Ubuntu Terminal-da proxy internet

Ubuntu-da proxy server vasitəsilə internetə bağlandıqda Gnome-da, Synapticdə, Brauzerlərdə və.s. bu proxy ayarları tanıdıb rahat işlətmək mümkün olsa da, Terminal və digər alt təbəqələr Gnome-dan asılı olmadığından bu ayarları tanımır və internetə birbaşa qoşulmağa cəhd edir. Təbii ki bu cəhd uğursuz alınır və Terminal, Uuntu Software Center kimi vacib bölmələr internetdən yararlana bilmir. Bunun həllini araşdırıb tapdım. Qısa formada paylaşıram. Terminalı açırıq və yazırıq.
cd etc/apt
sudo gedit apt.conf

Bu zaman Gedit redaktorunda boş apt.conf faylı açılır, biz də ona bu sətirləri əlavə edirik və yadda saxlayırıq.
Acquire::http::Proxy “http://proxy_url:proxy_port/”;
Acquire::ftp::Proxy “http://proxy_url:proxy_port/”;

Vəssalam. Əgər proxy-də username password tələb olunursa o halda http://proxy_url:proxy_port/ əvəzinə http://username:[email protected]_url:proxy_port/ yazılışından istifadə edilir.

Yeni yazı olanda xəbər tutmaq istəyirsinizsə,

* indicates required

2 Replies to “Ubuntu Terminal-da proxy internet”

  1. MAraqli idi, teshekkurler. Ayrica proxy serverler haqqinda meqale olsa lap ela olar, onlarin zamanimizdaki istifade saheleri, kimler terefinden istifade olunmasi ve bu kimi movzulara toxunulan bir meqale olsa maraqli olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir