Cache texnologiyası haqda məlumatı olmayanlar üçün qısaca sadə izah: Cache(keş) texnologiyasının məqsədi serverin informasiya emal etməsi zamanı təkrar emalların qarşısını almaq və bunun hesabına serverin dayanıqlığını, performansını artırmaq, yüklənməsini azaltmaqdır.
Shared hostinqlər üçün(Saytın hostinqi Godaddy, Hostgator və.s. digər hostinq şirkətlərindən alındıqda)
1. WordPress Total Cache – Çox populyar qoşma. WordPress-in sahibi olan Automatic şirkətinin də məsləhət gördüyü həll.
2. WordPress Super Cache – Bu sahədə ən populyar qoşma. WordPress-in sahibi olan Automatic şirkətinin də məsləhət gördüyü həll.
3. WordPress Hyper Cache – İlk iki qoşma qədər populyar olmasa da struktur baxımından asan və performans baxımından onlar ilə eyni qoşma. Əsasən proqramçılar üçün məsləhətdir, çünki kodu kiçik olduğundan anlaşılan və asan modifikasiya oluna biləndir. Mənfi cəhəti isə ilk iki qoşma qədər təkmilləşmiş konfiqurasiyası olmamasıdır.
Ayrılmış fiziki və ya virtual serverlər üçün
WordPress Predis – Predis for WordPress(Predis = PHP API solution of Redis cache server)
İlk bənddəki 3 və onlar tipində olan 10-larla digər qoşmalar “üst səviyyədə” backend həllərdir, cache prosesi WordPress sistemi daxilində baş verir. İkinci bənddəki həll (və digərləri, məsələn Apache Traffic Server) isə serverin əməliyyat sistemində qurulu olan proqram səviyyəsində baş verir. Və sözsüz ki ikinci tip həllər birinci tipli həllərdən dəfələrlə yüksək performans nümayiş etdirə bilir və daha effektivdir. Birinci tip həllərin üstünlüyü o sayıla bilər ki, CMS-in strukturuna spesifik istisnalar daha asan reallaşdırıla bilir.
Sonda maraq üçün wp-predis həllinin müəllifinin apardığı performans testinin nəticəsini paylaşım: