/E-Haci.net

texnologiya, elm, təhsil mövzularında düşüncələr

Author: E-Haci

  • Sony Xperia Z1 Compact haqda ilkin fikirlər

    Təxminən ilyarım öncə Nexus 4 haqda analoji yazını  yazmışdım. İlyarım sonra Nexus 4-dən yeni smartfona, Sony Xperia Z1 Compact-a keçəsi oldum. (Nexus 4 mexaniki zədə almışdı). Təxminən 9-10 günlük istifadədən sonra ilkin təəssüratları paylaşıram.

    xperia-z1-compact-hero-white-1240x840-20db492519f2618c5539e86c300d1dbbSmartfon gözlədiyimdən çox yaxşı performansa malik, hətta deyərdim ideala yaxın bir həllə malikdir. Özəllikləri ilə gsmarena.com saytında tanış olmaq olar, mən rast gəldiyim mənfi və müsbət cəhətlərini yazacağam.  davamı…

  • “Filan yerdən keçdiyimdə mənə xatırlat” imkanı

    Müasir mobil proqramların köməyilə bir çox xatırlatma növləri mövcuddur. Adi alarm-dan tutmuş, Calendar, ayrıca Reminder, Qeyd kitabçası proqramları içində reminder funksiyası və.s.
    Bu gün zamana görə yox, məkana görə xatırlatma imkanına malik və istifadə etdiyim iki proqram imkanını paylaşıram.
    Məlumdur ki, ənənəvi xatırlatmalarda parametr zamandır. “Filan vaxtda mənə filan işi görməli olduğumu xatırlat” – Bu tip xatırlatmanı bütün kalendar və qeyd tipli proqramlar edir.
    Bəs birdən parametr zaman yox, məkan olsa necə? Məsələn, filan firma mağazasının önündən keçəndə mənə xatırlat ki ordan nəsə almalısan. Oradan nə zaman keçəcəm bilmirəm, zamandan asılı deyil. Ona görə də məkana görə xatırlatma proqramı zərurəti yaranır.
    Bu imkanı təqdim edən iki proqram təklif edirəm.
    1. Google Keep – Bütün Android və İOS sistemlərində asanlıqla qurula bilən bu sadə proqramda yeni qeyd yaradarkən qeydin ayarlarına girib məkan seçirik, google maps açılır, istədiyimiz dəqiq məkanı seçirik və ekrana çıxacaq mesajı yazırıq, vəssalam. Xatırlatma məqsədilə  davamı…

  • Gmail xidmətində hazır mətnlərin saxlanması və göndərilməsi

    Gmail Labs-da çox maraqlı bir funksiyanı paylaşıram. Labs bölməsində təklif olunan Canned Responses adlı funksiyanı aktiv etdikdən sonra, hər hansı göndərilən maili hazır mətn kimi saxlamaq imkanı olur. Sonra eyni tipli mailə göndərilən cavabda hazır mətni ən qısa yolla əldə edib yenidən göndərmək olur. Bu ən çox harda lazım ola bilər? Bu ən çox veb sayt sual-cavab dəstək xidməti göstərən sayt sahibləri və ya işçiləri üçün yararlı ola bilər. Eyni tipli sualları göndərən istifadəçilər çoxdur deyə onlara hazır mətnlər (bir növ FAQ) göndərmək işi çox asanlaşdırır. Hər dəfə əllə yazıb hansısa linki oxumağı təklif etmək, başqa bir yerdə hazır mətnlər saxlamaq və ya sent papkasında köhnə məktubu axtarıb tapıb göndərmək metodları isə əlverişsizdir.

    Beləliklə funksiyanı aktiv edirik.

    Gmail-Settings-Labs-Canned Responses aktiv edib save changes etmək.

    Screenshot from 2014-03-01 22:54:43

    İstifadə qaydası da rahatdır. Maili yazarkən sağ aşağı küncdə canned response seçirik ad veririk və yaddaşda qalır.

