/E-Haci.net

texnologiya, elm, təhsil mövzularında düşüncələr

Author: E-Haci

  • WordPress – lokal host-dan serverə rahat köç

    WordPress – lokal host-dan serverə rahat köç

    Məlum məsələdir ki, bir çox hallarda veb sayt tərtibatçısı veb saytı ilk öncə lokal host-da (kompüter daxilində yaradılan daxili server hostu) tərtib edir hazırlayır, hər şey bitəndən sonra saytın əsas serverə daşınmasını həyata keçirir. Bu ardıclııq WordPress veb saytlar üçün də keçərlidir.

    O halda köç zamanı hansı dəyişikliklər lazım olur? Məlum məsələdir ki, veb saytda lokal hosta özəl bütün konfiqurasiya parametrləri real serverə aid parametrlər ilə əvəz edilməlidir. Bu işi görən pluginlər də var(açar söz: migrate), eyni zamanda verilənlər bazasında müvafiq dəyişikliklər etməklə bunu fərdi qaydada da etmək olur.  Fərdi qaydada veb saytı lokal hostdan real serverə daşıyarkən aşağıdakı ardıcıllıqla əməliyyatlar edilməlidir.

    1. Faylları ftp və ya digər vasitə ilə köçürmək.
    2. Verilənlər bazasını ixrac-idxal əməliyyatı ilə serverə köçürmək.
    3. Verilənlər bazası parametrlərini wp-config.php faylında dəyişmək.
    4. Veb saytın əsas ünvanını verilənlər bazasının wp_options mysql cədvəlində 2 yerdə dəyişmək.
    5. wp_posts cədvəlində post content, post guid və.s. kimi sütunları kütləvi redaktə etmək.(vacib olmayan addımdır)

    İndi paylaşacağım çox kiçik bir texnika ilə yuxarıdakı 5 addımdan 4-nü ləğv etmək olar. davamı…

  • WordPress – Avtomatik yenilənmədə problem olarsa

    WordPress – Avtomatik yenilənmədə problem olarsa

    Bəzi hostinq və ya fərdi serverlərdə faylın mənsub olduğu istifadəçi ilə veb server istifadəçisinin fərqli olması və yaxud da sadəcə fayl icazəsinin məhdud olması səbəbindən WordPress sistem yenilənməsi avtomatik baş verə bilmir. Belə hallarda fərdi qaydada yeniləmə etmək əslində çox sadə metodla mümkündür. WordPress yenilənmə zamanı istifadəçiyə aid ərazidə heç bir dəyişiklik baş vermir, dəyişiklik yalnız nüvədə və idarəetmə fayllarında baş verir. davamı…

  • Fərdi kod ilə veb sayt bazasının müntəzəm backup nüsxəsini almaq

    Fərdi kod ilə veb sayt bazasının müntəzəm backup nüsxəsini almaq

    Bəzi veb saytlarda fayl sistem aylarla sabit qalır, dəyişikliklərə gərək olmur, bütün olub bitənlər verilənlər bazasında baş verir. Belə veb saytlarda verilənlər bazasının müntəzəm nüsxəsini almaq daha prioritet məsələ olur, nəinki bütün fayl sistem. Təbii ki, həm fayl sistemi, həm verilənlər bazası, həm də server parametr fayllarının backup nüsxəsini almaq ümumən zəruridir və bunlar üçün necə lazımdır həllər mövcuddur.  Bu yazıda məqsəd sadəcə verilənlər bazası üçün çevik, asan, əlavə proqram, modul qoşmadan asan nüsxəçıxarma həlli yazmaqdır.

    1-ci funksiyamız verilənlər bazasının backup nüsxəsini alacaq.
    2-ci funksiyamız bu nüsxəni kənar bir serverimizə göndərəcək(zira backup nüsxəni sayt ilə eyni serverdə saxlamaq risk daşıyır və mahiyyətə ziddir).
    3-cü funksiyamız isə bu prosesi avtomatlaşdıracaq.

    davamı…

  • Texnoloji yeniliklər və onlara müqavimət

    Texnoloji yeniliklər və onlara müqavimət

    Xəbər portallarını izləyən kəslər bildi ki, son günlərdə Fransada ciddi taksi böhranı yaşandı. Səbəbkar isə ABŞ mənşəli Uber şirkətinin Fransada göstərdiyi fəaliyyətdir. Belə ki, hüquqi manevr ilə taksi lisenziyası almadan faktiki taksi xidməti göstərən Uber yerli taksi sürücülərinin çörəyinə bais olduğundan taksiçilər üsyana qalxdı. Bəs bu qovğada kim haqlıdır? davamı…

  • “Karyerada özünəinam və motivasiya” vs “Reallıq”

    “Karyerada özünəinam və motivasiya” vs “Reallıq”

    Bir neçə gün öncə gördüyüm bir karikatura məni yazıdakı mövzuda çox düşündürdü.

    Karyera və fərdi inkişaf barədə motivasiya, optimizm aşılayan kitablar oxumuş şəxslər mövzunu daha yaxşı anlayar(D.Karnegi, N.Hill, S.Kovi, R.Branson, T.Peters, C.Kohe, R.Kiyosaki və.s. yüzlərlə bestseller müəlliflərinin əsərləri). O tip əsərlərin məsələyə yanaşmaları fərdi ola bilər, amma  ortaq təlqini budur: “hər şey insanın özündən asılıdır”, “problemlər əslində uğura aparan yoldur”, “çətinliklər görəndə ruhdan düşmə, bu sadəcə uğurun yaxında olmasının növbəti siqnalıdır” və.s. Bu fikirlər doğrudurmu? Və ya tam yanlışdır və insanlar sadəcə inamlı olmaları üçün belə yalanlar aşılanırmı? Əslində birmənalı cavab vermək çətindir.

    Amma hər bir halda empirik müşahidələr, uğur hekayələri, bəzən şəxsi təcrübə və.s. ilə əmin olmaq olar ki, bu tip təlqinlər əsassız deyil və real olaraq işləyə bilir. Üstəlik böyük ölçüdə götürəndə zərərsizdirlər. Ona görə də özünə belə müsbət impulsları aşılaya bilmiş insanların doğru yolda olduğunu düşünürəm. Bəs bu kiçik yazını o halda niyə yazıram? Yazmamda məqsəd bu fikirlərdən irəli çıxıb hər kəsə aid hökm çıxarmağın yanlış olduğu göstərməkdir. Aşağıdakı səbəbkar karikaturaya DİQQƏTLƏ baxaq: davamı…

  • Fire OS – Alternativ mobil əməliyyat sistemi

    Fire OS – Alternativ mobil əməliyyat sistemi

    Bugünkü yazıda Amazon şirkətinin özünə məxsus planşet və smartfonlar üçün hazırladığı Fire OS sistemi haqqında qısa icmal yazıram.
    Fire OS Android əməliyyat sisteminin nüvəsi üzərində qurulan bir sistemdir. Android üzərində qurulan Color OS, Cyanogen MOD,Yandex.Kit, Nokia Android version və.s. sistemlərdən fərqli olaraq burada mərkəzdənqaçma xeyli dərəcədə daha çox baş verib. Belə ki, Amazon AOSP(Android Open Source Project) kodlarını götürüb ora Google Play Services əvəzinə öz ekosistemini inteqrasiya etməklə yetinməyib sistemin bütün görünən tərəfini tamamilə yenidən yazıb. Həm də dəyişiklik təkcə launcher səviyyədə dizayn fərqi yox, tamamilə kökündən alternativ bir UI(user interface) həllidir.
    Məhz tam fərqli realizasiya Fire OS-i maraqlı edən xüsusiyyətlərdən biridir.
    Bir neçə şəkil paylaşıram.(Device: Kindle Fire 6 tableti) davamı…

  • Diş çöpünə yerləşən sonsuz böyük informasiya və ya fikrin sonsuzluğu

    Əslində bu tip yazıları bədii mövzulara aid olan bloqumda yazıram, amma bu yazıda riyaziyyat, informasiya saxlanması və.s. sahələrə də toxunulur deyə bu bloqumda da yazıram.

    Keçən ayın sonunda oxuyub bitirdiyim bir əsər vardı, Haruki Murakaminin “Həqiqi möcüzələr diyarı və dünyanın sonu” (1985). Bu əsərdə bədii tərəfini bir kənara qoyaq, əsərdə informasiya qorunması, kriptoqrafiya, təhlükəsizlik, piratlıq və.s. barədə çox maraqlı epizodlar və bilgilər var. Bir dialoq isə diqqətimi xüsusilə çəkdi, əsəri bitirəndən sonra o dialoqa təkrar qayıdaraq üzərində bir qədər düşündüm, çünki mövzu diqqətimi çox çəkmişdi, sonda maraqlı şəxsi nəticələr çıxardım. İndi o dialoqu təxmini formada yazıram, mötərizələrdə isə şəxsi subyektiv nəticə-izahlarımı yazmışam. Diqqətlə oxuyub sonda hər kəs öz nəticələrini çıxara bilər.

    Dialoq informasiya təhlükəsizliyi professoru ilə eyni sahənin şifrələmə proseslərini aparan işçisi arasında, qaranlıq mağarada düşmənlərdən gizlənən bir vaxtda baş verir.

    (Söhbətin daha əvvəlində professor işçiyə deyir ki, sənin beynində olan filan[uzun söhbətdir] problemə görə cəmi 2 sutka ömrün qalıb, daha sonra koma kimi bir duruma düşəcəksən və yalnız şüurunda qurduğun bir aləmdə yaşayacaqsan, həmişəlik oranın sakini olacaqsan. Yeri gəlmişkən Inception filmində də yuxuda da olsa, buna bənzər məkanlar var)

    – Bəs mən nə vaxta qədər orada, həmin dünyada qalacağam?

    – Sonsuz olaraq.

    – Anlamadım, necə yəni sonsuz? Axı hər bir halda hansısa fiziki sərhədlər mövcuddur. Bədən də, beyin də ölümlüdür. Beyin isə öldükdə şüur da ölür, elə deyil?

    – Elə deyil. İnsanın düşüncəsi üçün zaman anlayışı mövcud deyil. Düşüncənin yuxudan əsas fərqi də budur. Düşüncə bir andaca bütün dünyanı özündə ehtiva edə bilər. Hətta sonsuz ömrü də fikrindən keçirə bilərsən.  Qapalı dairədə sonsuz dövrlər vura bilərsən. Elə bu səbəbdən də o düşüncə,fikir adlanır. Həm də o, yuxu kimi qəfil kəsilmir. İnsan düşüncəsi sonsuzluğu özündə ehtiva edə bilər, eynən   böyük ensiklopediyanın kiçik diş çöpündə yazıla bilməsi kimi.

    – Nə? Diş çöpündə ensiklopediya? davamı…

  • WordPress və cache texnologiyası haqda qısaca

    WordPress və cache texnologiyası haqda qısaca

    Cache texnologiyası haqda məlumatı olmayanlar üçün qısaca sadə izah: Cache(keş) texnologiyasının məqsədi serverin informasiya emal etməsi zamanı təkrar emalların qarşısını almaq və bunun hesabına serverin dayanıqlığını, performansını artırmaq, yüklənməsini azaltmaqdır.

    Shared hostinqlər üçün(Saytın hostinqi Godaddy, Hostgator və.s. digər hostinq şirkətlərindən alındıqda)

    1. WordPress Total Cache – Çox populyar qoşma. WordPress-in sahibi olan Automatic şirkətinin də məsləhət gördüyü həll.

    2. WordPress Super Cache – Bu sahədə ən populyar qoşma.  WordPress-in sahibi olan Automatic şirkətinin də məsləhət gördüyü həll.

    3. WordPress Hyper Cache – İlk iki qoşma qədər populyar olmasa da struktur baxımından asan və performans baxımından onlar ilə eyni qoşma. Əsasən proqramçılar üçün məsləhətdir, çünki kodu kiçik olduğundan anlaşılan və asan modifikasiya oluna biləndir. Mənfi cəhəti isə ilk iki qoşma qədər təkmilləşmiş konfiqurasiyası olmamasıdır.

    Ayrılmış fiziki və ya virtual serverlər üçün

    WordPress Predis – Predis for WordPress(Predis = PHP API solution of Redis cache server)

    İlk bənddəki 3 və onlar tipində olan 10-larla digər qoşmalar “üst səviyyədə” backend həllərdir, cache prosesi WordPress sistemi daxilində baş verir. İkinci bənddəki həll (və digərləri, məsələn Apache Traffic Server) isə serverin əməliyyat sistemində qurulu olan proqram səviyyəsində baş verir. Və sözsüz ki ikinci tip həllər birinci tipli həllərdən dəfələrlə yüksək performans nümayiş etdirə bilir və daha effektivdir. Birinci tip həllərin üstünlüyü o sayıla bilər ki, CMS-in strukturuna spesifik istisnalar daha asan reallaşdırıla bilir.

    Sonda maraq üçün wp-predis həllinin müəllifinin apardığı performans testinin nəticəsini paylaşım:

    davamı…

  • Niyə məhz Əlibaba?

    about_alibaba_logo6

    Bir neçə gün öncə IPO aksiya satışında rekord qıraraq 21+ milyard dollar toplayan, ümumi dəyərində Facebook kimi şirkəti belə geridə qoyan, internet şirkətlər aləmində Google-dan sonra ikinci pilləyə çıxan Çin e-ticarət nəhəngi Alibaba şirkəti bütün dünyanın diqqətini özünə cəlb etdi. Bu kiçik yazıda şirkətin iş prinsipi, uğur qazanma səbəbi və.s. haqda bəhs etmək fikrim yoxdur, sadəcə şirkətin adı maraqlıdır deyə o haqda yazıram. 3-4 il öncə bu şirkət ilk dəfə diqqətimi cəlb edəndə dərhal əsasən adı diqqətimi çəkdi, Alibaba=Əlibaba? Niyə məhz Alibaba? Çin hara Alibaba hara? Bəlkə banisi müsəlman bir kimsədir? Araşdırma isə tam başqa mənzərə ortaya qoydu. Və əslində bu adın seçilməsinin də uğurun səbəblərindən biri olması aydın oldu.

    Şirkətin banisi Jack Ma-nın bu adın tarixçəsi haqda dediklərinə nəzər salaq:

    Bir gün San Fransisko şəhərində kofe klubda idim, özlüyümdə düşünürdüm ki, Alibaba yaxşı bir addır(sadəcə ad olaraq). Offisiant qız mənə yaxınlaşanda, ona sual verdim:
    -Sən Əlibabanı tanıyırsan?
    Və o cavab verdi:
    -Hə, tanıyıram.
    -Onun haqqında nə bilirsən?
    -Əlibaba və 40 quldur.
    -Bəli! Bax budur uğurlu ad.
    Sonra çölə çıxdım və küçədə təsadüfi 30 nəfərə yaxınlaşıb eyni sualı soruşdum: “Siz Əlibabanı tanıyırsız?”. Hindistan, Almaniya, Tokio, Çin və.s. yerlərdən olan müxtəlif insanlar idi onlar… Onlar hamısı Əlibabanı tanıdı: “Sim-sim açıl!”.
    Əlibaba xeyirxah, ağıllı ticarətçi və başqalarına mərhəmətli insan idi. Beləliklə, asan tələffüz olunan, və hamının bildiyi bir ad.

    Bizim Alibaba da sim-sim deyərək qapısını kiçik və orta həcmli bütün şirkətlərə açdı.

    Bir kiçik sitatda uğurlu ad seçimi üçün çox maraqlı bir nümunənin şahidi olduq.

  • Bir daha web tətbiqetmə anlayışı barədə

    İnternet şəbəkəsinin inkişafı Əməliyyat Sistemləri(ƏS) dünyasına da təsirsiz ötüşmədi. Öncədən ənənəvi təsəvvürdən kənara çıxmayan ƏS-lər (cari kompüterdə quraşdırılmış, fiziki olaraq bütün faylların kompüter daxilindəki sərt diskdə olduğu sistemlər – Windows XP, Vista, 7 .., MAC OSx,…) hazırda tam başqa bir istiqamətə yönlənmək üzrədirlər. Səbəb isə internet üzərindən olan həllər, bulud həlləridir.

    Bir neçə il öncə Google zamanın tələbini qabaqlayaraq tamamilə bulud texnologiyasına əsaslanan brauzer-Əməliyyat Sisteminin ilkin versiyasını təqdim edəndə bir çoxları buna skeptik yanaşdılar, çünki doğurdan da bu həm məxfilik, həm sürət, həm də informasiyaya ulaşım baxımından rahat görünmürdü. Üstünlüklər isə fiziki olaraq bir kompüterdən asılı olmamaq, informasiyanın itkisi ehtimalının çox çox aşağı olması, təhlükəsizlik və.s. cəhətlərdə idi.

    Bir neçə il keçdi və hazırda brauzer-ƏS ideyası tam real görünür. Google öz Chrome ƏS-ni təbliğ etməklə kifayətlənməyib hazırda dünyada ən populyar brauzer olan və Windows, Linux, MAC kompüterlərimizdə çalışan Google Chrome-a ƏS xüsusiyyətləri ötürməklə bir növ Troya atını hərəkətə keçirdi. Artıq əməliyyat sistemi içində əməliyyat sistemimiz var xəbərimiz yoxdur. 🙂 davamı…