Miletli Falesin sərvət qazanması

Bu barədə keçən yazımda qısa yazmışdım deyə indi ayrıca kiçik yazı şəklində paylaşıram.

Asimmetrik risklərə tarixdən ən yaxşı nümunələrdən biri, riyaziyyat dərsliklərimizdən də tanıdığımız Miletli Falesin(Thales of Miletus) nəql edilən macərasıdır. Bu əhvalat bizə Aristotelin yazılarından məlumdur.

Ətrafında onun kasıb olduğu üçün elminin və fəlsəsəfinin heç bir işə yaramadağını iddia edənlər varmış.

Fales də bir dəfə qərara gəlir ki, əksini onlara isbat etsin. Çünki kasıb həyat tərzi sürmək Falesin öz seçimi idi, əlacsızlığı deyildi. Qalırdı bunu isbat etmək.

İllərdir toplanmış təcrübəsinə əsasən Fales astronomiya müşahidələri ilə hələ qış aylarında o qənatə gəlmişdi ki, mövsüm gələndə bu ilki zeytun məhsuldarlığı lap çox olacaq. Ona görə də gedib zeytun yağı hazırlayan press qurğularını işlədənlərə kiçik məbləğdə pul verib onları razı salır ki, mövsüm gələndə bu qurğulardan istifadə haqqını hər zamankı icarə qiymətilə ona verərlər. Qurğuların sahibləri də hələ zeytun mövsümünə çox qalıb deyə belə müftə puldan imtina etmirlər.

Mövsüm gəlir çatır, və həddən artıq məhsuldarlıq olduğuna görə yağ-press qurğularına böyük tələbat yaranır. Qurğulardan keçən ilki icarə haqqını ödəməklə istifadə hüququ da Falesdədir deyə, o sadəcə bu hüququ xeyli artıq məbləğə başqalarına satmaqla sərvət qazanmış olur.

Diqqət edək ki, burada Fales nə zeytun satır, nə qurğu satır. Fiziki əşya ticarətinə əl bulaşdırmır. Falesin satdığı sadəcə istifadə haqqıdır. Hansı ki, qış vaxtı onu almaq heç kimə maraqlı görünmürdü.(qiyməti qışda da, yayda da eyni olacaq bir şeyi almaq heç kimə maraqlı deyildi) Falesin başqalarında olmayan məlumata sahib olması (bazar dünyasında məlumatı dəyərliliyi də məhz onun mümkün qədər az adamın bilməsində olur. Hər kəsin bildiyi məlumat nə qədər mükəmməl analiz, araşdırma nəticəsi olsa da, qiymətini böyük ölçüdə itirir) onu üstün pozisiyaya keçirmişdi.

Bəs Fales öz astronomiya müşahidəsində səhv edə bilməzdimi? Əlbəttə bilərdi. Elə asimmetriya da buradadır.

Fales öz müşahidəsi nəticəsində yuxarı ehtimalla “məhsuldarlıq bol olacaq” nəticəsinə gəlmişdi, “mütləq elə olacaq” nəticəsinə yox. Deməli, özü də bilirdi ki, yanıla bilər.

Amma yatırım elədiyi kiçik məbləğ ilə qazana biləcəyi böyük məbləğ arasında kəskin fərq olduğuna görə asimmetriyanı görə bilmişdi.

Yəni, bir riskli işə girirəm, qazanma ehtimalım itirmə ehtimalımdan ciddi şəkildə çoxdur. Eyni zamanda itirəcəyim məbləğ önəmsiz kiçik, qazanacağım məbləğ isə çox böyükdür. Asimmetriya da buradadır.

Bəzən Falesin bu dahiyanə əməliyyatına tarixdə ilk opsiyon treydi deyirlər.

İndiki mürəkkəb dünya birjasında bir şeyin alma, satma, istifadə hüquqlarını öncədən alıb-satmaq hər gün milyonlarla dəfə baş verən sıravi əməliyyatlardır.

Mənbə və linklər:

Opsion haqqında – https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%BF%D1%86%D0%B8%D0%BE%D0%BD

Fales haqqında – https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B0%D0%BB%D0%B5%D1%81_%D0%9C%D0%B8%D0%BB%D0%B5%D1%82%D1%81%D0%BA%D0%B8%D0%B9

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

One Reply to “Miletli Falesin sərvət qazanması”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir