Gmail-də səhvən göndərilən e-məktubun geri çağırılması

Gmail-də 2 ildir belə bir əlavə funksiyanın olduğunu bilənlər yəqin ki var, amma bilməyənlər daha çox olmalıdır. Çünki susmaya görə Gmaildə bu funksiya mövcud deyil. Yalnız Google Labs-a daxil olub bu tip əlavə funksiyaları aktivləşdirmək olur.

Funksiyanın mahiyyəti bundan ibarətdir ki, əgər siz mesajı bitirməmiş səhv klik nəticəsində mesaj göndərildisə, yaxud səhv bir ünvana göndərildisə, yaxud fayl qoşmağı unudaraq göndərdinizsə və.s. hallarda maili yubanmadan verilmiş bir neçə saniyə ərzində ləğv edə bilərsiniz.

App imkanları vasitəsilə bu funksiyanı aktiv hala gətirmək olur. Funksiyanı buradan aktiv edə bilərsiniz.(Undo adlı app)

Həmçinin orada siz digər çox maraqlı əlavə funksiyalarla  da tanış olub sınaqdan keçirə bilərsiniz. Məsələn brauzer tab başlığında oxunmamış mail sayının ikonun özündə göstərilməsi.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

6 Replies to “Gmail-də səhvən göndərilən e-məktubun geri çağırılması”

Rufat Piriyev üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir