Kompüter, smartfon, televizor və.s. cihazların gündəlik istifadə edildiyi dövrdə onların gözlərimizə vurduqları zərər problemi də aktualdır.

Bu problem xüsusən iş gününü ofisdə kompüter arxasında keçirənlərə tanışdır.
computer_eye_strain

Nəticə də həmişə eyni olur, görmənin zəifləməsi və əksər hallarda optik eynək taxmaq zərurəti.

Bəs bu problemin qarşısını eynəkdən öncəki dövrdə tam və ya qismən alacaq nə kimi üsullar var? Və ya eynək taxılan dövrdə eynəksiz görməni yaxşılaşdırmaq olarmı? Bunun üçün bir sıra qeyri tibbi həllər zaman-zaman təklif edilib, müəyyən qida qəbulundan tutmuş gözlərin xüsusi məşqinə, qoruyucu eynəklərə və.s. qədər.

Bu yazı belə metodlardan biri olan gözləri qorumaq üçün Bates(Beyts) üsulu haqdadır.

Bu metodun ciddi elmi əsasları işlənilib hazırlanmayıb, yəni elmi mənbəyə söykənmir, amma praktiki olaraq kurslar və başqa tip öyrədici mənbələr tərəfindən geniş və effektiv tətbiq olunur. Üstəlik bu metod ilə görmə qabiliyyətini mühafizə edən, hətta yaxşılaşdıran xeyli insanların real rəyləri mövcuddur. Bütün bunlar Beyts metoduna yaşama haqqı, adı çəkilən problemi yaşayanlara isə eynəksiz gəzməyə inam vermiş olur.

1920-ci ildə amerikan oftalmoloqu William Bates (Vilyam Beyts) görmənin pisləşmə səbəbləri haqqında öz şəxsi yanaşmasını işləyib hazırladı. Onun əsas ideyası bu idi ki, görməni pisləşdirən əsas səbəb psixi gərginlikdir. İnsan özü nəyəsə baxarkən gözlərinə artıq “yük salmış” olur və gözlər bundan daimi zərər görür.

Bates iddia edirdi ki, normal halda gözlər hər hansı obyektə baxarkən gərginləşməməlidir. Gözlər bütün digər orqanlar kimi sağlam qalması üçün gərgin olmadan fəaliyyət göstərməlidir.

Əgər insan nəyəsə uzaqdan və ya yaxından baxmaq istəyirsə, göz əzələləri müəyyən yığılmalar edərək göz almasının formasını dəyişmiş olur. Bu halda göz əzələlərinin yığılmasına sərf olunan səy gözləri gərginləşdirmir. Gözləri gərginləşdirən hal məsələn belə haldır: İnsan nəyisə yaxşı görə bilmir, gözlərini müəyyən formaya salaraq(məsələn qıymaq, kəskin bucaqla kənara baxmaq və.s.) görməyə cəhd edir. Bu hal davam edəndə gözlər yorulmağa başlayır, gərginlik yaranır, gərginlik isə orqanın fəaliyyətini zəiflətməyə xidmət edir.

“Gərginlik yoxdursa problem də yoxdur”

Bates-in yanaşmasından çıxan əsas nəticə budur ki, görməni mühafizə etmək və yaxşılaşdırmaq üçün əsas təbii metod onu daim yorulmaqdan qorumaqdır, onu daim rahat halda (relax) saxlamaqdır. Konkret metodlara keçək, hansılar ki, Bates və onun ardıcılları tərəfindən hazırlanıb.

Bates hesab edirdi ki, gözləri rahatlatmaq, gərginlikdən qorumaq üçün ən yaxşı şərait tam qaranlıq şəratidir. Bu tezisdən çıxış edərək o, palminq texnikasını təklif edir:

Fiziki rahatlatma-Palminq texnikası

Yuxarıda da deyildiyi kimi Bates hesab edirdi ki, göz əzələləri yalnız qaranlıqda tam rahatlaya bilər.  Palminq texnikasının mahiyyəti bundan ibarətdir ki, insan gözləri açıq halda ovucları ilə gözlərini örtür və gözlərə düşən işığın qarşısını alır.
palming

Bunu edərkən əsas diqqət etməli məqam odur ki, ovuclar gözlərə yüklənməsin, toxunuş rahat olsun, gözlər, çiyinlər, əllər hər biri rahat vəziyyətdə olsun, gərginlik olmasın.(ilk icra zamanı gözlərinizdə gərginlik hiss edəcəksiniz, onu gözlərinizi bir az “boş buraxaraq” aradan qaldırın)

Bates bu texnikanı Yoqa təlimlərinin meditasiya hissələrindən əxz edib.

Bu təmrinin müntəzəm olaraq icra edilməsi gözlərin özünü rahat hiss etməsinə, əzələlərdən gərginliyin götürülməsinə, kompüter arxasında iş günündən sonra gözdəki ağırlığın aradan qaldırılmasına və.s. kömək etmiş olur.

Oxu zamanı gözlərin qorunması

Görməni pisləşdirən yayğın səbəblərdən biri də kitab və ya kompüterdən hansısa materialı oxuyarkən gözləri süni olaraq gərginləşdirməyimizdir. Gözlər sətir boyu soldan sağa çevik olaraq gəzişir, yuxarıdan aşağı isə zəif sürətlə yer dəyişir. Bu marşrut göz əzələlərinin yorulmasına səbəb olur. Bunun qarşısını almaq üçün aşağıdakılara əməl etməmiz lazımdır:

  • Gözlərimizi tez-tez ekran və ya səhifədən ayırıb 1-2 saniyə ətrafa nəzər salmaq (icrası çox vacibdir)
  • Oxu zamanı başımızı və ya kitabı yavaş-yavaş tərpədərək göz və səhifə arasındakı məsafəni daim dəyişmək
  • Səhifəyə baxdığımız bucağı müəyyən dövrdə bir dəyişmək(yerimizi və ya kitab,ekranın yerini azca dəyişərək)
  • Oxu zamanı gözün fokusunu hərflərin özünə yox, mümkün qədər sətir arası ağ sahələrə yönəltmək.

Yekun fikir olaraq qeyd etmək lazımdır ki, gözləri daim çalışıb gərginləşməkdən qorumalıyıq. Bir neçə gün özümüzü məcbur edərək təkrar metodrlardan bəzilərini tətbiq etdikdə bu artıq adət halını almış olacaq və hər iş gününün sonunda gözlərimizin əvvəlkitək yorulmadığını görəcəyik. Yorulmayan, ağırlıq hiss edilməyən gözlər isə zəifləməyən gözlər deməkdir, fəaliyyəti yaxşılaşan gözlər deməkdir.

Yazıda yalnız bir neçə vacib məsələlərə toxunuldu. Gözlərin fiziki və psixi metodlarla qorunmasına aid Bates-in xüsusi kitabı mövcuddur. Maraqlananlar üçün, kitabın adı: William Bates – “Perfect Sight Without Glasses“, ruscasını isə birbaşa buradan əldə edə bilərsiniz: http://lib.ru/NTL/MED/ZRENIE/bejts0.txt

P.S. Yazıya Lifehacker.ru  saytında rast gəlmişdim və bu məqalə o yazıdakı bəzi hissələr əsasında hazırlanıb.

3 thoughts on “Gözləri qorumaq və görməni yaxşılaşdırmaq üçün

Leave a reply

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong> 

required