Niyə məhz Əlibaba?

about_alibaba_logo6

Bir neçə gün öncə IPO aksiya satışında rekord qıraraq 21+ milyard dollar toplayan, ümumi dəyərində Facebook kimi şirkəti belə geridə qoyan, internet şirkətlər aləmində Google-dan sonra ikinci pilləyə çıxan Çin e-ticarət nəhəngi Alibaba şirkəti bütün dünyanın diqqətini özünə cəlb etdi. Bu kiçik yazıda şirkətin iş prinsipi, uğur qazanma səbəbi və.s. haqda bəhs etmək fikrim yoxdur, sadəcə şirkətin adı maraqlıdır deyə o haqda yazıram. 3-4 il öncə bu şirkət ilk dəfə diqqətimi cəlb edəndə dərhal əsasən adı diqqətimi çəkdi, Alibaba=Əlibaba? Niyə məhz Alibaba? Çin hara Alibaba hara? Bəlkə banisi müsəlman bir kimsədir? Araşdırma isə tam başqa mənzərə ortaya qoydu. Və əslində bu adın seçilməsinin də uğurun səbəblərindən biri olması aydın oldu.

Şirkətin banisi Jack Ma-nın bu adın tarixçəsi haqda dediklərinə nəzər salaq:

Bir gün San Fransisko şəhərində kofe klubda idim, özlüyümdə düşünürdüm ki, Alibaba yaxşı bir addır(sadəcə ad olaraq). Offisiant qız mənə yaxınlaşanda, ona sual verdim:
-Sən Əlibabanı tanıyırsan?
Və o cavab verdi:
-Hə, tanıyıram.
-Onun haqqında nə bilirsən?
-Əlibaba və 40 quldur.
-Bəli! Bax budur uğurlu ad.
Sonra çölə çıxdım və küçədə təsadüfi 30 nəfərə yaxınlaşıb eyni sualı soruşdum: “Siz Əlibabanı tanıyırsız?”. Hindistan, Almaniya, Tokio, Çin və.s. yerlərdən olan müxtəlif insanlar idi onlar… Onlar hamısı Əlibabanı tanıdı: “Sim-sim açıl!”.
Əlibaba xeyirxah, ağıllı ticarətçi və başqalarına mərhəmətli insan idi. Beləliklə, asan tələffüz olunan, və hamının bildiyi bir ad.

Bizim Alibaba da sim-sim deyərək qapısını kiçik və orta həcmli bütün şirkətlərə açdı.

Bir kiçik sitatda uğurlu ad seçimi üçün çox maraqlı bir nümunənin şahidi olduq.

Bir daha web tətbiqetmə anlayışı barədə

İnternet şəbəkəsinin inkişafı Əməliyyat Sistemləri(ƏS) dünyasına da təsirsiz ötüşmədi. Öncədən ənənəvi təsəvvürdən kənara çıxmayan ƏS-lər (cari kompüterdə quraşdırılmış, fiziki olaraq bütün faylların kompüter daxilindəki sərt diskdə olduğu sistemlər – Windows XP, Vista, 7 .., MAC OSx,…) hazırda tam başqa bir istiqamətə yönlənmək üzrədirlər. Səbəb isə internet üzərindən olan həllər, bulud həlləridir.

Bir neçə il öncə Google zamanın tələbini qabaqlayaraq tamamilə bulud texnologiyasına əsaslanan brauzer-Əməliyyat Sisteminin ilkin versiyasını təqdim edəndə bir çoxları buna skeptik yanaşdılar, çünki doğurdan da bu həm məxfilik, həm sürət, həm də informasiyaya ulaşım baxımından rahat görünmürdü. Üstünlüklər isə fiziki olaraq bir kompüterdən asılı olmamaq, informasiyanın itkisi ehtimalının çox çox aşağı olması, təhlükəsizlik və.s. cəhətlərdə idi.

Bir neçə il keçdi və hazırda brauzer-ƏS ideyası tam real görünür. Google öz Chrome ƏS-ni təbliğ etməklə kifayətlənməyib hazırda dünyada ən populyar brauzer olan və Windows, Linux, MAC kompüterlərimizdə çalışan Google Chrome-a ƏS xüsusiyyətləri ötürməklə bir növ Troya atını hərəkətə keçirdi. Artıq əməliyyat sistemi içində əməliyyat sistemimiz var xəbərimiz yoxdur. 🙂 Continue reading “Bir daha web tətbiqetmə anlayışı barədə”

Sony Xperia Z1 Compact haqda ilkin fikirlər

Təxminən ilyarım öncə Nexus 4 haqda analoji yazını  yazmışdım. İlyarım sonra Nexus 4-dən yeni smartfona, Sony Xperia Z1 Compact-a keçəsi oldum. (Nexus 4 mexaniki zədə almışdı). Təxminən 9-10 günlük istifadədən sonra ilkin təəssüratları paylaşıram.

xperia-z1-compact-hero-white-1240x840-20db492519f2618c5539e86c300d1dbbSmartfon gözlədiyimdən çox yaxşı performansa malik, hətta deyərdim ideala yaxın bir həllə malikdir. Özəllikləri ilə gsmarena.com saytında tanış olmaq olar, mən rast gəldiyim mənfi və müsbət cəhətlərini yazacağam.  Continue reading “Sony Xperia Z1 Compact haqda ilkin fikirlər”

“Filan yerdən keçdiyimdə mənə xatırlat” imkanı

Müasir mobil proqramların köməyilə bir çox xatırlatma növləri mövcuddur. Adi alarm-dan tutmuş, Calendar, ayrıca Reminder, Qeyd kitabçası proqramları içində reminder funksiyası və.s.
Bu gün zamana görə yox, məkana görə xatırlatma imkanına malik və istifadə etdiyim iki proqram imkanını paylaşıram.
Məlumdur ki, ənənəvi xatırlatmalarda parametr zamandır. “Filan vaxtda mənə filan işi görməli olduğumu xatırlat” – Bu tip xatırlatmanı bütün kalendar və qeyd tipli proqramlar edir.
Bəs birdən parametr zaman yox, məkan olsa necə? Məsələn, filan firma mağazasının önündən keçəndə mənə xatırlat ki ordan nəsə almalısan. Oradan nə zaman keçəcəm bilmirəm, zamandan asılı deyil. Ona görə də məkana görə xatırlatma proqramı zərurəti yaranır.
Bu imkanı təqdim edən iki proqram təklif edirəm.
1. Google Keep – Bütün Android və İOS sistemlərində asanlıqla qurula bilən bu sadə proqramda yeni qeyd yaradarkən qeydin ayarlarına girib məkan seçirik, google maps açılır, istədiyimiz dəqiq məkanı seçirik və ekrana çıxacaq mesajı yazırıq, vəssalam. Xatırlatma məqsədilə  Continue reading ““Filan yerdən keçdiyimdə mənə xatırlat” imkanı”

Gmail xidmətində hazır mətnlərin saxlanması və göndərilməsi

Gmail Labs-da çox maraqlı bir funksiyanı paylaşıram. Labs bölməsində təklif olunan Canned Responses adlı funksiyanı aktiv etdikdən sonra, hər hansı göndərilən maili hazır mətn kimi saxlamaq imkanı olur. Sonra eyni tipli mailə göndərilən cavabda hazır mətni ən qısa yolla əldə edib yenidən göndərmək olur. Bu ən çox harda lazım ola bilər? Bu ən çox veb sayt sual-cavab dəstək xidməti göstərən sayt sahibləri və ya işçiləri üçün yararlı ola bilər. Eyni tipli sualları göndərən istifadəçilər çoxdur deyə onlara hazır mətnlər (bir növ FAQ) göndərmək işi çox asanlaşdırır. Hər dəfə əllə yazıb hansısa linki oxumağı təklif etmək, başqa bir yerdə hazır mətnlər saxlamaq və ya sent papkasında köhnə məktubu axtarıb tapıb göndərmək metodları isə əlverişsizdir.

Beləliklə funksiyanı aktiv edirik.

Gmail-Settings-Labs-Canned Responses aktiv edib save changes etmək.

Screenshot from 2014-03-01 22:54:43

İstifadə qaydası da rahatdır. Maili yazarkən sağ aşağı küncdə canned response seçirik ad veririk və yaddaşda qalır.

Screenshot from 2014-03-01 22:57:04

Sonra təkrar eyni mal yazmaq gərək olanda eyni yerdən bu dəfə o adlı response-u insert bölməsindən seçirik.