/E-Haci.net

texnologiya, elm, təhsil mövzularında düşüncələr

Yeni ideya satmaq barədə maraqlı cavab

Sual: Salam. Ağlıma internet xidmətləri ilə bağlı unikal bir ideya gəlib, amma bunu reallaşdırmağa vəsaitim yoxdur. Onu necə sata bilərəm? Məsələn Google və ya Mail.ru kimi nəhənglərə. (X.Esmurziyev)

Cavab: Salam. Sizi məyus etməli olacam: Dünyada maraqlı ideya defisiti mövcud deyil. Sizin ağlınıza gələ bilən istənilən ideya, böyük ehtimalla neçə-neçə başqa şəxslərin ağlına artıq gəlib. Asan axtarış ilə buna əmin də ola bilərsiniz.
Heç kimə sadəcə yaxşı ideya lazım deyil. Hamıya yaxşı ideya zamanında və yerində(zərurət olduqda) lazımdır. Məhz bu son tələbi qoyduqda ideya verə biləcək adamların sayı kəskin azalır.
Məsələn götürək, bank biznesinin plastik kartlar bölməsini. Minlərlə yüksəkmaaşlı işçilər sutka boyu kiçicik də olsa xeyirgətirən yeni ideya düşünməyə çalışırlar. Kim nail olursa, ona afərin düşür. Amma yeni ideya həddən ziyadə azdır.
Odur ki əgər siz konkret sifariş olunan oblast üzrə məsələn 100 əla ideya düşünməyi bacarırsınızsa, o halda siz qabağa gedəcəksiniz. Yox əgər sizdə yalnız bir ideya varsa, onda o heç kimə lazım deyil.(A.Lebedev)

Mənbə: tema.livejournal.com


Yeni yazı olanda məlumat al

Email ünvanı daxil edərək yazıları oxuya bilərsiniz

Yazılan şərhlər

“Yeni ideya satmaq barədə maraqlı cavab” üçün 5 cavab

  1. Farahim Alili Avatar

    Hec olmasa bu adama deyin öz ideyasını syd-az.net-də yoxlasın. Mən elə edirəm. 🙂

  2. Aliyev Vusal Avatar
    Aliyev Vusal

    Salam. Menim elimde 10000 azn pul var isteyirem geleceyim ucun bir is quram amma aglima hecne gelmir mene komek etseniz cox sevinerdim.. Qabaqcadan Tesekkurler. Hormetle: A.Vusal

  3. Gunel Avatar
    Gunel

    siz o pulu getirin mene menim aglimda yaxüi ideyalar var :))))))))))))

    1. Isgandar Avatar
      Isgandar

      :DDDDDD

  4. miya Avatar
    miya

    Özünüzə her hansi bir obyekt alib onu arendaya vere bilersiz.

Yazıya şərh yaz