/E-Haci.net

texnologiya, elm, təhsil mövzularında düşüncələr

Category: AI

  • LLM süni intellekt, ilham almaq və yaradıcı olmaq problemi

    LLM süni intellekt, ilham almaq və yaradıcı olmaq problemi

    Hazırda içində olduğumuz növbəti süni intellekt dalğası dövründə onun haqqında gözləntilər, proqnozlar, qorxular da bir-birindən kəskin fərqlənir. Bu təbiidir, çünki mürəkkəb sistemlərdə növbəti addımların haraya doğru gedəcəyini təxmin etmək çətindir.

    Bügün LLM(GPT, Gemini və.s.) modellər çox bacarıqlı şəkildə məqalələr yaza bilir. İstədiyimiz mövzu və açar sözləri verdikdə bizə hazır məqalə, dokumentasiya, xülasə, iş planı, proyekt texniki tapşırığı və.s. təqdim edə bilir.

    Bu insanları bir çox rutindən azad edir – bəs bu günə olan ən yaxşı LLM botlarda bu mövzuda çatışmazlıq yoxdurmu?

    davamı…
  • Əlimizdən alınacaq peşələr haqqında

    Əlimizdən alınacaq peşələr haqqında

    Bu yazı əvvəlki yazımın davamı xarakterlidir. Yazıda bot dedikdə – proqram təminatı(chat, app, API və.s.), robot dedikdə isə fiziki olaraq bədəni-gövdəsi olan aparat nəzərdə tutulur.

    Yeni nəsil süni-intellekt botlarının get-gedə yayılacağı və bu dəfə daha ciddi effekt verəcəyi artıq şübhə doğurmur.

    Həm də əvvəlki nəsil, sırf texniki səviyyədə tətbiq edilə bilən müxtəlif model süni intellekt xidmətlərindən fərqli olaraq (onların aktuallığı əsla azalmayıb) LLM(Large Language Models) xidmətləri artıq heç bir texniki xidmət tələb etmədən insanların ixtiyarına verilir.

    davamı…
  • Süni intellekt peşələri əlimizdən nə vaxt alacaq

    Süni intellekt peşələri əlimizdən nə vaxt alacaq

    2023-cü ildə cəmi 1 il ərzində 10 illərlə zamanda gediləcək yol gedildi, belə və hətta daha yüksək bir sürəti 2024 üçün düşündükdə gələn il bu vaxt nələr olacaq, təsəvvür belə etmək mümkün deyil. Hər şey gözümüzün önündə, çox sürətlə dəyişir.

    Bütün bunlara adaptasiya olmaq zəruridir, ayaqlaşmaq zəruridir, əks halda bir neçə ilə lazımsız bir mütəxəssisə çevrilmə riski var.

    davamı…
  • “Yaş yoxsa yaşıl taxta” yanılması – ChatGPT ilə birgə yazılan ilk bloq postum

    “Yaş yoxsa yaşıl taxta” yanılması – ChatGPT ilə birgə yazılan ilk bloq postum

    Ön qeyd:
    Bu bloq postu hazırda aktual olan alətlərin köməyilə yaratmışam.
    1. Bildiyim bir mövzu haqqında 1-2 cümləlik qısa süjet yaratdım.
    2. Süjeti ChatGPT-yə təqdim edib bloq yazısı hazırlamasını istədim. O da dərhal hazırladı.(ingilis dilində)
    3. Yazını kiçik redaktə etdikdən sonra tərcümə etdim. (Google Translate + Fərdi redaktə)
    4. Yazının şəklini də Dall-E AI-a izah elədim, o hazırladı.

    Təəssürrat maraqlıdır. Süni intellekt hələ ki, təkbaşına olmasa da, hibrid modeldə çox effektiv ola bilər. Yəni insan+süni intellekt alətləri çox perspektivli gələcək vəd edir.

    davamı…