    Screenshot from 2014-03-01 22:57:04

    Sonra təkrar eyni mal yazmaq gərək olanda eyni yerdən bu dəfə o adlı response-u insert bölməsindən seçirik.

  • Beyni təmizləyən 50 sual

    Bu yaxınlarda bir əcnəbi saytda maraqlı bir yazı gördüm, qərara gəldim yavaş-yavaş tərcümə edib(tam hərfi yox, bəzən öz cümlələrimi də əlavə etmişəm). Sualların hər birinə mütləq cavab verdikdə həqiqətən insan üçün beyində ilişib qalan bir çox maneələr, çətinliklər və.s. aradan qalxır, təmizlənir gedir. Sualların quruluşu elədir ki, cavab vermək hələ ki, nəyisə ifadə etmir. Lakin hər cavabdan sonra azca fasilə versəniz, o halda sual-cavabın effektini hiss edəcəksiniz. Bəzən isə verilən sual elə cavabın özüdür.

    1. Öz yaşınızı bilməsəydiz, özünüzə neçə yaş verərdiz?

    2. Hansı daha pisdir: uğursuzluğa düçar olmaq yoxsa heç cəhd belə etməmək?

    3. Əgər həyat qısadırsa, nə üçün sevmədiyimiz işlərə sevdiyimiz işlərdən daha çox vaxt sərf edirik?

    4. Hər hansı problemi həll etdiyinizi yada salın, hansı ki sonda nəzərdə tutduğunuz nəticə alındı. Bəs alınanadək danışmağa çox güc verdiniz ya konkret problemin həllinə?

    5. Əgər bu an həyatda istənilən bir şeyi dəyişiklik imkanına malik olsaydınız, o bir seçiminiz nə olardı, nəyi dəyişərdiniz?

    6. Əgər məmnunluq, xoşbəxtlik milli valyuta elan edilsəydi, hansı iş sizi çox varlı adam edərdi?

    7. Siz inandığınız şeyi edirsiniz ya etdiyiniz şeyə inanmağa çalışırsınız?

    8. Əgər orta insan ömrü 40 yaş olsaydı, bu dəqiqədən sonra nə dəyişikliklər edərdiniz ki, qalan ömrünüz daha maraqlı olsun?

    9. Öz həyatınızda baş verənlər nə dərəcədə sizin özünüzdən asılıdır?

    10. Siz hansına daha çox önəm verirsiniz: İşi düzgün icra etmək yoxsa düzgün olan işləri icra etmək?

    11. Siz üç tanış nahar edirsiniz. Digər iki tanış bir nəfər haqda çox xoşagəlməz, haqsız sözlər danışmağa başlayır. O bir nəfər də sizin hörmət etdiyiniz insandır, amma bu iki nəfər dost bundan xəbərsizdir. Sizin reaksiyanız necə olar?

    12. Əgər bir uşağa gələcəyinə dair yalnız bir məsləhət vermək imkanınız varsa, hansı məsləhəti verərdiniz?

    13. Sevdiyiniz insanı xilas etmən naminə qanunu pozardınızmı?

    14. Elə olubmu ki, sizə dahiyanə görünən nəsə bir fikir sonradan ağılsızlıq kimi görünüb?

    15. Bu həyatda digər insanların etdiyindən fərqli etdiyiniz nəsə varmı?

    16. Sizi xoşbəxt edə bilən nəsə varmı ki, başqa insanlara zərər vura bilər?

    17. Nəyi ciddi şəkildə planlaşdırsanız da sonradan etməmisiniz? Nə oldu sizi saxlayan?

    18. Elə bir adətiniz varmı ki, düşünürsüz artıq onu tərk etməyin vaxtıdır?

    19. Əgər sizə birdəfəlik hansısa başqa ölkəyə köçmək təklif olunsaydı, hara köçərdiniz və nə səbəbə məhz orda?

    20. Lifti çağırma düyməsinə bir dəfədən çox basdığınız hallar olur? Doğurdanmı hesab edirsiniz ki, bu liftin daha tez gəlməsinə səbəb ola bilər?

    21. Siz kim olmaq istərdiniz: əsəbləri yerində olmayan dahi, yoxsa xoşbəxt və avam bir insan?

    22. Niyə siz – Sizsiniz? Sizi siz edən nədir? Sadalayın.

    23. Sizlə tam eyni bir insan olsaydı, o insanla dost olardınız?

    24. Hansı daha pisdir: ən yaxın dostunuz xaricə gedir və əlaqəniz kəsilir və ya yaxınlıqda yaşayır amma əlaqəniz hansısa səbəbdən kəsilir?

    25. Həyatda ən çox nəyə görə şükür edirsiniz?

    26. İkisindən birini seçmək lazım gəlsə hansını seçərdiniz: Bütün keçmiş xoş xatirələri beyindən silmək yoxsa heç bir yeni xoş xatirəyə malik olmamaq?

    27. Həqiqətə mübarizəsiz çatmaq olarmı?

    28. Ən çox qorxduğunuz şeyin başınıza gəlməsi halı olubmu?

    29. 5 il əvvəl nədənsə ötrü hədsiz çox məyus olmağınız halı yadınıza gəlirmi? Əgər gəlirsə, hazırda o vaxt baş vermiş hadisənin nəsə bir əhəmiyyəti qalıbmı?

    30. Uşaqlıqdan qalma ən xoş xatirəniz hansıdır? Onu ən xoş edən nədir?

    31. Keçmişdən hansı xatirənizi yada salmaq sizi ruhlandıra bilər?

    32. Əgər indi etməsəniz, o halda bəs nə vaxt?

    33. Əgər siz istədiyinizə hələ də nail olmamısınızsa, o halda nəyi itirməkdən qorxursunuz ki?

    34. Elə bir hal olubmi ki, bir insanla üz-üzə olmusunuz, amma bir kəlmə də danışmamısınız, amma sonra hesab etmisiniz ki, bu həyatınızdakı ən yaxşı dialoq idi?

    35. Niyə sevgini, sülhü təbliğ edən dinlər bu qədər müharibələrin əsasını təşkil edir?

    36. Şübhə hissi olmadan nə yaxşıdır, nə pis – bunu ayırd etmək olarmı?

    37. Əgər bu dəqiqə haradansa bir milyon dollar alsanız, dərhal işdən çıxardınızmı?

    38. Çoxlu işləri və uyğun gəliri olmaq, hansı ki icra etməyə məcbursunuz və ya az işləri olmaq və daha az gəliri olmaq, hansı ki, icra edilməsi sizə çox xoşdur. Hansını seçərdiniz?

    39. Belə bir təəssüratınız var ki, bugünkü gününüz əvvəllər dəfələrlə olmuş günlərin təkrarıdır?

    40. Son dəfə nə vaxt ideyadan başqa heç nəyə malik olmadığınız halda hansısa bir işi görməyə böyük həvəs və inamla başlamısınız?

    41. Əgər tanıdığınız bütün insanar sabah həyatda olmasaydılar, bugün kimlərə baş çəkərdiniz? (sayın)

    42. Elə bir imkan olsadı, dünya şöhrəti qazanmağın bədəli olaraq ömrünüzdən 10 il bağışlayardınızmı?

    43. Sizə görə həyat ilə mövcudluq arasında nə fərq var?

    44. O gün nə vaxt gələcək ki, siz riski gözə alaraq düzgün bildiyiniz şeyi etməyə başlayacaqsınız?

    45. Əgər biz səhvlərimizdən nəticə çıxarıb fayda götürürüksə, o halda niyə səhv etməkdən qorxuruq?

    46. Əgər heç kimin qınağına tuş gəlməyəcəyini bilsəniz, hazırda edə bilmədiyiniz nəyi edərdiniz?

