PHP class və sadə nümunə

PHP-də obyekt yönümlü proqramlaşdırmanın əsasında CLASS məntiqi dayanır. Class obyektin tərifidir, obyektin xassələrini, metodlarını təyin edir. Sadə nümunə gətirək: Məsələn qrafik qurmaq üçün bir ümumiləşmiş proqram hissəsi-class yazılır, daha sonra o klassdakı funksiyaların parametrlərinə müxtəlif qiymətlər ötürməklə obyekt təyin olunur: Temperatur-zaman qrafiki, sürət-zaman qrafiki və.s.

İndi isə CLASS-ın daha anlaşılan olması üçün PHP-də sadə bir class qurub istifadə edək.

<?php
class web_sehife
{
function bash_hisse($sehife_baslighi,$charset,$content)
  {
  echo '<head>';
  echo '<meta http-equiv="Content-Type" content="'.$content.'; charset='.$charset.'" />';
  echo '<title>'.$sehife_baslighi.'</title>';
  echo '</head>';
  }

function esas_hisse ($ust_logo,$sol_menyu_link,$sol_menyu_metn,$esas_metn)
  {
  echo '<body>';
  echo '<img src="'.$ust_logo.'">';
  echo '<table width="100%" style="height:90%"><tr>';
  echo '<td valign="top" width="10%">';
  for ($i=0;$i<=(count($sol_menyu_link)-1);$i++) {echo '<a       href="'.$sol_menyu_link[$i].'">'.$sol_menyu_metn[$i].'</a>
  ';}
  echo '</td>';
  echo '<td valign="top">'.$esas_metn.'</td>';
  echo '</tr></table>';
  }

function ashaghi_hisse($muellif,$istehsal_ili)
  {
  echo '<table width="100%" style="height:10%"><tr>';
  echo '<td> Səhifəni hazırladı: '.$muellif.' – '.$istehsal_ili.'</td>';
  echo '</tr></table>';
  echo '</body>';
  }
}

$sol_menyu_metn[0]='Ana səhifə';$sol_menyu_metn[1]='Google'; $sol_menyu_metn[2]='Əlaqə';
$sol_menyu_link[0]='index.php';$sol_menyu_link[1]='http://google.com'; $sol_menyu_link[2]='#';

$el=new web_sehife();
$el->bash_hisse('Sınaq','utf-8′,'text/html');
$el->esas_hisse('her_hansi_shekil.jpg',$sol_menyu_link,$sol_menyu_metn,'Saytin esas metn hissesi');
$el->ashaghi_hisse('Elvin85′,'Dekabr,2009′);
?>

Nümunədəki web_sehife CLASS-ı baş logo, sol menyu, əsas mətn və aşağı hissədən-footerdən ibarət veb səhifə generasiya edir. $obyektimiz isə CLASS tipli dəyişəndir, yəni obyektdir. Obyektin hansı CLASS-a aid olduğunu elan etməklə biz CLASS-ın funksiyalarından istifadə edib sadə bir veb səhifə qurduq.

PHP-də verilənin MySQL-dən Flash-ə və əksinə ötürülməsi

Flash-dən Mysql-ə və əksinə verilən ötürmək zərurəti veb-də flash applicationlardan istifadə edən hər bir proqramçıya lazım ola bilir.(flash oyun, flash test və.s.-lərdə registration, highscore və.s.-in bazaya yazılması və ordan oxuması). Bunun üçün bir neçə üsulla rastlaşmışam indiyədək, mən öz istifadə etdiyimi, özüm düzüb qoşduğumu paylaşıram.

1. Mysql-dən flasha. Bu bir az sadədir, belə ki, sehife1.php faylındakı flash obyektin html kodundakı faylın adına GET metodu ilə lazımı dəyişəni ötürürük.


$deyishen=mysql_result(mysql_query("select ad from cedvel where id='1';"),0);

Tutaq ki yuxarıdakı kimi mysql-dən veriləni dəyişənə mənimsətdik, indi onu flasha ötürək.

<object classid.....

<param name="movie" value="biliklimsn.swf?deyishen=" />
....
<embed src="biliklimsn.swf?deyishen=".......

Iş tamamdır, flash faylın daxilində _root.deyishen dəyişəni məhz biz istəyən mysql verilənidir indi.

2. İndi isə flashda emal olunmuş veriləni əksinə, php-dən mysql-ə qaytaraq.

sehife2.php adlı fayla bu kodu əlavə edirik:

$input = file_get_contents("php://input");
mysql("update cedvel set ad='$input' where id='1'");
echo 'İş tamamdır';

Daha sonra sehife1.php-dəki uyğun flash faylın root freymlərindın birinə bu kodu daxil edirik.

my_str = _root.deyishen+'aaa';
var my_xml:XML = new XML(my_str);
my_xml.contentType = "text/xml";
var receive_xml:XML = new XML();
receive_xml.onLoad = function(success){
if(success){

_root.status.text=this.toString();

my_xml.sendAndLoad("sehife2.php", receive_xml);

} else {
_root.status.text="Xəta baş verdi";
}
}

Bununla da əsas mexanizm təsvir olundu. Bu mexanizmlə istənilən sayda və həcmdə veriləni bazadan flasha və əksinə ötürmək olar. Məsələn əgər istifadəçi sehife1.php faylında flash oyun oynayırsa, və ordakı istifadəçi adını dəyişmək istəyirsə, o halda oyun başlayanda 1) vasitəsi ilə onun adı flasha ötürülür, flashda redaktə etdikən sonra submit edir, və 2) vasitəsi ilə ad bazada update olunur.

Web proqramlaşdırmaya başlamaq istəyənlərə

Web proqramlaşdırmaya başlamaq istəyənlərə(proqramlaşdırma ilə məşğul olanlara aiddir təbii ki) bələdçi planım:

1. Front Page yaxud Dreamweaver proqramlarından birini install etməklə statik veb səhifələrin düzəldilməsi üzərində məşqlər.

2. HTML, CSS, JAVASCRİPT-i mənimsəməyə başlamaq. Dərslik kimi w3schools.com məsləhətlidir.

3. PHP, MYSQL, AJAX öyrənməyə başlamaq. Yenə də w3schools.com məsləhətlidir.

4. Hazır php, javascript classlar, css-lər yükləyib onların kodları üzərində çalışmalar.
phpclasses.org, mootools.net, free-css.com və.s. saytlar məsləhət görülür.