.doc e-book vs Android

Word document fayllarında olan hər hansı materialı Andorid smartfonda oxumaqda çətinliyim var idi.  QuickOffice və ya digər App-lar işə yaramırdı. Belə ki ya şrift kiçik olur, zoom edəndə narahatlıq yaradır, səhifədən səhifəyə keçid də çox narahat idi.  PDF haqda da eyni şeykəri deyə bilərəm. Bu gün http://aliev.ws -də rast gəldiyim  “Старая iКона и новые iPod” yazısında Androiddə online kitab oxumaq üçün maraqlı bir proqram adına rast gəldim:  Laputa. Onu install etdikdən sonra online pulsuz kitab bazasından istənilən kitabı öz kitab rəfinə əlavə edib oxumaq olar, həddən artıq rahat naviqasiya və interfeysə malikdir.

Belə olan  halda google-da .doc fayllarının Laputa-nın dəstəklədiyi .epub faylına convert olunmasına dair axtarış etdim və qarşıma http://www.web-books.com/Publishing/Word2EPUB.htm belə bir sayt çıxdı. Bu saytın köməyi ilə mən .doc-da olan kitabı epub-a çevirdim və SD-Card-ımdakı LaputaBooks qovluğuna standarta uyğun olaraq atdım. Nəticə əla! İndi mən əlverişsiz .doc-da olan e-book-u Laputa-da asanlıqla oxuya bilərəm.  Bu Laputa-nın E-BOOK ONLİNE bölməsində tapmadığımız(orada rusca kitaba ümumiyyətlə rast gəlmədim) və əlimizdə .doc formatımda olan hər hansı e-booku oxumaq üçün effektiv bir üsul oldu.

“Cavablar.net” e-jurnalı, say 1.

Bir neçə gün öncə yazmışdım ki, bundan sonra müntəzəm olaraq Cavablar.net sual-cavab bazası e-jurnal şəklində də hazırlanıb internetdə yerləşdiriləcək. Artıq ilk say hazırdır. İlk sayda dizayn və mətn korrektliyi üzərində ciddi iş aparılmayıb, növbəti saylarda bu xüsusa da diqqət yetiriləcək.

Jurnalın ilk sayında 50 sual və onlara verlmiş cavablar yerləşdirilib.

E-jurnalı buradan yükləyə bilərsiniz: Yükləmə linki

IT sual-cavab online pdf jurnalı

Cavablar.net sual-cavab bazası əsasında Cavablar elektron jurnalı hazırlayıram. Jurnalın dövri olaraq buraxılması nəzərdə tutulub.(hələ ki iki ayda bir). Jurnalın məzmunu üçün kifayət qədər sual-cavab var, indi qalan işlər sualları seçmək, bir yerə yığmaq, jurnala sadə bir dizayn verib hazır vəziyyətə gətirmək. Bu da maksimum 2-3 gün vaxt aparacaq.

LAB SCRENSHOT

İnternet dələduzluq

İnternet dələduzluğun bir çox növləri mövcuddur. İndi onların ən yayğın növlündən-Nigeriya məktublarından yazacam.

1. Pulun xaricə köçürülməsi üçün kömək
Bu tip fırıldaq daha məşhurdur. Əsas mahiyyət budur: Kimsə istifadəçinin emailini guya təsadüfən taparaq ondan kömək istəyir. Məsələn deyir: Mən filan ölkədə olan keçmiş varlı bir məmuram, hazırda sıxıntıdayam, əlimdə olan milyonlarla pulu xarici hesabıma köçürmək üçün əngəllər var, əgər onu sizin hesaba köçürsəm, daha sonra siz də mənim xarici hesabıma köçürsəniz, əməliyyat başa çatar və mən sizə buna görə ümumi pulun 15%-ni(10-50% arası dəyişir vədlər) verəcəm. Məktubda söhbət milyonlarla dollar puldan getdiyindən 15% də kifayət qədər böyük məbləğ edir. Burda da məqsəd eynidir, siz razı olduğunuz halda köçürmə işində “yüngülvari” xərcləri siz ödəməli olursunuz, və sonda məktub göndərən qeyb olur, məlum olur ki ortada milyonlar yox imiş, sadəcə fırıldaqçı imiş, məqsədi də sizin o “yüngülvari xərclərinizi” cibinə qoymaq imiş.

2. Sizin email milyardlarla emailin arasında keçirilimiş İnternet-lotereyada 1 000 000 $ uddu. Təbrik edirik.
Təbii ki internetdə təcrübəsi az olan istifadəçilərin bu emailə inanma ehtimalı mövcuddur. Azərbaycanda dəfələrlə bu tip emaillərə inananlar olub. Emaillə maraqlanan kəs lotereyanın “rəsmi saytına” keçir, saytda olan ciddi atmosfer, qoca dayının imzalı şəkli və.s. istifadəçini tam inandırır. Uzatmayaraq deyim ki, sonuc eynidir. Sizə göndərilən pulun bank transfer haqqı adı ilə, və ya hesabın aktivasiyası adı ilə sizdən 1 milyonun fonunda çox kiçik görünən məsələn 100 $ istəyirlər. İstifadəçi də dərhal ödəməni edir… və lotereya keçirənlərin izi tozu itir. Məqsəd elə həmin 100 $ imiş.

Siyahını uzatmaq da olar: Xaricdə yaşayan qohumun sizə vəsiyətini təqdim etmək istəyən hüquq firması, bank işçisi və.s. adlar altında sizə emaillər gələ bilər.

Odur ki hamı ehtiyatlı olmalıdır. Heç vaxt tanımadığınız adamlardan gələn hər hansı şirnikləndirici emailə inanmayın. Təklif nə qədər cazibədar görünsə də fikir verməyin, emaili MARK AS SPAM edib silin.

16 minlik istifadəçi-Top10 adlar

Xaricidil.net saytında 16 mindən artıq qeydiyyatlı istifadəçi var. Maraq üçün saytdakı ən populyar adların TOP 10-nu nəzərinizə çatdırıram: 1.Günel – 224, 2.Anar-193, 3.Orxan-182, 4.Elvin-178, 5.Günay-173, 6.Leyla-172, 7.Nigar-170, 8.Tural-169, 9.Aysel-163, 10.Aynur-160 (daha sonra gələnlər: Elnur, Samir, Vüsal, Sevinc, Emin……)