər üçün faydalı ola biləcək bir php class-ə sizlərlə paylaşmaq istəyirəm:
Bir neçə dilli CMS üçün dil class-ı : http://azerifire.az/2010/11/29/bir-nece-dilli-cms-ucun-dil-class-i/ -
PHP Mssql via ODBC
Windows-da
1. ODBC qurmaq. Start->Settings->Control Panel->Administrative Tools->Data sources(ODBC)->Add->Sql Server->Finish.
Açılan səhifədə SQL server hostunu və database-i yazırıq finish veririk.PHP-də qoşulma.
$conn=odbc_connect(‘DRIVER={SQL Server};SERVER=;DATABASE= ‘,’username’,’password’); -
Cavablar elektron jurnalı – say 2.
Cavablar e-jurnalının 2-ci buraxılışı işıq üzü gördü. Online rejimdə təqdim edirəm:
Yükləmək üçün bu səhifəyə keçin.
-
.doc e-book vs Android
Word document fayllarında olan hər hansı materialı Andorid smartfonda oxumaqda çətinliyim var idi. QuickOffice və ya digər App-lar işə yaramırdı. Belə ki ya şrift kiçik olur, zoom edəndə narahatlıq yaradır, səhifədən səhifəyə keçid də çox narahat idi. PDF haqda da eyni şeykəri deyə bilərəm. Bu gün http://aliev.ws -də rast gəldiyim “Старая iКона и новые iPod” yazısında Androiddə online kitab oxumaq üçün maraqlı bir proqram adına rast gəldim: Laputa. Onu install etdikdən sonra online pulsuz kitab bazasından istənilən kitabı öz kitab rəfinə əlavə edib oxumaq olar, həddən artıq rahat naviqasiya və interfeysə malikdir.
Belə olan halda google-da .doc fayllarının Laputa-nın dəstəklədiyi .epub faylına convert olunmasına dair axtarış etdim və qarşıma http://www.web-books.com/Publishing/Word2EPUB.htm belə bir sayt çıxdı. Bu saytın köməyi ilə mən .doc-da olan kitabı epub-a çevirdim və SD-Card-ımdakı LaputaBooks qovluğuna standarta uyğun olaraq atdım. Nəticə əla! İndi mən əlverişsiz .doc-da olan e-book-u Laputa-da asanlıqla oxuya bilərəm. Bu Laputa-nın E-BOOK ONLİNE bölməsində tapmadığımız(orada rusca kitaba ümumiyyətlə rast gəlmədim) və əlimizdə .doc formatımda olan hər hansı e-booku oxumaq üçün effektiv bir üsul oldu.
-
“Cavablar.net” e-jurnalı, say 1.
Bir neçə gün öncə yazmışdım ki, bundan sonra müntəzəm olaraq Cavablar.net sual-cavab bazası e-jurnal şəklində də hazırlanıb internetdə yerləşdiriləcək. Artıq ilk say hazırdır. İlk sayda dizayn və mətn korrektliyi üzərində ciddi iş aparılmayıb, növbəti saylarda bu xüsusa da diqqət yetiriləcək.
Jurnalın ilk sayında 50 sual və onlara verlmiş cavablar yerləşdirilib.
E-jurnalı buradan yükləyə bilərsiniz: Yükləmə linki
-
IT sual-cavab online pdf jurnalı
Cavablar.net sual-cavab bazası əsasında Cavablar elektron jurnalı hazırlayıram. Jurnalın dövri olaraq buraxılması nəzərdə tutulub.(hələ ki iki ayda bir). Jurnalın məzmunu üçün kifayət qədər sual-cavab var, indi qalan işlər sualları seçmək, bir yerə yığmaq, jurnala sadə bir dizayn verib hazır vəziyyətə gətirmək. Bu da maksimum 2-3 gün vaxt aparacaq.
-
İnternet dələduzluq
İnternet dələduzluğun bir çox növləri mövcuddur. İndi onların ən yayğın növlündən-Nigeriya məktublarından yazacam.
1. Pulun xaricə köçürülməsi üçün kömək
Bu tip fırıldaq daha məşhurdur. Əsas mahiyyət budur: Kimsə istifadəçinin emailini guya təsadüfən taparaq ondan kömək istəyir. Məsələn deyir: Mən filan ölkədə olan keçmiş varlı bir məmuram, hazırda sıxıntıdayam, əlimdə olan milyonlarla pulu xarici hesabıma köçürmək üçün əngəllər var, əgər onu sizin hesaba köçürsəm, daha sonra siz də mənim xarici hesabıma köçürsəniz, əməliyyat başa çatar və mən sizə buna görə ümumi pulun 15%-ni(10-50% arası dəyişir vədlər) verəcəm. Məktubda söhbət milyonlarla dollar puldan getdiyindən 15% də kifayət qədər böyük məbləğ edir. Burda da məqsəd eynidir, siz razı olduğunuz halda köçürmə işində “yüngülvari” xərcləri siz ödəməli olursunuz, və sonda məktub göndərən qeyb olur, məlum olur ki ortada milyonlar yox imiş, sadəcə fırıldaqçı imiş, məqsədi də sizin o “yüngülvari xərclərinizi” cibinə qoymaq imiş.2. Sizin email milyardlarla emailin arasında keçirilimiş İnternet-lotereyada 1 000 000 $ uddu. Təbrik edirik.
Təbii ki internetdə təcrübəsi az olan istifadəçilərin bu emailə inanma ehtimalı mövcuddur. Azərbaycanda dəfələrlə bu tip emaillərə inananlar olub. Emaillə maraqlanan kəs lotereyanın “rəsmi saytına” keçir, saytda olan ciddi atmosfer, qoca dayının imzalı şəkli və.s. istifadəçini tam inandırır. Uzatmayaraq deyim ki, sonuc eynidir. Sizə göndərilən pulun bank transfer haqqı adı ilə, və ya hesabın aktivasiyası adı ilə sizdən 1 milyonun fonunda çox kiçik görünən məsələn 100 $ istəyirlər. İstifadəçi də dərhal ödəməni edir… və lotereya keçirənlərin izi tozu itir. Məqsəd elə həmin 100 $ imiş.Siyahını uzatmaq da olar: Xaricdə yaşayan qohumun sizə vəsiyətini təqdim etmək istəyən hüquq firması, bank işçisi və.s. adlar altında sizə emaillər gələ bilər.
Odur ki hamı ehtiyatlı olmalıdır. Heç vaxt tanımadığınız adamlardan gələn hər hansı şirnikləndirici emailə inanmayın. Təklif nə qədər cazibədar görünsə də fikir verməyin, emaili MARK AS SPAM edib silin.
-
16 minlik istifadəçi-Top10 adlar
Xaricidil.net saytında 16 mindən artıq qeydiyyatlı istifadəçi var. Maraq üçün saytdakı ən populyar adların TOP 10-nu nəzərinizə çatdırıram: 1.Günel – 224, 2.Anar-193, 3.Orxan-182, 4.Elvin-178, 5.Günay-173, 6.Leyla-172, 7.Nigar-170, 8.Tural-169, 9.Aysel-163, 10.Aynur-160 (daha sonra gələnlər: Elnur, Samir, Vüsal, Sevinc, Emin……)
