“Filan yerdən keçdiyimdə mənə xatırlat” imkanı

Müasir mobil proqramların köməyilə bir çox xatırlatma növləri mövcuddur. Adi alarm-dan tutmuş, Calendar, ayrıca Reminder, Qeyd kitabçası proqramları içində reminder funksiyası və.s.
Bu gün zamana görə yox, məkana görə xatırlatma imkanına malik və istifadə etdiyim iki proqram imkanını paylaşıram.
Məlumdur ki, ənənəvi xatırlatmalarda parametr zamandır. “Filan vaxtda mənə filan işi görməli olduğumu xatırlat” – Bu tip xatırlatmanı bütün kalendar və qeyd tipli proqramlar edir.
Bəs birdən parametr zaman yox, məkan olsa necə? Məsələn, filan firma mağazasının önündən keçəndə mənə xatırlat ki ordan nəsə almalısan. Oradan nə zaman keçəcəm bilmirəm, zamandan asılı deyil. Ona görə də məkana görə xatırlatma proqramı zərurəti yaranır.
Bu imkanı təqdim edən iki proqram təklif edirəm.
1. Google Keep – Bütün Android və İOS sistemlərində asanlıqla qurula bilən bu sadə proqramda yeni qeyd yaradarkən qeydin ayarlarına girib məkan seçirik, google maps açılır, istədiyimiz dəqiq məkanı seçirik və ekrana çıxacaq mesajı yazırıq, vəssalam. Xatırlatma məqsədilə istifadədə bu əla həlldir.

2014-05-27 11.51.41
2. IFTTT – Bu həll isə ifttt xidmət servisi ilə reallaşır, prinsipcə 1-ci ilə eyni məqsədə xidmət edir, lakin burada ekrana mesaj çıxarmaq yox, başqa əlavə işlər də görmək mümkündür. 1-ci sadə həll idisə, bu çoxşaxəli həllər təklif edir. ifttt-də Create recipe edib THİS yerində Android Location seçirik, that yerində isə aşağıdakı servislərdən birini seçib müvafiq məqsədli bir işi həyata keçirə bilərik.

Create Recipe - IFTTTGöründüyü kimi servsislərin sayı hədsiz çoxdur və fantaziyaya və tələbata uyğun olaraq bir çox işləri görə bilər.
Yəni 1 və 2 bəndləri arasında fərq odur ki, 1-cidə görülən iş məkana görə xatırlatmadan ibarətdirsə, 2-cidə daha geniş imkan var, məkana daxil olarkən və ya məkanı tərk edərkən bir çox işlər görülə bilər: xatırlatma edilə bilər, bloq post yazıla bilər adınızdan, fb-da tvitterdə və.s. istədiyiniz ön-mesaj dərc edilə bilər, kiməsə avtomatik mail, sms göndərilə bilər ki məsələn yaxınlıqlda filan yerdəyəm 5 dəqiqəyə çatıram, musiqi səslənməyə başlaya bilər və.s. və ilaxır. Smartfonda görülən bir çox işi məkana görə avtomatlaşdırmaq işinizi çox asanlaşdırır. Sükan arxasında gedən, tələsərək yol gedən və yazmaq imkanı olmayan və ya sadəcə öncədən unutması riski olan bir çox şeyləri bu tip ifttt recipe-lar ilə avtomatlaşdırmanız mümkündür.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir