/E-Haci.net

texnologiya, elm, təhsil mövzularında düşüncələr

WordPress Azərbaycan dili

Diqqət: Artıq WordPress öz sistemi daxilində tərcümə imkanı yaratdığından hazırki tərcümələri rəsmi versiyaya köçürürəm. Növbəti aydan etibarən artıq rəsmi WP-AZ paketi normal keyfiyyətdə olacaqdır və aşağıdakı paketi yükləyib qurmanıza gərək qalmayacaqdır.. – 2014.04.23

Necə quraşdırılmalı?
Azərbaycan dil paketini yükləyib files/languages qovluğuna atın. Daha sonra əsas qovluqdakı wp-config.php faylını redaktə edərək define (‘wplang’, ‘az’); sətrini əlavə edib faylı yadda saxlayın.

Əlavə sual var?
Cavablar.net saytında soruşa bilərsiniz.

WordPress Azərbaycan dili paketinin ən son versiyasını endirin. (Son yenilənmə: 2013.03.22 23:20)

Necə dəstək ola bilərəm?
Proyekti Github sisteminə yerləşdirmişəm, tərcümədə dəstək olmaq istəyən Github üzvləri bu repo-dan öz tərcümə requestlərini göndərə bilərlər. https://github.com/E-Haci/Wordpress-Azerbaijani/

Tərcümə işinə 2009-da Dev.az komandası Launchpad sistemində başlamışdır. Hazırda bu səhifədə gördüyünüz versiya isə 2012-ci ildən mənim tək davam etdirdiyim, üzərində ciddi redaktə(1000+ ifadə) və əlavələr(20+ ifadə) etdiyim və 2013-cü ilin mart ayından Github sistemində yerləşdirərək orada inkişaf etdirdiyimiz, tez-tez yenilənən budaq versiyadır. Bu budaq versiyanı Launchpad-dan ayırıb tək davam etdirməkdə məqsədim daha keyfiyyətli bir variant təqdim etməkdir.

Tərcümə haqda düzəliş və təkliflərinizi əlaqə bölməsindən yaza bilərsiniz.