İlk Android proqramım – İntuetta

Bu yaxınlarda Android development sahəsinə baş vurub ilkin anlayışlarla tanış olduqdan sonra qərara gəldim ki, öyrənmə prosesini applicationlar quraraq həyata keçirim, bu mənim üçün özünü doğrultmuş metod olduğundan bu dəfə də istisna olmadı. Bir sözlə bu ilk app-ım Android-də bilgimin qeyri-professional səviyyədə olduğu halda hazırlandı. Ona görə də dərin kodlu bir proyektə girişmədim. Yavaş-yavaş, asandan çətinə təkamüllə getmək lazım. 🙂
İntuetta app-ı kateqoriya baxımından Android market-in Games->Brain&Puzzles bölməsinə aid edilə bilər. Proqramın məntiqi sadədir, 3 adam ikonkasından birini proqram öncədən seçir, siz bu adamın hansı olduğunu intuisiya ilə tapmalısınız, 20 cəhddən sonra tapdığınız say faiz olaraq nəticə kimi qeydə alınır və siz istəsəniz nəticəni submit də edə bilərsiniz. Submitlər veb bazada toplanır və nəticədə proqramın high-scores bölməsində ən yüksən intuisiyaya malik istifadəçilərin siyahısı dərc olunur. Orta statistik göstərici normal halda 33.3% olmalıdır(1/3), bundan çox göstərici artıq nailiyyətdir. 🙂 Hazırda ən çox xalı olan 55% ilə 3 nəfərdir.

Proqramın market ünvanı

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

3 Replies to “İlk Android proqramım – İntuetta”

  1. Salam Qardash İlk işini təbrik edirəm.
    Bunu hansı dildə yazmısan ?
    Android üçün proqramların çoxu Javada yazılır?
    Bundan savayı hansı dillərdə Android üçün proqram yazmaq mümkündür?
    Uğurlar!

  2. Təşəkkür Oqtay.
    Salam Alekber, təşəkkür edirəm. Android app-lar Java-da yazılır. Xüsusi pluginlər var, install edirsən Eclipse İDE-yə, vəssalam. Run edəndə javanın öz runnable jar-ı ilə yox, xüsusi telefon emulatoru(virtual telefon) ilə run olur və nəticəyə kompdaca baxırsan.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir