Xaricidil.net saytında 16 mindən artıq qeydiyyatlı istifadəçi var. Maraq üçün saytdakı ən populyar adların TOP 10-nu nəzərinizə çatdırıram: 1.Günel – 224, 2.Anar-193, 3.Orxan-182, 4.Elvin-178, 5.Günay-173, 6.Leyla-172, 7.Nigar-170, 8.Tural-169, 9.Aysel-163, 10.Aynur-160 (daha sonra gələnlər: Elnur, Samir, Vüsal, Sevinc, Emin……)
Yazılarım
-
Mobil axtarışda milli hərflərdən istifadə üçün mini-həll
Mobil telefonların əksəriyyətində milli hərfləri daxil edə bilmədiyimizdən bəzən kompüterdən kənarda olanda hər hansı dəqiq bir ifadənin axtarışı mümkün olmur. Əgər Google Azərbaycan dilini Yandex rus dilini bildiyi dərəcədə bilsəydi, təbii ki belə problem olmazdı, məsələn “ən hündür zirvə” ifadəsini “en hundur zirve” yazardıq, google da bunu anlayardı. Amma hazırda anlamır. Ona görə də javascriptin köməyi ilə bu problemi həll edən mini səhifə düzəltməyə qərar verdim.

Səhifənin ünvanı http://cavablar.net/m – dir. İstifadə qaydası sadədir. Məsələn “ən hündür zirvə” əvəzinə “e0n hu0ndu0r zirve0” yazmaq kifayətdir. Faydalanmaq istəyənlər telefon bookmarkına əlavə edə bilər. Yaxın günlərdə səhifəni daha da əlverişli etmək üçün düşünəcəm. Hələ ki səhifə bir neçə sətirlik sadə koddan ibarətdir. -
10 PHP Open Source redaktor
Komodo IDE (Windows, Linux, Mac)
PHP, Python, Ruby, Perl və Tcl, JavaScript, CSS, HTML və templatelər – RHTML, Template-Toolkit, HTML-Smarty və Django dəstəkliNotepad++ (Windows)
Bir neçə proqramlaşdırma dilini dəstəkləyir.Netbeans (Windows/Linux/Mac/Solaris)
C/C++, PHP, JavaScript, Groovy, və Ruby dəstəkli.PHPEdit – (Windows)
Programmer’s Notepad (Windows)
Eclipse PDT (Windows/Mac/Linux)
PSPad (Windows)
Syntaksis highlight dəstəkli, HEX Editor, Project support, FTP Client, Macro Recorder, File Search/Replace, Code Explorer, Code page conversion inteqrasiyalı.ConTEXT (Windows)
HTML-Kit(Windows)
Geany (Linux)
Mənbə: Geekatude.com
-
Qızıl nisbət, Elliot dalğaları, Xaos
Qızıl nisbət
http://ru.wikipedia.org/wiki/Золотое_сечение
http://en.wikipedia.org/wiki/Golden_ratio
http://arbuz.uz/y_zol.html
http://goldenmuseum.com/0805Painting_rus.html
http://goldenmuseum.com/0804Poetry_rus.html
http://goldenmuseum.com/0801Proportion_rus.htmlhttp://www.a3d.ru/architecture/stat/213
http://images.google.az/images?hl=az&q=1.618&um=1&ie=UTF-8&sa=N&tab=wiElliot dalğaları
http://fincake.ru/kb/articles/79
http://ta.mql4.com/ru/elliott_wave_theoryXaos nəzəriyyəsi
http://www.vedikhin.ru/2006/03/chaos-theory.html
http://www.psylive.ru/articles/8101_teoriya-haosa.aspx -
Soft əvəzi online köməkçi saytlar http:/…
Soft əvəzi online köməkçi saytlar http://www.infocity.az/index.php?option=com_content&task=view&id=1550&Itemid=1
-
Browserlər və İE6
Internet Explorer 6-nın istifadəçilərin menyusundan çıxarılması yönündə təbliğat aparılması üçün bir müddət başqa bir bloq da təklif etmişdim ki, hər bir developer saytına İE 6 ilə daxil olan istifadəçinin browser ekranına BROWSER-inin qeyri funksional və təhlükəsiz olması barədə xəbərdarlıq mesajı çıxarsın. Bu təkliflə razılaşanlar da oldu, razılaşmayanlar da.
Amma mən 2009-un sonundan bunu Xaricidil.net saytında həyata keçirmişdim. Google Analytics-in köməyilə İE 6-nın payının azalma tendensiyasına baxaq:(Burada saytda yerləşdirilən xəbərdarlığın rolunun nə dərəcədə olduğunu deyə bilmərəm)
Əvvəlcə ümumən son 6 ay ərzində sayta daxil olan istifadəçilərin browser statistikasına baxaq:

1. İE – 51.04% 2. Opera – 31.19% 3. Firefox – 19.15 %.Aşağıdakı şəkillərdə İnternet explorer versiyalarının istifadədəki payı göstərilib və qeyd edim ki, bu aylar ərzində sayt istifadəçilərinin İE-den istifadə faizi demək olar ki dəyişməyib – 51% civarı olub.(Yaşıl sektor İE6-ya uyğundur, göy İE7, narıncı İE8. )
Oktyabr 2009.

Noyabr 2009.

Dekabr 2009.

Yanvar 2009.

Internet Explorer 6-nın sayta daxil olmalarda olan pay faizi son 3 ayda 21.50%-dən 18.24%-ə düşüb. Düşmə sürəti aşağı olsa da, hər halda sevindiricidir. Amma bu sürətlə yalnız təqribən 15-16 aya İE6-nın pay faizi 1-2% civarına enəcək.
-
PHP-də istifadəçini müvəqqəti blok etmə
PHP-də yazdığım istifadəçini müvəqqəti blok etmə skriptini paylaşıram. Ümumən blok etmə veb server səviyyəsində həll olunası işdir, amma burada söhbət istifadəçini müvəqqəti blok etməkdən (soft block 🙂 ) gedir.
Veb səhifənin üst hissəsinə paste edin:session_start();$cehd_sayi_limiti=60; // 1 deqiqe
$blok_muddeti=120; // 2 deqiqe
$carivaxt=time();if (!isset($_SESSION["yoxlama_vaxti_ses"]))
{
$_SESSION["yoxlama_vaxti_ses"]=$carivaxt;
$_SESSION["yoxlama_say"]=0;
}$_SESSION["yoxlama_say"]=$_SESSION["yoxlama_say"]+1;
if ($_SESSION["yoxlama_say"]>=$cehd_sayi_limiti)
{
if (($carivaxt-$_SESSION["yoxlama_vaxti_ses"])<=$blok_muddeti and ($carivaxt-$_SESSION["yoxlama_vaxti_ses"])!=0)
{
echo 'Siz qısa zaman ərzində normadan çox sorğu göndərdiniz, sayt sizin üçün yalnız '.$blok_muddeti.' saniyədən sonra aktivləşəcəkdir.'; die();
}
else
{
$_SESSION["yoxlama_vaxti_ses"]=$carivaxt;
$_SESSION["yoxlama_say"]=0;
}} -
PHP ve ASP.NET kodları arasında maraqlı müqayisələr
PHP ve ASP.NET kodları arasında maraqlı müqayisələr, funksiyaların yazılış fərqləri, prosedurlar, dəyişən təsvirləri və.s. Keçid
-
"SMS dili" və axtarış problemi

Aznet istifadəçiləri internetdə yazışarkən Latın qrafikalı Azərbaycan əlifbasından(LQAƏ) daha çox ingilis əlifbası(İƏ) ilə yazırlar, nəticədə Azərbaycan “SMS dili” meydana çıxır. (Men gelirem, en yaxshi, mentiqli dushunce və.s.). Aznetin ümümi mətn bazasının nəhəng olmadığını və istifadəçilər tərəfindən daxil olunan informasiyanın(forum müzakirələri,twitter tweetləri, bloq şərhləri və.s.) əksərinin İƏ-də olduğunu nəzərə alsaq, bu önəmli bir axtarış probleminə gətirib çıxarır. Google Azərbaycan türkcəsini və Azərbaycan “SMS dilini” “bilmədiyindən” məsələn mən “məntiq testləri” axtarıramsa, “mentiq testleri” də axtarmalıyam, çünki məlumatlar ikiyə bölünüb, axtarmasam forumlarda,twitterdə mənə faydalı ola biləcək məlumatdan məhrum oluram. İnternetdən istifadə qabiliyyəti nisbətən zəif olanlar isə axtarış kəlməsini LQAƏ-də yazacaq, heç bir nəticənin olmadığını görüb geri çəkiləcək.Bu problemin həlli yolları barədə fikrinizi öyrənmək istəyərdim. Hamını LQAƏ-də yazmağa məcbur etmək olmaz, çünki rahatlıq naminə əksəriyyət(o cümlədən mən) ingilis əlifbası işlədir. Nə etməli? Elə bir APİ(by Yahoo or by Google) qurub xüsusi pluginlə “SMS dilindən” milli hərflərə və tərsinə konvertasiya aparmaq çıxış yolu ola bilərmi?
P.S. LQAƏ ilə bağlı problemin əsas səbəbi isə QWERTY klaviaturasındadır, belə ki, populyar hərflər olan ə,ü,ö,ç,ş,ı QWERTY-də çox narahat yerdə yerləşdiyindən LQAƏ-də yazmaq İƏ-də yazmaqdan qat-qat çox enerji tələb edir. AMEA Kibernetika institutunda QWERTY-yə analoq olan klaviatura hazırlanıb və bu bir dissertantın namizədlik dissertasiyası da olub, klaviatura hazırlanarkən müxtəlif sahələrdən olan 10-larla kitabların kontenti analiz edilib, hansı hərfə hansı tezlikdə rast gəlinməsi araşdırırıb və yekunda QWERTY analoqu qurulub, amma onun tətbiqi məsələsi yəqin ki, problemli olacaq, bu dəfə də yeni düzümü öyrənmək çətin olacaq.
