/E-Haci.net

texnologiya, elm, təhsil mövzularında düşüncələr

Gmail-də səhvən göndərilən e-məktubun geri çağırılması

Gmail-də 2 ildir belə bir əlavə funksiyanın olduğunu bilənlər yəqin ki var, amma bilməyənlər daha çox olmalıdır. Çünki susmaya görə Gmaildə bu funksiya mövcud deyil. Yalnız Google Labs-a daxil olub bu tip əlavə funksiyaları aktivləşdirmək olur.

Funksiyanın mahiyyəti bundan ibarətdir ki, əgər siz mesajı bitirməmiş səhv klik nəticəsində mesaj göndərildisə, yaxud səhv bir ünvana göndərildisə, yaxud fayl qoşmağı unudaraq göndərdinizsə və.s. hallarda maili yubanmadan verilmiş bir neçə saniyə ərzində ləğv edə bilərsiniz.

App imkanları vasitəsilə bu funksiyanı aktiv hala gətirmək olur. Funksiyanı buradan aktiv edə bilərsiniz.(Undo adlı app)

Həmçinin orada siz digər çox maraqlı əlavə funksiyalarla  da tanış olub sınaqdan keçirə bilərsiniz. Məsələn brauzer tab başlığında oxunmamış mail sayının ikonun özündə göstərilməsi.


Yeni yazı olanda məlumat al

Email ünvanı daxil edərək yazıları oxuya bilərsiniz

Yazılan şərhlər

“Gmail-də səhvən göndərilən e-məktubun geri çağırılması” üçün 7 cavab

  1. Rufat Piriyev Avatar
    Rufat Piriyev

    maraqli funksiyadir. Tesekkur. texminen neche saniye verir?

    1. admin Avatar
      admin

      Deyəsən 10-15 saniyə

  2. Ceyhun Avatar
    Ceyhun

    Əla qoşmadır, mənə tez-tez lazım olar, xəbərə görə sağol

    1. admin Avatar
      admin

      buyur

  3. Ziba Avatar
    Ziba

    superdi. coox sag olun

    1. admin Avatar
      admin

      Təşəkkür 🙂

  4. Yegane Yusifova Avatar
    Yegane Yusifova

    Bu hesabimib silmisəm nömrəm de qirmisam nece qaytara bilerem

Leave a Reply to CeyhunCancel reply