Məlumdur ki, “da,də”-ni bitişik, yoxsa ayrı yazmağı internet istifadəçilərimizin(gənclərin də deyə bilərik) azı 70%-i bacarmır, bəlkə də daha çoxu.
Bir-bir oturub izah etmək ki, bu cümlədə bitişikdir, bu cümlədə ayrıdır – çətin məsələdir.
Yaxud ədat buna deyilir, şəkilçi ona, bağlayıcı buna – bu da çətindir. Öyrənsəydilər, məktəbdə öyrənərdilər.
Birdəfəlik öyrənə bilmələri üçün kiçik bir “hack” lazımdır.
Bir dəfə hansısa Türkiyə filmində eşitmişim, xoşuma gəlmişdi (Bizim türkcədə olduğu kimi, onlarda da bu problem var, hətta onlarda daha qəlizdir).
Siz də dost-tanışın sosial mediada tez-tez bu qıcıqlandırıcı xətanı təkrar etdiyini görəndə, izah kimi bundan istifadə edə bilərsiniz:
“Da”,”də”-ni cümləndən çıxar, əgər cümlənin mənası itdisə, deməli bitişik yazılır.
Cəmi bir cümləlik, sadə həll.
Daha yaxşı izah üçün nümunə deyim:
Misal 1: “Mən*də sizin tədbirinizə gəlmək istəyirəm” – “də”-ni çıxarsaq, alarıq: “Mən sizin tədbirinizə gəlmək istəyirəm”.
Məna itdimi? Xeyr. Hər iki cümlədə fikir aydındır və eynidir: mən tədbirə gəlmək istəyirəm.
Deməli, buradakı “də” ayrı yazılır.
Misal 2: “Mən*də çoxlu bədii kitab var” – də-ni çıxarsaq, alarıq: “Mən çoxlu bədii kitab var”.
Məna itdimi? Bəli. Nəinki itdi, hətta yanlış cümlə alındı. Deməli, buradakı “də” bitişikdir. (yəni, şəkilçidir)
Misal 3: “Belə*də savadsızlıq olar?” – də-ni çıxarsaq, alarıq: “Belə savadsızlıq olar?”
Məna itdimi? Xeyr. Hər ikisində eyni fikir var. Deməli, buradakı “də” ayrı yazılır.
Misal 4: “Mən*də*də o kitabdan var” – burada iki “də” var. İkincini çıxarsaq, alarıq: “Məndə o kitabdan var”.
Məna itdimi? Xeyr. Birincini də çıxaraq: “Mən o kitabdan var”. Məna itdi. Deməli birinci bitişik yazılır, ikinci ayrı, yəni: “Məndə də o kitabdan var”.
Bəli, əslində çox sadədir, amma ortada olan fakt onu göstərir ki, əksəriyyət bu bəsit fərqi öyrənməyib.
Men de ele oyrenmisem)))
Söhbət öyrənməkdə deyil. Öyrənən və bilənlər də elə yazır.
öyrənmək də ayrı
“Leyla da yaxşıdır, Səmayə də ”
Bəs bu cümlədə necə? “da” və “də”ni çıxarsaq, məna itir, sizin məniqlə bu halda bitişik yazılmalıdır?
Itmir. Mürəkkəb cümlədir, ikinci hissə qısaldılıb. Ikinci hissəni olduğu kimi də ayrı yazsanız, mənası itər.
Keçək izaha.
Ilk öncə deyim ki, bu yazıda bəhsi keçən üsul hər hansı qrammatik qayda deyil. Elmi də deyil. Praktiki fənddir sadəcə.
Sizin nümunədə iki dəfə da də var. Ona görə də onu bu cür çözmək olar.
Cümlə qısaldılmışdır deyə onu tam yazmaq :
Leyla da yaxşıdır, Səmayə də yaxşıdır. – vəssalam, indi qaydanı tətbiq edin. Belə.
Bu cümlədə söz sırası pozulub. “Leyla da, Səmayə də yaxşıdır” və “Leyla, Səmayə yaxşıdır” olaraq versək, yuxarıda verilən şərtə cavab verir.
Necə də dərsə diqqətlə qulaq asın yazılır ,yoxsa, necədə dərsə diqqətlə qulaq asır?
Necə də
Hər vaxtınız xeyir Ləman xanım.
Bəlkə də siz artıq bu sualın cavabını bilirsiniz.
Necə də dərsə diqqətlə qulaq asır.
Necə də dərsə diqqətlə qulaq ası (_n_) yazmısız rəydə səhvən.
Bilmirəm mən də
-da, -də şəkilçisi ismin yerlik hal şəkilçisidir. Əgər məktəblərdə indi hal şəkilçiləri keçilirsə, bunu bilmək çətin olmamalıdır. Ayrı məsələ odur ki, orta məktəblərdə ismin hal şəkilçiləri keçilməsin. Yerlik hal hansı suallara cavab verir? Kimdə, nədə və harada. Bu cür izah versəniz və bu sualları nəzərdən keçirsələr cümlə qurduqları zaman, məncə heç kimin savadsızlığı ortaya çıxmaz.
Da, də əsasən vurğunu düzgün tələffüz etsez, Cox asandı tapmaq..
Məlumat üçün çox sağ olun.