Internet Explorer 6-nın istifadəçilərin menyusundan çıxarılması yönündə təbliğat aparılması üçün bir müddət başqa bir bloq da təklif etmişdim ki, hər bir developer saytına İE 6 ilə daxil olan istifadəçinin browser ekranına BROWSER-inin qeyri funksional və təhlükəsiz olması barədə xəbərdarlıq mesajı çıxarsın. Bu təkliflə razılaşanlar da oldu, razılaşmayanlar da.
Amma mən 2009-un sonundan bunu Xaricidil.net saytında həyata keçirmişdim. Google Analytics-in köməyilə İE 6-nın payının azalma tendensiyasına baxaq:(Burada saytda yerləşdirilən xəbərdarlığın rolunun nə dərəcədə olduğunu deyə bilmərəm)
Əvvəlcə ümumən son 6 ay ərzində sayta daxil olan istifadəçilərin browser statistikasına baxaq:
1. İE – 51.04% 2. Opera – 31.19% 3. Firefox – 19.15 %.
Aşağıdakı şəkillərdə İnternet explorer versiyalarının istifadədəki payı göstərilib və qeyd edim ki, bu aylar ərzində sayt istifadəçilərinin İE-den istifadə faizi demək olar ki dəyişməyib – 51% civarı olub.(Yaşıl sektor İE6-ya uyğundur, göy İE7, narıncı İE8. )
Oktyabr 2009.
Noyabr 2009.
Dekabr 2009.
Yanvar 2009.
Internet Explorer 6-nın sayta daxil olmalarda olan pay faizi son 3 ayda 21.50%-dən 18.24%-ə düşüb. Düşmə sürəti aşağı olsa da, hər halda sevindiricidir. Amma bu sürətlə yalnız təqribən 15-16 aya İE6-nın pay faizi 1-2% civarına enəcək.
məndə +1
http://win.az/?p=98
baxdım, əladır, təşəkkür. 🙂
ok
p.s. faylı yenilədim
Tewekkur