İnternet şəbəkəsinin inkişafı Əməliyyat Sistemləri(ƏS) dünyasına da təsirsiz ötüşmədi. Öncədən ənənəvi təsəvvürdən kənara çıxmayan ƏS-lər (cari kompüterdə quraşdırılmış, fiziki olaraq bütün faylların kompüter daxilindəki sərt diskdə olduğu sistemlər – Windows XP, Vista, 7 .., MAC OSx,…) hazırda tam başqa bir istiqamətə yönlənmək üzrədirlər. Səbəb isə internet üzərindən olan həllər, bulud həlləridir.
Bir neçə il öncə Google zamanın tələbini qabaqlayaraq tamamilə bulud texnologiyasına əsaslanan brauzer-Əməliyyat Sisteminin ilkin versiyasını təqdim edəndə bir çoxları buna skeptik yanaşdılar, çünki doğurdan da bu həm məxfilik, həm sürət, həm də informasiyaya ulaşım baxımından rahat görünmürdü. Üstünlüklər isə fiziki olaraq bir kompüterdən asılı olmamaq, informasiyanın itkisi ehtimalının çox çox aşağı olması, təhlükəsizlik və.s. cəhətlərdə idi.
Bir neçə il keçdi və hazırda brauzer-ƏS ideyası tam real görünür. Google öz Chrome ƏS-ni təbliğ etməklə kifayətlənməyib hazırda dünyada ən populyar brauzer olan və Windows, Linux, MAC kompüterlərimizdə çalışan Google Chrome-a ƏS xüsusiyyətləri ötürməklə bir növ Troya atını hərəkətə keçirdi. Artıq əməliyyat sistemi içində əməliyyat sistemimiz var xəbərimiz yoxdur. 🙂
ƏS təkamül prosesinin hazırki halqasında işimizi düzgün orqanizə etmək üçün bu texnologiyalardan maksimum düzgün faydalanmaq lazımdır.
Məsələn mənim kompüterimdəki sistem Ubuntu ƏS-dir, əsas brauzer isə Chrome-dur. Chrome-un ƏS içində ƏS xüsusiyyətlərindən istifadə etməm aşağıdakı şəkildəki nəticələrə gətirib çıxarıb.
Yuxarı solda görünən menyu mənim kompüterimdə olan proqramların siyahısıdır. Gördüyünüz kimi orada sırf Ubuntu-Linux üçün qurulmuş proqram təminatları ilə yanaşı onlardan görünüşcə fərqlənməyən Google Docs, Google Sheets, Feedly və.s. proqramlar mövcuddur. Feedly, Evernote və.s. Google-a məxsus deyil deyə hələ ki bu fəlsəfəni tam reallaşdırmayıblar, müstəqil proqram kimi görünsələr də, içərik internetdən yüklənir və prinsipcə brauzerdə sayta girməkdən ciddi fərqləri yoxdur.
Google-a məxsus proqramlar isə başqadır və gələcəyin hara getdiyini göstərir. (Gələcək = proqram təminatları veb üzərindən çalışacaq, offline mode dəstəyi ilə).
Məsələn əskəriyyət office proqramı kimi Microsoft Word, Excel və ya Linux-da LibreOffice işlədirsə, məndə bu işləri Docs və Sheets proqramları görür. İlk adını çəkdiklərimdən nəyi ilə fərqlənirlər? Demək olar heç nəyi ilə. İnternetin olması zəruridir? Xeyr. Bəs offline işləmək üçün adi proqramlardan nə fərqi var? Dediyim kimi heç bir fərq. Əksinə üstünlük də odur ki, internet bağlantı olan kimi bütün dəyişikliklər bulud ilə internet serverə də yüklənir və informasiyanız hər hansı itkidən daha güvənli şəkildə qorunur.
Bu isə mənim Sheets proqramımdan iki görüntü:
Yazını yazmaqda məqsəd bu tip xidmətlərdən tam və ya heç istifadə etməyən oxuyucuları bu imkanlarla tanış etməkdir. Veb application(tətbiqetmə) məntiqinin bir sıra üstünlükləri var ki, aşağıda bir neçəsini sayım ayrıca:
1. Çox rast gəlirik, hər hansı tanışın kompüterində ofis proqramı yoxdur, qalır naəlac ki, hər hansı sənəd tərtib və ya redaktə etməliyəm təcili, amma proqram yoxdur. İnsanların məlumatlanması lazımdır ki, kompüterdə hər hansı proqramın qurulması, endirilib install edilməsinə gərək yoxdur, əgər Chrome varsa(hansı ki internetdən pulsuz endirmək olur), bir çox proqram təminatı onun daxilindən asanlıqla əldə edilə bilər.
2. Daha bir çox rast gəlinən fakt. Kompüterim format olundu, xarab oldu və.s. bütün fayllarım, sənədlərim, kurs işim və.s. itdi getdi. Vaxtında flaşkaya atmamışdım, heyf. – Yazıda bəhs edilən həllər bu tip problemlərdən birdəfəlik qurtuluş yoludur.
3. Hər hansı sənədi kollektiv tərtib etmək. Veb ofis proqramlarında kollektiv iş və müzakirə imkanı mümkündür. Yəni bir neçə şəxs bir sənədi canlı rejimdə açıb sağ kənarda chat ilə müzakirə edə həmçinin paralel dəyişikliklər edə bilərlər.
4. Veb üzərindən olmasına baxmayaraq internet olmadan da rahat şəkildə ofis proqramı kimi çalışırlar.
5. Proqram təminatı internet ilə vaxtaşırı sinxronizasiya olduğundan hər hansı update etməyə, yeni versiya yazmağa və.s. gərək yoxdur, proqram təminatı daim Google tərəfindən xəbərsiz şəkildə inkişaf etdirilir.
6. Fayllarınıza mobil cihazlardan anındaca əliniz yetir. Hər hansı excel sənəddə hər hansı bir şəxsi məlumat rəqəmlərini öyrənmək üçün kompüteri açmağa gərək yoxdur, eyni adlı proqrama smartfondan daxil olub kompüterdə daxil etdiyiniz son dəyişiklikləri görə bilirsiniz.
Mövzu ilə əlaqədar digər yazılarım:
Buludlara köçək, köçməyək?
İstənilən web səhifəni web application kimi çalışdırmaq.
Maraqli meqaledir. Tam raziyam. Müsbet cehetler de choxdur. Amma bir terefden, mence user bir az olsada ele bilki sistem üstünde “kontrolu” itirir. Cloud Computing, Chrome OS ve sair güman edirem 🙂
Düzdür, amma məncə bu qarşısıalınmaz bir tendensiyadır. 🙂
Maqalə üçün çox təşəkkür edirəm. Mənim bir sualım olacaq Linuxta phoroshop Ai işlətmək olur? Vectro və .psd faylları redaktə edə bilərəm?
Windows proqramları Linux-da Wine adlanan proqramın köməyilə qurmaq olur. Bir az dolayı həlldir, native deyil, amma işi görür.