    47. Son dəfə öz nəfəsinizin və ürək döyüntüsünün səsini nə vaxt dinləmisiniz?

    48. Siz nəyi sevirsiniz? Son zamanlar etdikləriniz bu sevgini təsdiq edirmi? (yada salın)

    49. Növbəti 5 il boyu hər keçən gün “dünən,iki gün öncə və üç gün öncə nələr etdim?”sualına cavab verə bilərsinizmi?

    50. Qərar indi və burda verilir. Siz özünüz qərar qəbul edirsiniz ya kimlərsə sizin yerinizə qərar qəbul edir?

    Mənbə: selfgrowth.ru

     

  • İstənilən web səhifəni web application kimi çalışdırmaq.

    Chrome brauzerində web application məntiqinin olması bizə məlumdur. Bəzi dostlar web application-u sadəcə Chrome-un başlanğıc səhifəsində olan shortcut(qısa keçid) kimi başa düşür, amma bu heç də həmişə belə deyil. Çünki bəzi web xidmət saytları var ki, onlar offline şəkildə müvəqqəti yaddaşa, sabit yaddaşa, ciddi funksionala malikdirlər. Google Chrome brauzeri bu funksiya üçün imkanlar təqdim edir çünki. Offline işləyə bilən app-lara Evernote, Gmail offline, Google Docs Offline, Google Keep, Calculators, Angry Birds oyunu və.s. nümunələrini çəkmək olar.

    Deməli belə alınır ki, bu app-lar əslində kompüterdə quraşdırdığımız proqramlar ilə yavaş yavaş eyni mahiyyət kəsb etməyə başlayırlar: müəyyən təyinatları var, offline çalışa bilirlər, əllə url yazaraq girmirik çünki hazır icon-ları var(Chrome daxilində). Bəs tam olaraq adi kompüter proqramları kimi – brauzerdən kənarda, sistemdə onların giriş ikonlarının olması mümkündürmü? Bəli mümkündür.

    Feedly və Evernote
    Mən indi Ubuntu üzərində nümunə yazıram, digər sistemlərdə də analoji yolla bu mümkün olur. Beləliklə tutaq ki Evernote üçün sistemdən giriş lazımdır.

    1. Daxil oluruq Evernote Chrome app-a. Açılan səhifədə Chrome-menu-tools-Create applications shortcut seçirik.

    2.Açılan səhifədə Desktop, Applications seçimlərini saxlayırıq.

    3. Ekrandakı icon-un xüsusiyyətlər bölməsindən ikonunu asanlıqla daha keyfiyyətlisi ilə, özümüz istəyən ilə əvəz edirik.

    4. Desktop-a keçib yaranmış ikonu drag&drop ilə sürüşdürük Unity panelə.

    Screenshot from 2013-12-19 09:18:03

    Beləliklə həm Unity-də, həm də sistem applications-da Evernote proqramına keçid yaranır, ikona klik edərkən açılan səhifə tam ekranlı yeni pəncərə olur deyə onun Desktop app yox Web app olması demək olar ki bilinmir və işimizi daha da asanlaşdırır.

    Bunu eyni zamanda adi veb səhifələr üçün də etmək mümkündür, hədəfin web application olması zəruri deyil.

  • Gözləri qorumaq və görməni yaxşılaşdırmaq üçün

    Kompüter, smartfon, televizor və.s. cihazların gündəlik istifadə edildiyi dövrdə onların gözlərimizə vurduqları zərər problemi də aktualdır.

    Bu problem xüsusən iş gününü ofisdə kompüter arxasında keçirənlərə tanışdır.
    computer_eye_strain

    Nəticə də həmişə eyni olur, görmənin zəifləməsi və əksər hallarda optik eynək taxmaq zərurəti.

    Bəs bu problemin qarşısını eynəkdən öncəki dövrdə tam və ya qismən alacaq nə kimi üsullar var? Və ya eynək taxılan dövrdə eynəksiz görməni yaxşılaşdırmaq olarmı? Bunun üçün bir sıra qeyri tibbi həllər zaman-zaman təklif edilib, müəyyən qida qəbulundan tutmuş gözlərin xüsusi məşqinə, qoruyucu eynəklərə və.s. qədər.

    Bu yazı belə metodlardan biri olan gözləri qorumaq üçün Bates(Beyts) üsulu haqdadır.

    Bu metodun ciddi elmi əsasları işlənilib hazırlanmayıb, yəni elmi mənbəyə söykənmir, amma praktiki olaraq kurslar və başqa tip öyrədici mənbələr tərəfindən geniş və effektiv tətbiq olunur. Üstəlik bu metod ilə görmə qabiliyyətini mühafizə edən, hətta yaxşılaşdıran xeyli insanların real rəyləri mövcuddur. Bütün bunlar Beyts metoduna yaşama haqqı, adı çəkilən problemi yaşayanlara isə eynəksiz gəzməyə inam vermiş olur. davamı…

  • Download və Upload, Endir və Yüklə

    Aznet-də download sözü demək olar əksər yerlərdə Yüklə olaraq işlədilir.(elə özüm də uzun müddət elə işlətmişəm, dil öyrəşib deyə). İstər veb saytlarda, istər sosial mediada. Bəzi yerlərdə Endir sözünə də rast gəlmək olur, bu Türkiyə internetindən gəlmə bir termindir. Əslində bizim dildə doğru olan nədir bəs?
    Download – Hər hansı faylı serverdən kompüterimizə köçürməyə deyirik. Yəni başqa yerdə olan fayl bizə gəlir. = Maşında yük var, onu yerə boşaldırıq, yerə ENDİRirik. Endirmək çıxışlıq halda olan isimlə olur, yəni haradansa endirmək.
    Upload – Bizdə olan faylı hər hansı serverə köçürürük. = Yerdəki yükü boş maşına YÜKLƏyirik. Yükləmək yönlük halda olan isimlə olur, yəni harasa yükləmək.
    Ona görə də
    “Download” – “Endir”, “Upload” – “Yüklə” sabit olaraq işlədilməsi daha məqbul olar. Download heç bir halda Yüklə kimi işlədilməməlidir.

  • WordPress təhlükəsizlikdə kiçik, amma çox önəmli bir detal

    WordPress(WP) saytların təhlükəsizliyi mövzusu çox önəmlidir, ən azı ona görə ki bu CMS dünyada ən populyar CMS-dir.
    Bu yazıda sadə bir əməliyyatın, administrator istifadəçi adını fərqli etməyin nə dərəcədə önəmli olmasından bəhs edəcəyik.
    Amma ilk öncə WP CMS-inin Core halında nə dərəcədə təhlükəsiz olması haqda deyim: Tam təhlükəsizdir. Heç bir əsaslandırılmamış əks fikrə inanmaq lazım deyil. Kod tərəfdən heç bir problem yoxdur, problem insan amili ilə bağlıdır ki, o haqda bəhs edəcəyik.
    Sual: Bəs o halda Core halda belə əlavə təhlükəsizlik tədbirləri nəyə lazımdır? (Plugin və theme haqda bu dəfə danışmırıq)
    Cavab: Ona görə lazımdır ki, WordPress nə qədər güvənli olsa da, açıq kodludur deyə strukturu hər kəsə aydındır. Və aydındır deyə, internetdə gəzib dolaşan çoxsaylı botlar arabir sizin sayta da bir tilov atacaq. Çünki hansı faylın harda yerləşdiyini bilir.

    Məsələn wp-admin-ə təsadüfi post request göndərəcək 100 dəfə, təsadüfi parollarla, tutar tutar, tutmaz tutmaz. Bu tip hücumları əksər developerlər tədqiq etmir deyə say haqda təsəvvürləri yoxdur. Amma gerçək olan budur ki, hər bir WP sayt ay ərzində 100-lərlə, bəlkə minlərlə belə hücuma məruz qalır. Və hər hücumda milyonda bir ehtimal olsa belə saytın admin panelinin ələ keçirilməsi ehtimalı var.

    WP təhlükəsizlik uzun mövzudur, bir yazıda ətraflı bəhs etmək olmaz. Amma cəmi 1 detalı dəyişməklə siz hücumların mütləq əksərinin qarşısını almış olursunuz. Aşağıdakı şəklə baxaq:
    Screenshot from 2013-06-04 09:23:43
    Burada mən Cavablar.net analitikasını aparmışam və bir gün ərzində əcnəbi İP-lərdən edilən hücumların sayına diqqət edin. Yüzlərlə hücum var, hər hücum 16 cəhddən sonra xüsusi plugin ilə blok edilib hələ, edilməsəydi say minlərlə olardı.

    Gələk bugünku əsas məqama: Bütün bu hücumları bir şey birləşdirir: username = admin yoxlanılır, yalnız və yalnız. Çünki WP-də başlanğıc halda username admin olur. İnstall zamanı bircə admin username-ni dəyişməklə siz bütün bu hücumları tam mənasız etmiş olursunuz. Gördüyünüz kimi kiçik, amma çox önəmli detaldır.

    Sual: Bəs artıq aktiv olan saytımda admin userini necə dəyişim, axı login-i dəyişmək icazəsi yoxdur?
    Cavab: Bəli yoxdur, amma bunu asanlıqla sql admin-dən etmək olar. Məsələn girirsiniz phpmyadmin-ə, wp_users cədvəlində admin userini tapıb, user login-i dəyişib yadda saxlayırsınız, vəssalam. Və ya SQL dili ilə desək: update
    wp_users set user_login=’yeni_ad’ where user_login=’admin’;

    Təkrar edirəm ki, WP təhlükəsizlik tədbirləri bircə bu deyil və xeyli sayda tədbirlər var, sadəcə mən ən asan bir tədbirin necə effektiv olması haqda bəhs etmək istədim.

    Qeyd: Yuxarıdakı analitikanı Limit Login Attemps plugini ilə aparmışam. Pulsuzdur, yükləyə bilərsiniz. Plugin bu tipli analiz hesabat ilə yanaşı həm də bu tip İP-ləri blok etmək imkanına malikdir.

  • Google Chrome və RAM problemi

    Google Chrome brauzerinin performans cəhətdən ən sürətli brauzer olması heç kimə sirr deyil. Amma Webkit motoru üzərində qurulmuş bu brauzerin digər brauzerlərdən önəmli fərqlərindən biri də, hər TAB rejiminin Əməliyyat Sisteminin proseslər panelində ayrıca proses kimi olmasıdır. Yəni digər brauzerlərdə bütün brauzer yaddaşda N MB yer tutursa, Chrome-da hər tab A MB həcmdə, cəmi kifayət qədər iri olan yer tutur. Ona görə də Chrome ilə iş zamanı resursdan istifadə digər brauzerlərdən xeyli çox olur. Məsələn mən az öncə 12-15 tab-ı açıq olan Chrome-da task manager-dən baxdım, 1.5 GB resurs yeyildiyini gördüm. Əsas resursları da işlətmədiyim, uzun müddətdir passiv qalan tab-lar yeyirdi. Bu kifayət qədər pis göstəricidir,  kompüter resursunun az qala yarısını tutur.

    monitor-google-chrome-memory

    Background rejimdə hansısa fəaliyyətini davam etdirən tab, daxilində flash obyekt olan tab,  informasiya həcmi iri olan tab Chrome-da çox resurs yeyir. Bundan qurtulmağın primitiv yolu təbii ki, lazım olmayan tab-ları bağlamaqdır. Amma bu effektiv həll deyil. Çünki bəzi tab-lar var ki, onları hazırda işlətməsək də əl altında olması baxımdan daim açıq tutmaq gərək olur(Məndə Evernote app, Gmail, Google+, Feedly app bu qəbildən tab-lardır)

    Ona görə də effektiv həll üçün 3-cü tərəf həllərə baş vuraq. Mən axtarışlardan sonra cəmi 2-sini sinamışdım və sonra 1-nin üstündə dayanmışdım və hazırda onu işlədirəm.

    1. Sınadığım amma işlətmədiyim – Tabmemfree

    Bu extension 15 dəqiqədən(dəyişmək də olur) artıq açmadığınız tabları avtomatik yuxuya verir. Və onların RAM-dan istifadəsi dayanır. Yuxuya vermə prinsipi sadə formada aparılır. Səhifələr yönləndirilir boş bir səhifəyə, ona görə resurs yemir, siz tab-ı açan kimi dərhal geri dönüş baş verir və tab əvvəl hansı URL-də qalmışdısa ordan da davam edir. Mənfi cəhət budur ki, bu bütün tab-lara şamil edilir, 1-2 istisna etmək imkanı yoxdur(məsələn Gmail kimi tab-lar yuxuya getməməlidir, çünki hər an vacib mail gələ bilər). İstisna imkanı PİN olunmuş tab-larçün təklif edilir. Amma yuxuya getməməsini istədiyimiz tab-ı mütləq pin etmək məcburiyyəti xoş deyil.

    2. Hazırda işlətdiyim – The Great Suspender

    Bu extension avtomatik yuxuya vermə xüsusiyyətinə malik deyil. Hər bir tab əllə yuxuya verilir və RAM-dan istifadəsi kəsilir. İstənilən an da harda qalmışdıqsa oradan davam etmək olur. Bu extensionun 1-cidən üstünlüyü də budur, nəyi istəyirik yuxuya veririk, nəyi istəmirik vermirik.  Mənfi cəhəti də budur ki, avtomatik yuxuya vermə funksiyası yoxdur. Avtomatik yuxuya vermə funksiyası da var. White list imkanı da var. Yəni məsələn gmail, youtube və 1-2 başqa saytı whitelist-ə əlavə edib digər bütüb tab-lar üçün avtomatik suspend aktivləşdirmək olar. Bu halda bizə lazım olan effektiv həll alınmış olur.

    Screenshot from 2013-03-28 11:51:40

    Güman edirəm ki, daha yaxşı extensionlar var, mən heç də çox araşdırmamışam. Bu haqda istifadə təcrübəsi olanlar və sualı olan oxucular şərh bölməsində fikirlərini yaza bilərlər.

  • Nexus 4 barədə ilkin təəssüratlar

    3 həftədir sınamaq imkanı əldə etdiyim Google Nexus 4 smartfonu haqda ilkin təəssüratları paylaşmaq istəyirəm. Bundan öncə başqa 2 Android smartfon işlətdiyimdən(HTC Wildfire və Samsung Galaxy S2) daha yaxşı müqayisə aparmaq imkanı var.

    unnamed

    Nexus 4 smartfonunun özəllikləri ilə internetdə(məsələn Gsmarena.com) tanış olmaq olar.

    Eləcə də performansı barədə Youtube.com-da icmallara baxmaq olar.

    İndi yazacağım şəxsi təəssüratlardır, hansı ki parametrlərə yox, istifadədən sonra formalaşan fikirlərə əsaslanır.

    Müsbət məqamlar  

    1. Performans – Performansa söz ola bilməz. Aparat təminatı çox güclü olduğundan xeyli sayda app paralel açıldıqda belə aparatın resursları yarından azca çox dolur, bu isə aparatın heç nə olmayıbmış kimi tam sürətli işləməyinə səbəb olur. Əvvəlki smartfonlarımda bunu müşahidə etməmişdim. Bəlli olur ki, 2 GB RAM, 4 nüvəli prosessor hazırkı smartfonlar üçün artıqlaması ilə bəs edəcək parametrlərdir.

    2. Pure(qarışıqsız,təmiz) Android – Təmiz Android olmasının üstünlüyü istehsalçının bizim seçimdən asılı olmayan quraşdırılmış app-larının smartfonda işə düşməsi halının olmaması, interfeysin native olması deməkdir bu da bir çox istifadəçilər üçün, o cümlədən mənim üçün müsbət məqamdır.

    3. Enerji saxlaması – Enerji saxlaması əvvəlki smartfonlara nisbətən hiss ediləcək dərəcədə artıqdır.  1 sutkaya yaxın enerji saxlaya bilir. Təbii ki, optimal istifadədən də çox şey asılıdır.  Amma enerji ilə bağlı mənfi məqam da var ki, bu haqda mənfi məqamlar bölməsində yazacam.

    4. Ən son Android – Nexus cihazları daim ən son Android versiyasına malik olurlar. Bu isə başqa heç bir device-da rast gəlinməyən üstünlükdür. Aparatda daim ən son ƏS versiyasından, ƏS-ə qoşulu gələn proqramların ən yeni variantından istifadə məmnun etməyə bilməz.

    Mənfi məqamlar  

    1. Enerji – Enerji ilə bağlı mənfi məqamın dəqiq səbəbi mənim üçün bir qədər anlaşılmazdır. Samsung Galaxy S2-də şarj 100% olandan sonra aktiv ekran rejimində istifadədə enerji bir neçə saatın içində boşalırdı. Super Amoled plus ekranlı smartfon ekran yanılı halda enerjini “içirdi”. Nexus 4-də isə elə deyil. Amma elə olmaması əsasən mənfi məqam kimi də hiss edilir. Məsələ bu ki, Galaxy S2 smartfonunu istifadə etməyəndə, cibdə qalanda, və ya gecə səhərədək interneti açıq vəziyyətdə olsa belə ekranı sönülü qalanda, ekranı açanda görürdüm ki, keçən bir neçə saatda enerji demək olar azalmayıb. Yəni Samsungda əsas problem aktiv rejimdə işləyəndə idi. Nexus-da isə sanki ekranın yanılı olub olmaması əhəmiyyət kəsb etmir. Aktiv ekran rejimində enerjiyə çox dözümlüdür, enerji daha az sürətlə əriyir, amma məsələn gecə 12-dən səhər 8-ədək sleep rejimindən sonra ekranı açanda görürsən ki, gecə azı 30% enerji xərclənib. Bu maraqlı faktın dəqiq səbəbini yəqin ki, mütəxəssislər bilər.

    2. Bug – Android 4.2.2-də instant message servisi ilə bağlı bug var. Və maraqlısı odur ki, heç də bütün mobil operatorlarda rast gəlinmir. Bug bundan ibarətdir ki, çat servislərində 3G rejimində mesajlar gec çatır və gec qəbul edilir. Hiss olunacaq dərəcədə gec. 1-2 saniyəyə gəlməli olan 10-60 saniyəyə gəlir. Həmişə belə olmur, amma bəzən olur. Bu bug barədə Google Bugs-da şikayət açılıb və xeyli istifadəçi təsdiq də edib. Əksini iddia edən, hər şeyin qaydasında olduğunu deyən Nexus 4 istifadəçiləri də çoxdur. Deməli ola bilər ki, sırf bəzi mobil operatorlarla, 3G-nin tezliyi, keyfiyyəti və.s. parametrləri ilə bağlı həssaslıqdır bu. Bu təbii ki, həll olunası bug-dır, amma ən azı növbəti update-i gözləmək və ya bu bug-a malik olmayan kernel-lərdən birini müstəqil olaraq sistemə yazmaq lazımdır. Ki bunların hər birinin öz narahatlığı var. Birincisi gözləmək tələb edir, ikincisi isə sistemin qarışıqsızlığını, originallığını pozur, stabilliyi riskə salır.

    3. İstehsalçı şirkətlərin əlavə etdikləri özəlliklərin pure Androiddə olmaması.
    İstehsalçı şirkətlərin öz app-ları əsasən bezdirici və lazımsız olsa da, onların ƏS-ə etdiyi bəzi modifikasiyalar, bug fix-lər böyük üstünlük verir və bu modifikasiyalar pure Androiddə mövcud deyil. Məsələn Azərbaycan dilinin olması, Azərbaycan dilində klavituarın sistemin özündə olması, TouchWiz və Sense kimi tanınmış həllərin təklif etdiyi bir sıra maraqlı həllər,vidcetlər və.s. Bir sözlə sistem pure olanda onun təmiz olması müsbət məqam hesab edilsə də bu bənddə qeyd etdiyim məsələyə görə mənfi məqamlara da malikdir.

    Hələ ki bu qədər. Sualı olan şərhlərdə fikrini yaza bilər.