Category: İşlərim
İşlərim
-
HEXAM wordpress plugini

Son zamanlar wordpress platformasında daha çox işlədiyimdən öz php class-larımı, kod parçalarımı wordpress-ə keçirmək barədə qərara gəlmişdim. İnline-php kimi çox faydalı plugini(wordpress page,post daxilində php kodların işləməsini təmin edir) aktiv etməklə və theme fayllarına lazımi php kodlar yazmaqla istədiyimiz nəticəni plugin olmadan da almaq olar. Amma təbii ki Plugin məsələnin universal həll yoludur və bu zaman php ilə iş təcrübəsi olmayan developer belə yazdığımız class-ın gördüyü işdən bəhrələnə bilir. İlk plugin olaraq online test,sınaq, psixoloji test və.s. keçirmək üçün bir plugin yazmaq qərarına gəldim. Plugin HEXAM adlanır( HE-müəllifin soyadı,adı; + EXAM-imtahan 🙂 ) və artıq WordPress.org tərəfindən qəbul edilərək plugin bazasına əlavə olunub: http://wordpress.org/extend/modullar/hexam/Plugin install etmək çox sadə bir şeydir və o haqda ətraflı yazmıram. (qısaca: Dashboard-da admin menyuda Plugins->Add plugin, axtarışda pluginin adını yazıb çıxan nəticədə İNSTALL, daha sonra Activate.)
Plugin dünən əlavə olunub hələ ki yaxşıca test edilməyib, ona görə də hansısa bug-ların olma ehtimalı var. Belə hallar üzə çıxdıqca dərhal həll ediləcək.
Yaxın zamanda istifadə etdiyim digər maraqlı həlləri plugin formasına salaraq wordpress-ə əlavə etmək fikrindəyəm.
Pluginin WordPress.org-a əlavə edilmə prosesi ilk dəfə üçün çətin prosesdir və bu barədə də izahlı yazı yazmaq lazımdır, imkan olan kimi yazacam. Ümid edirəm ki digər php proqramçılar da bundan sonra öz universal həllərini plugin standartına keçirib wordpress-də yerləşdirər.
Indi isə gələk HEXAM pluginin istifadəsinə:
Plugin ingilis dilindədir, amma təbii ki tərtib olunan testlərin mətninin hansı dildə olmasını sayt sahibi seçir və burada hər hansı məhdudiyyət yoxdur, istifadəçiyə görünən hissədə olan sözlərin(Your score is 10 points, Submit your results və.s.) tərcüməsi isə plugin-də yerləşən content.php faylında yerləşir və o faylı wordpress editor-da açaraq istənilən dilə tərcümə etmək olar. Beləliklə siz bloqunuzun dilinə tam uyğun olan testlər tərtib etməkdə sərbəstsiniz.
Sadə iki nümunə ilə yazını bitirək:
1. Tutaq ki, qeydiyyatlı istifadəçilər arasında hər hansı mini yarışma keçirmək istəyirsiniz. İlk öncə sizə test tərtib etmək lazımdır. WordPress Dashboard-da sol menyuda HEXAM settings-ə daxil olursunuz.(təbii ki yuxarıdakı qayda ilə HEXAM-ı artıq install etmişsinizsə), Create new test seçirsiniz və ekrana sual çıxır ki, testinizdə neçə sual olmalı və hər sualda neçə cavab olmalı, siz seçirsiniz, məsələn 3 sual, hər suala 2 cavab. Go to questions seçirsiniz, ekrana suallar üçün pəncərə çıxır, sualları,cavabları və düzgün cavabın nömrələrini doldurub save edirsiniz. Bu zaman default olaraq testin tipi QUİZ yazılır, siz əgər yarışma tipli test istəyirsinizsə, bu zaman o QUİZi silib TEST yazın. Daha sonra Edit your tests bölməsindən istədiyiniz vaxt testi redaktə edə bilərsiniz. Test hazırdır, indi isə wordpress-də hər hansı page və ya post-un redaktəsinə daxil olub kodun hər hansı hissəsinə [hexam id=1 hexam] sətrini əlavə edirsiniz(id=1, burada id-si 1 olan test elan edilir, əgər fərqli id-li test lazımdırsa, müvafiq olaraq id=2, id=3, … və.s. yazmaq lazım). Postu və ya page-i save edib saytınızda həmin səhifəni açırsınız, testiniz hazırdır. İstifadəçilərdən kimin nə qədər bal toplaması haqda cədvələ baxmaq üçün Edit your tests bölməsindən See user results for this test bölməsinə daxil olmaq lazım.
2. Tutaq ki siz saytınıza sadəcə olaraq istifadəçilərin biliyini yoxlayan test və ya psixoloji test qoymaq istəyirsiniz, yəni test yarışma yox, sınaq xarakterlidir. Bu zaman hər şey 1.-dəki kimi olur, sadəcə testi create edərkən default test tipi olan QUİZ-ə toxunmursunuz, o olduğu kimi qalır. Bu tip testən qeydiyyatsız istifadəçilər də yararlana bilir və istifadəçi statistikası bazada yadda saxlanılmır.
-
Cavablar elektron jurnalı – say 2.
Cavablar e-jurnalının 2-ci buraxılışı işıq üzü gördü. Online rejimdə təqdim edirəm:
Yükləmək üçün bu səhifəyə keçin.
-
“Cavablar.net” e-jurnalı, say 1.
Bir neçə gün öncə yazmışdım ki, bundan sonra müntəzəm olaraq Cavablar.net sual-cavab bazası e-jurnal şəklində də hazırlanıb internetdə yerləşdiriləcək. Artıq ilk say hazırdır. İlk sayda dizayn və mətn korrektliyi üzərində ciddi iş aparılmayıb, növbəti saylarda bu xüsusa da diqqət yetiriləcək.
Jurnalın ilk sayında 50 sual və onlara verlmiş cavablar yerləşdirilib.
E-jurnalı buradan yükləyə bilərsiniz: Yükləmə linki
-
IT sual-cavab online pdf jurnalı
Cavablar.net sual-cavab bazası əsasında Cavablar elektron jurnalı hazırlayıram. Jurnalın dövri olaraq buraxılması nəzərdə tutulub.(hələ ki iki ayda bir). Jurnalın məzmunu üçün kifayət qədər sual-cavab var, indi qalan işlər sualları seçmək, bir yerə yığmaq, jurnala sadə bir dizayn verib hazır vəziyyətə gətirmək. Bu da maksimum 2-3 gün vaxt aparacaq.
-
İnternet dələduzluq
İnternet dələduzluğun bir çox növləri mövcuddur. İndi onların ən yayğın növlündən-Nigeriya məktublarından yazacam.
1. Pulun xaricə köçürülməsi üçün kömək
Bu tip fırıldaq daha məşhurdur. Əsas mahiyyət budur: Kimsə istifadəçinin emailini guya təsadüfən taparaq ondan kömək istəyir. Məsələn deyir: Mən filan ölkədə olan keçmiş varlı bir məmuram, hazırda sıxıntıdayam, əlimdə olan milyonlarla pulu xarici hesabıma köçürmək üçün əngəllər var, əgər onu sizin hesaba köçürsəm, daha sonra siz də mənim xarici hesabıma köçürsəniz, əməliyyat başa çatar və mən sizə buna görə ümumi pulun 15%-ni(10-50% arası dəyişir vədlər) verəcəm. Məktubda söhbət milyonlarla dollar puldan getdiyindən 15% də kifayət qədər böyük məbləğ edir. Burda da məqsəd eynidir, siz razı olduğunuz halda köçürmə işində “yüngülvari” xərcləri siz ödəməli olursunuz, və sonda məktub göndərən qeyb olur, məlum olur ki ortada milyonlar yox imiş, sadəcə fırıldaqçı imiş, məqsədi də sizin o “yüngülvari xərclərinizi” cibinə qoymaq imiş.2. Sizin email milyardlarla emailin arasında keçirilimiş İnternet-lotereyada 1 000 000 $ uddu. Təbrik edirik.
Təbii ki internetdə təcrübəsi az olan istifadəçilərin bu emailə inanma ehtimalı mövcuddur. Azərbaycanda dəfələrlə bu tip emaillərə inananlar olub. Emaillə maraqlanan kəs lotereyanın “rəsmi saytına” keçir, saytda olan ciddi atmosfer, qoca dayının imzalı şəkli və.s. istifadəçini tam inandırır. Uzatmayaraq deyim ki, sonuc eynidir. Sizə göndərilən pulun bank transfer haqqı adı ilə, və ya hesabın aktivasiyası adı ilə sizdən 1 milyonun fonunda çox kiçik görünən məsələn 100 $ istəyirlər. İstifadəçi də dərhal ödəməni edir… və lotereya keçirənlərin izi tozu itir. Məqsəd elə həmin 100 $ imiş.Siyahını uzatmaq da olar: Xaricdə yaşayan qohumun sizə vəsiyətini təqdim etmək istəyən hüquq firması, bank işçisi və.s. adlar altında sizə emaillər gələ bilər.
Odur ki hamı ehtiyatlı olmalıdır. Heç vaxt tanımadığınız adamlardan gələn hər hansı şirnikləndirici emailə inanmayın. Təklif nə qədər cazibədar görünsə də fikir verməyin, emaili MARK AS SPAM edib silin.
-
Browserlər və İE6
Internet Explorer 6-nın istifadəçilərin menyusundan çıxarılması yönündə təbliğat aparılması üçün bir müddət başqa bir bloq da təklif etmişdim ki, hər bir developer saytına İE 6 ilə daxil olan istifadəçinin browser ekranına BROWSER-inin qeyri funksional və təhlükəsiz olması barədə xəbərdarlıq mesajı çıxarsın. Bu təkliflə razılaşanlar da oldu, razılaşmayanlar da.
Amma mən 2009-un sonundan bunu Xaricidil.net saytında həyata keçirmişdim. Google Analytics-in köməyilə İE 6-nın payının azalma tendensiyasına baxaq:(Burada saytda yerləşdirilən xəbərdarlığın rolunun nə dərəcədə olduğunu deyə bilmərəm)
Əvvəlcə ümumən son 6 ay ərzində sayta daxil olan istifadəçilərin browser statistikasına baxaq:

1. İE – 51.04% 2. Opera – 31.19% 3. Firefox – 19.15 %.Aşağıdakı şəkillərdə İnternet explorer versiyalarının istifadədəki payı göstərilib və qeyd edim ki, bu aylar ərzində sayt istifadəçilərinin İE-den istifadə faizi demək olar ki dəyişməyib – 51% civarı olub.(Yaşıl sektor İE6-ya uyğundur, göy İE7, narıncı İE8. )
Oktyabr 2009.

Noyabr 2009.

Dekabr 2009.

Yanvar 2009.

Internet Explorer 6-nın sayta daxil olmalarda olan pay faizi son 3 ayda 21.50%-dən 18.24%-ə düşüb. Düşmə sürəti aşağı olsa da, hər halda sevindiricidir. Amma bu sürətlə yalnız təqribən 15-16 aya İE6-nın pay faizi 1-2% civarına enəcək.
-
"SMS dili" və axtarış problemi

Aznet istifadəçiləri internetdə yazışarkən Latın qrafikalı Azərbaycan əlifbasından(LQAƏ) daha çox ingilis əlifbası(İƏ) ilə yazırlar, nəticədə Azərbaycan “SMS dili” meydana çıxır. (Men gelirem, en yaxshi, mentiqli dushunce və.s.). Aznetin ümümi mətn bazasının nəhəng olmadığını və istifadəçilər tərəfindən daxil olunan informasiyanın(forum müzakirələri,twitter tweetləri, bloq şərhləri və.s.) əksərinin İƏ-də olduğunu nəzərə alsaq, bu önəmli bir axtarış probleminə gətirib çıxarır. Google Azərbaycan türkcəsini və Azərbaycan “SMS dilini” “bilmədiyindən” məsələn mən “məntiq testləri” axtarıramsa, “mentiq testleri” də axtarmalıyam, çünki məlumatlar ikiyə bölünüb, axtarmasam forumlarda,twitterdə mənə faydalı ola biləcək məlumatdan məhrum oluram. İnternetdən istifadə qabiliyyəti nisbətən zəif olanlar isə axtarış kəlməsini LQAƏ-də yazacaq, heç bir nəticənin olmadığını görüb geri çəkiləcək.Bu problemin həlli yolları barədə fikrinizi öyrənmək istəyərdim. Hamını LQAƏ-də yazmağa məcbur etmək olmaz, çünki rahatlıq naminə əksəriyyət(o cümlədən mən) ingilis əlifbası işlədir. Nə etməli? Elə bir APİ(by Yahoo or by Google) qurub xüsusi pluginlə “SMS dilindən” milli hərflərə və tərsinə konvertasiya aparmaq çıxış yolu ola bilərmi?
P.S. LQAƏ ilə bağlı problemin əsas səbəbi isə QWERTY klaviaturasındadır, belə ki, populyar hərflər olan ə,ü,ö,ç,ş,ı QWERTY-də çox narahat yerdə yerləşdiyindən LQAƏ-də yazmaq İƏ-də yazmaqdan qat-qat çox enerji tələb edir. AMEA Kibernetika institutunda QWERTY-yə analoq olan klaviatura hazırlanıb və bu bir dissertantın namizədlik dissertasiyası da olub, klaviatura hazırlanarkən müxtəlif sahələrdən olan 10-larla kitabların kontenti analiz edilib, hansı hərfə hansı tezlikdə rast gəlinməsi araşdırırıb və yekunda QWERTY analoqu qurulub, amma onun tətbiqi məsələsi yəqin ki, problemli olacaq, bu dəfə də yeni düzümü öyrənmək çətin olacaq.
-
Email statistikası – Xaricidil.net
Elm/təhsil kateqoriyasına aid saytlarımızdan birinin email statistikası ilə sizləri tanış edirəm, yəqin ki, bu az və ya çox dərəcədə ümumi Aznet reallığına yaxındır. Təxminən 5500 user emailindən istifadə olunub.<img src=”http://qwe.az/uploads/images/e/c/8/a/143/09a4618b4b.png” >Mail.ru – 47.3 %Box.az – 12.8 %Yahoo! – 12.5 %Hotmail – 9.4 %Rambler – 6.2 %Gmail – 5.9 %Başqaları – 5.9 %Göründüyü kimi Mail.ru (inbox,bk,list domenləri də birgə nəzərə alınıb) böyük fərqlə liderlik edir. Statistikanın aparıldığı sayt elm/təhsil kateqoriyasına aiddir. İT istifadəçiləri arasında bəlkə də Gmail lider olar. İT saytlarından biri belə statistika təqdim etsə, maraqlı müqayisə aparmaq olar.Elm/təhsil kateqoriyasına aid saytlarımızdan birinin email statistikası ilə sizləri tanış edirəm, yəqin ki, bu az və ya çox dərəcədə ümumi Aznet reallığına yaxındır. Təxminən 5500 user emailindən istifadə olunub.
<img src=”http://qwe.az/uploads/images/e/c/8/a/143/09a4618b4b.png” >
Mail.ru – 47.3 %Box.az – 12.8 %Yahoo! – 12.5 %Hotmail – 9.4 %Rambler – 6.2 %Gmail – 5.9 %Başqaları – 5.9 %
Göründüyü kimi Mail.ru (inbox,bk,list domenləri də birgə nəzərə alınıb) böyük fərqlə liderlik edir. Statistikanın aparıldığı sayt elm/təhsil kateqoriyasına aiddir. İT istifadəçiləri arasında bəlkə də Gmail lider olar. İT saytlarından biri belə statistika təqdim etsə, maraqlı müqayisə aparmaq olar. -
İngiliscə-Azərbaycanca texniki lüğət sistemi
İngiliscə-Azərbaycanca texniki lüğət sistemi – www.en2az.net

Müəlliflər: Elvin Hacı və Fərhad Ələkbərov.
