Yalnız insanlar girə bilər!

Sənaye inqilabı sayəsində istehsalat sürəti istehsalat həcmi min dəfələrlə artdı, ayaqqabı ustası, dərzi, xalça toxuyan və.s. məsləklər kiçildi və gözdən itdi.

Amma maraqlı olan bir şey də baş verdi, bu məsləklərin heç biri tamamilə yox olmadı, kiçik ölçüdə qaldılar və hətta fərasətli olanlar qat-qat çox qazanclı olmağa başladılar.

Belə ki, əllə toxunan xalça, əllə tikilən kostyum, əllə çəkilən rəsm və.s. fabrik alternativlərindən adətən baha olmağa başladı.

Continue reading “Yalnız insanlar girə bilər!”

Təsəvvürümüzdə canlandırdığımız görüntünün digital versiyasını yaratmaq

Süni intellektin (AI, Artifical Intelligence) sadə mətnlərdən istifadə edərək necə şəkillər yaratdığını yəqin ki, son zamanlar tez-tez görürük, istifadə edirik. Ən populyar vasitə də hazırda Midjourney-dir. Başqaları da var, məsələn Dreambox, Adobe Firefly və.s.

Təsvir (termin olaraq Prompt istifadə edilir) yazırıq və bu təsvirdəki açar sözlər əsasında şəkil yaradılır. Bu qədər bəsitdir – məsələn istəyirik Azərbaycan rayonlarımıza xas görüntüdə bir meşə və dağ çayı görüntüsü alaq.
“yaşıl meşə və axar çay” deyirik və bu şəkil yaranır:

Continue reading “Təsəvvürümüzdə canlandırdığımız görüntünün digital versiyasını yaratmaq”