Məsləhətli podcast kanalları

Bir neçə ay öncə Podcast və Audio kitablar barədə yazdığım bloq yazısında bu iki səsli materialın bizə necə faydalı ola biləcəyindən bəhs etmişdim.

İstənilən məşğulluqda olan adam gündəlik qrafikinə podcast və ya audio kitab dinləməyi daxil edə bilər. Məsələn yolda, metroda, avtomobildə və.s. olarkən.

Bugünkü yazımda isə öz məsləhət bildiyim bir neçə podcastı sizinlə paylaşıram.

Paylaşmadan öncə də “Podcast-ları harada dinləyə bilərik ki?” sualına da cavab yazım ki, qaranlıq məqam qalmasın.

Android – Spreaker, yaxud Google Podcasts kimi app-lardan birində. (Spreaker daha çoximkanlıdır, Google Podcasts isə daha yaxşı kəşfetmə, məsələhətli kanallar təklif etmə özəlliyinə sahibdir)

IOS – iPhone-larda hazır qurulu olan Apple Podcasts. Yaxud da hər hansı digər populyar app-da, məsələn The Podcast App

App-lardan birini qurduqdan sonra sıra gəlir məsləhətli bir neçə kanal əlavə etməyə. Sonra artıq proqramlar özləri də sizə Explore və ya Discover bölməsi ilə yeni-yeni kanallar məsləhət görəcəklər.

Qeyd: Aşağıda adları çəkilən podcast kanalların linklərini təqdim etmirəm, çünki hər podcast platformasının öz link məntiqi var. Qalın hərflərlə yazdığım hissələri istənilən podcast app-nda daxil etmək bəs edir ki, o kanallara əliniz çatsın.

Azərbaycan dilində

Təəssüf ki, öz dilimizdə hər hansı məsləhətli podcast tanımıram və izləmirəm. Bir neçə qısaömürlüsü yaranmışdı, amma müntəzəmliklə yayımlananını şəxsən görməmişəm, bəlkə də var.

Rus dilində

Şəxsən dinlədiyim yoxdur, amma app-larda istənilən mövzuda axtarış versəniz, nəticələr çıxar. Məsələn Lifehacker.ru podcastı. Hər hansı podcast app-da Лайфхакер deyə axtarış versəniz, çıxar.

Türkiyə türkəsində

  • Radyo 521 – İstehsalçı olmaq, sahibkar olmaq, dəyər yaratmaq, insanlara faydalı nələrsə yarada bilmək, topluma faydalı ola bilmək və.s. məsələlər barədə bir az fəlsəfi, bir az praktik söhbətlərin getdiyi maraqlı podcastdır. 3 müəllif olsa da, podcastın 99% dəyəri əsas müəllif olan Kadir Köymenin həyata baxışlarından gəlir.
  • Yollarda TV – Texnologiya barədə yüngülvari söhbətlər, ən son trendlər, nələr baş verir və.s. müzakirələr gedir.
  • Girişimci Muhabbeti – Startup, biznes dünyasında baş verən son trendlərdən danışılır və təxminən ayda bir dəfə çox maraqlı qonaqları olur (əsasən yüksək texnologiya sahəsində şirkət və startup rəhbərləri)
  • Üretim Bandı – Daha çox istehsalat daxili proseslər haqqında danışılır. HighTech sahəsində bir şirkət öz məhsulunu necə yaradir/inkişaf etdirir mövzusunda maraqlı texniki söhbətlər olur.
  • Mücadele – Daha çox şəxsi inkişafdan, zərərli vərdişləri tərk etməkdən və.s. danışılır, müəlliflər özləri tələbə yaşlarındadır deyə, danışdıqları şeyləri də bir növ öz üzərlərində sınaqdan keçirərək paylaşırlar.
  • Codefiction – Daha çox development proseslərinə dair (proqramlaşdırma, sistem administratorluğu, startup və.s.) podcastdır.

İngilis dilində

Business Wars – Mənə görə hazırda podcast dünyasının ən yaxşı kanallarından biri – Məşhur nəhəng şirkətlərin bir biri ilə necə müharibə aparmasının tarixini çox gözəl bədiiləşmiş formada serial olaraq təqdim edirlər. (Nike – Adidas, Red Bull – Monster, Coca-cola – Pepsi, Xbox – PlayStation, Nintento – Sony və.s. seriallar artın yayımlanıb bitib, hazırda başqası gedir) .

  • Seth Godin – Akimbo – tanınmış marketinq və biznes adamı Seth Godin-in şəxsi podcast kanalı. Çox həzin səslə, sadə formada çox maraqlı mövzuları biznes+etika+fəlsəfə və.s. qarışımı ilə təqdim edir.
  • HBR IdeaCast – Harward Business Review jurnalının podcast kanalı. Mövzu – biznes, şəxsi inkişaf, idarəetmə.
  • Masters in Business – Bloomberg-li Barry Ritholtz hər yayımda maraqlı qonaqlardan müsahibə alır. (biznes, investisiya mövzularında)
  • Tim Ferris Show – Tanınmış macəraçı-avantürist Tim Ferrisin (“Həftədə 4 saat işləmək” kitabının müəllifi) şəxsi kanalıdır. Hər yayımda bir qonaq olar, qonaqlar da adətən çox məşhur şəxslər olur.
  • Farnam Street – Eyni adlı bloqun podcast kanalıdır. Biznes idarəçiliyi, startup və.s. mövzularda yayımlar edir.
  • The Art of Manliness – Eyni adlı məşhur bloqun podcast kanalıdır. Mövzular da qarışıqdır, psixologiya, fəlsəfə, fərdi inkişaf və.s.
  • Malcolm Gladwell – Revisionist History – Tarixdə baş verən və unudulub gedən keçmiş hadisələri yenidən araşdırıb yeni nəfəs verərək araşdıran müəllif hər seriyanı bir qısa film kimi təqdim edir.

Bu qədər. Bu bügunə olan siyahıdır, təbii ki, zaman-zaman yeni-yeni kanalları kəşf etmək olur, zaman limiti səbəbindən aktiv dinlədiyimiz kanalların sayı da məhdud olduğundan daim bu siyahını kompakt tutmağa çalışıram, yeni bir-iki kanal kəşf edirəmsə, hazırda abunə olduğum və ən az dinlədiyim 1-2 kanalın abunəliyini dayandırıram. Bu tərzdə davam etməklə kanal siyahısı həmişə kompakt olaraq qalır.

Yeni yazı olanda xəbər tutmaq üçün

* indicates required

3 Replies to “Məsləhətli podcast kanalları”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir