Phototag WordPress Plugini

phototag
İlk WP pluginim olan HEXAM plugini bir qoşqu proqram kimi özünü doğrultması(müxtəlif ölkələrdən xeyli sayda developerdən təşəkkür və yeni update üçün təkliflər aldım)  növbəti pluginləri reallaşdırmağa stimul verdi. Növbəti plugin üçün ideyalar çox olsa da ilk olaraq şəkildə obyekti tag etmək üçün vasitə olan bir plugin yazmaq qərarına gəldim(Facebook şəkillərindəki tag sisteminin oxşar variantı). Əvvəlcə mövcud pluginləri araşdırdım və bir neçə oxşar işləri görən pluginlərlə rastlaşsam da o pluginlərin yeni versiyaları dəstəkləmədiyini, qaneedici olmadıqlarını görüb bu plugini reallaşdırmağa başladım. 3 gün öncə vaxt imkanı tapıb işə başladım və dünən bitirdim.  Artıq bu gün plugini WordPress.org-a göndərdim və dərhal qəbul edildi. Plugin artıq rəsmi WordPress saytındadır, buyurub yükləyə bilərsiniz: Yükləmə ünvanı.

Keçək pluginin mahiyyətinə.  Əvvəlcə bir screenshot paylaşaq:

Şəkildən yəqin ki, mahiyyət müəyyən qədər aydın oldu. Aşağıdakı şəkildə isə admin paneldə tag-lama prosesinin qısa təsviri verilib:

İndi isə proses haqda. Plugini adi qaydada install etdikdən sonra Dashboard-da TAG NEW PHOTO seçimi menyuda peyda olur.

Fərz edək Bloqa yeni yazı daxil edirik və yazıda bir neçə şəxsin olduğu şəkil var. Şəklin url-ni Yeni TAG NEW PHOTO bölməsində daxil edirik, şəklin bloqdakı enini təyin edib tag prosesinə başlayırıq. Tag prosesi bu yuxarıdakı şəkildəki kimi – obyekt üzərində diaqonal şəkilli iki klik etməklə olur.  Tag-lamanı bitirdikdən sonra GET CODE düyməsinə sıxırıq və nəticədə bizə generate olunmuş html kod verilir. Bu kodu kopyalayıb hər hansı bloq yazısında paste edirik. Vəssalam.

Plugin bu gün əlavə olunduğundan hər hansı bug-ların olması istisna deyil və onlar üzə çıxdıqca bir neçə cəhdə aradan qaldırılacaq.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

One Reply to “Phototag WordPress Plugini”

  1. Salam.Azerbaycanda da wordpress plugin yazan oldugunu bilmirdim, bu yazini oxuyanda cox sevindim, men wp fanatiyam. ishlerinizde ugurlar arzulayiram.plugini nece yazmaq barede derslik ve ya video charx hazirlasaz baxib oyrenerdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir